Var-dövlət Allahın imtahanıdır

 
Var-dövlət Allahın imtahanıdır

Bir gün İmam Cəfər Sadiq (ə) öz səhabəsi Əban ibn Təğlibdən soruşdu: “Elə düşünürsən ki, əgər Allah bir kəsə bu dünyada mal-dövlət və vəzifə veribsə, demək, onu çox sevir və bu nemətlər Allahın həmin adamı çox sevdiyini göstərir?

Bəlkə elə bilirsən ki, əgər Allah bir kəsi öz nemətlərindən məhrum etsə, onu kasıblığa düçar etsə, ona görədir ki, Allah yanında onun qədr-qiyməti yoxdur və Allah onu sevmir? Amma həqiqətdə qətiyyən belə deyil. Mal-mülk Allaha məxsusdur, Allah onu əmanət kimi insanların öhdəsinə buraxıb. Insanlara icazə verib ki, ədalətlə bu nemətlərdən yeyib-içsinlər, özlərinə paltar tədarük etsinlər, bu vəsaitlə evlənsinlər, özlərinə minik alsınlar və yaşayışlarını orta yolla davam etdirsinlər. Əgər bu nemətlər onların ehtiyacından artıq qalsa, kasıblara və mömin insanlara yardım göstərsinlər, onların çətinliklərini həll etsinlər. Hər kəs Allahın mülkü ilə bu şəkildə ədalətlə rəftar etsə, hər nə qədər xərcləsə və hər nə etsə də ona halaldır. Bu şərt daxilində yeyib-içməyə, geyimə, miniyə və evlənməyə xərclədiyi pullar da ona halal olar. Amma hər kim israf etsə və sərvəti başqa yollarda xərcləsə, ona haram olar”.

Sonra o həzrət buyurdu: “Israf etməyin, çünki Allah israf edənləri sevməz! Ey Əban! Elə düşünürsən ki, Allah öz lütf və mərhəmətindən bir kəsə əmanət olaraq mal-dövlət versə, o adam özünə on min dirhəmlik at ala bilər? Bir halda ki, iyirmi dirhəmlik at da onun ehtiyaclarını ödəməyə qadirdir. Yaxud iyirmi dinarlıq kənizlə də kifayətlənə bildiyi halda, min dinarlıq kənizi almağa haqqı var?”. Sonda bir daha təkrar etdi: “Həddi aşmayın! Allah israf edənləri sevməz”.

Həqiqətən, mal-dövlət, vəzifə, şan-şöhrət, gözəllik, əsil-nəcabət kimi dünyəvi nemətlər bəzən insan üçün ən çətin imtahana çevrilir. Bir gün Mühəmməd Peyğəmbərin (s) Sələbə Ənsari adlı səhabəsi o həzrətdən xahiş etdi ki, var-dövlət qazanması üçün onun barəsində dua etsin. Peyğəmbər buyurdu: “Ey Sələbə, qane ol. Şükrünü edə bildiyin az sərvət şükrünü edə bilmədiyin çox mal-dövlətdən daha yaxşıdır”. Sələbə sakit olmadı, bir neçə gündən sonra xahişini təkrar etdi. Peyğəmbər bu dəfə ona buyurdu: “Məgər mən sənin üçün ülgü deyiləmmi? Məgər Allahın Rəsuluna bənzəmək istəmirsənmi? Vallah, əgər istəsəm, dağlar məndən ötrü qızıl-gümüşə çevrilər. Mən bunu etməyə qadirəm. Amma gördüyün kimi, Allahın mənim üçün yetirdiyi miqdara razıyam”.

Sələbə var-dövlət arzusunu heç cür sakitləşdirə bilmirdi. Üçüncü dəfə öz istəyini dilə gətirdi: “Ey Allahın Rəsulu, dua et ki, Allah mənə sərvət versin. Söz verirəm ki, Allahın da, kasıbların da, yaxınlarımın da haqqını verəcəyəm”. Peyğəmbər Sələbənin israrı qarşısında razılaşıb dua etdi: “Ilahi, Sələbəyə var-dövlət bağışla!”.

Bu duadan sonra Sələbə qoyun saxlamaqla məşğul olmağa başladı. Tezliklə qoyunların sayı artdı, sürü böyüdü. Artıq Sələbənin Mədinədəki həyəti ona darlıq edirdi. Buna görə də Mədinənin kənarında torpaq alıb ora köçdü. Əvvəllər Sələbə bütün namazları məsciddə, Peyğəmbərin arxasında camaatla qılırdı. Amma təsərrüfatı artdıqca vaxtı azalırdı, artıq gündəlik namazları qılmaq üçün Mədinəyə gəlməyə vaxt tapmırdı. Yalnız cümə namazlarını məsciddə Peyğəmbərlə qılırdı.

Bir müddətdən sonra Sələbənin sürüsü o qədər artıb-çoxaldı ki, Mədinənin ətrafındakı otlaq yerləri də ona darlıq etdi. Sələbə səhraya köçdü, Mədinə ilə əlaqəni itirdi. Indi o, heç cümə namazlarında da iştirak edə bilmirdi.

Peyğəmbər başqa imkanlı müsəlmanlar kimi Sələbədən də zəkat almaq üçün adam göndərdi. Amma gözünü pul tutmuş Sələbə zəkatı ödəməkdən imtina etdi: “Bu nə deməkdir? Məgər müsəlmanlar da cizyə ödəyən əhli-kitab kimi vergi verməlidirlər?”. Sələbənin bu azğınlığını Peyğəmbərə danışdılar. O həzrət təəssüflə buyurdu:Vay olsun Sələbənin halına!”.

Var-dövlətə aludə olub öz yolunu azan adamların ən bariz nümunəsi Qarundur. “Qarun qədər dövlətli” ifadəsi zərbi-məsələ çevrilib. Bu real tarixi şəxsiyyətin əhvalatı həm Tövratda (“Ədədlər” kitabı, 16-cı fəsil), həm də Qurani-kərimdə (“Qəsəs” surəsi, 76-82-ci ayələr) ətraflı təsvir edilib. Qarun Həzrət Musa Peyğəmbərin (ə) yaxın qohumlarından (bəzi rəvayətlərə görə, əmisi oğlu) idi. Əvvəlcə imanlı olmuş, hətta Tövratı hamıdan daha yaxşı mənimsəmişdi. Musa Peyğəmbər (ə) ona kimiya elminin (müxtəlif maddələrdən qızıl almaq yollarından bəhs edən elmin) sirlərini öyrətmiş, o da bu yolla külli miqdarda sərvət toplamışdı. Bundan sonra Qarun Allahın yolundan azğın düşüb, yalnız pul və sərvət yığmaq həvəsi ilə yaşamağa başlayır. Bəni-Israilin ən çətin günlərində o, nəinki öz malı-mülkü ilə xalqına yardım göstərmir, əksinə, cah-cəlal və təmtəraqını nümayiş etdirməklə camaatda həsəd yaradır və iradəsi zəif olanları öz tərəfinə çəkirdi. Həzrət Musa (ə) dəfələrlə ona nəsihət verərək fitnə-fəsad yolundan dönməyi, sərvətinin bir hissəsini ehtiyaclılara verməyi buyurdu. Hətta Qaruna təklif etdi ki, şəriətdə nəzərdə tutulduğundan qat-qat az miqdarda – öz sərvətinin cəmi mindən bir hissəsini zəkat olaraq versin. Lakin Qarun hesablayıb gördü ki, hətta bu da külli miqdarda məbləğə bərabərdir; ona görə də imtina etdi.

Musa (ə) ilə Qarunun münasibətləri getdikcə gərginləşirdi. Nəhayət, Qarun Həzrət Musanın (ə) iradlarına son qoymaq üçün özü hücuma keçmək qərarına gəldi. Peyğəmbəri zərərsizləşdirməyin ən yaxşı yolu onu xalq içində rüsvay edib ləkələmək idi. Qarun bir əxlaqsız qadına pul verib tapşırdı ki, onun dediyi vaxt camaatın içində Həzrət Musaya (ə) böhtan atsın. Musa Peyğəmbərlə (ə) növbəti mübahisə zamanı Qarun o həzrəti zinakarlıqda təqsirləndirdi və bu barədə şahidi olduğunu bildirdi. Onun göstərişi ilə həmin əxlaqsız qadını meydana çağırdılar. Lakin qadın birdən-birə Allahın əzabından qorxuya düşdü, tövbə edib əsl həqiqəti söylədi. Xalqa bildirdi ki, Qarunun dedikləri iftira və yalandır.

Iş bu yerə çatanda Həzrət Musanın (ə) səbri tükəndi. Allah dərgahına dua edib, Qarun üçün əzab istədi. Bu zaman Qarunun möhtəşəm sarayının altındakı torpaq lərzəyə gəldi, yer aralandı və Qarun bütün təmtərağı ilə birlikdə yerin təkinə yuvarlandı. Yerin səthi birləşəndə artıq nə Qarundan, nə də onun xəzinələrindən əsər-əlamət qalmışdı.
Var-dövlət Allahın imtahanıdır


Geri dön

R.M Fanatı...

  • 3 sentyabr 2012 15:31
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
ALLAH razi olsun...

--------------------

No-Girls-No-ProBlemS

  • 3 sentyabr 2012 01:59
  • Məqalə: 209
  • Şərh: 145
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

--------------------


guncicek

  • 3 sentyabr 2012 01:38
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

...BARSA FANATI....

  • 2 sentyabr 2012 23:32
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun

ILKNUR-

  • 2 sentyabr 2012 23:23
  • Məqalə: 3
  • Şərh: 105
  • Bal:
{awards}
Bəlkə elə bilirsən ki, əgər Allah bir kəsi öz nemətlərindən məhrum etsə, onu kasıblığa düçar etsə, ona görədir ki, Allah yanında onun qədr-qiyməti yoxdur və Allah onu sevmir? Amma həqiqətdə qətiyyən belə deyil. Mal-mülk Allaha məxsusdur, Allah onu əmanət kimi insanların öhdəsinə buraxıb. Insanlara icazə verib ki, ədalətlə bu nemətlərdən yeyib-içsinlər, özlərinə paltar tədarük etsinlər, bu vəsaitlə evlənsinlər, özlərinə minik alsınlar və yaşayışlarını orta yolla davam etdirsinlər. Əgər bu nemətlər onların ehtiyacından artıq qalsa, kasıblara və mömin insanlara yardım göstərsinlər, onların çətinliklərini həll etsinlər. Hər kəs Allahın mülkü ilə bu şəkildə ədalətlə rəftar etsə, hər nə qədər xərcləsə və hər nə etsə də ona halaldır. Bu şərt daxilində yeyib-içməyə, geyimə, miniyə və evlənməyə xərclədiyi pullar da ona halal olar. Amma hər kim israf etsə və sərvəti başqa yollarda xərcləsə, ona haram olar”.
ALLAH RAZI OLSUN

keven

  • 2 sentyabr 2012 22:02
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah razi olsun

--------------------

come back

  • 2 sentyabr 2012 21:22
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

✰GlaMurKa✰

  • 2 sentyabr 2012 21:09
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun bitanem=)

Re►PLay

  • 2 sentyabr 2012 20:43
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Allah razi olsun...<3

solnuska

  • 2 sentyabr 2012 20:29
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 2 sentyabr 2012 19:48
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

m.gulshen

  • 2 sentyabr 2012 19:48
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
Allah razi olsun

LoVe_LiFe

  • 2 sentyabr 2012 19:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah Razi Olsun

girl in love

  • 2 sentyabr 2012 18:49
  • Məqalə: 0
  • Şərh: 490
  • Bal:
{awards}
"Israf etmeyin,cunki ALLAH israf edenleri sevmez".....ALLAH razi olsun! love

--------------------
bu gunki aglim olsaydi,dunen etdiklerimi etmezdim
amma dunen etdiklerimi etmeseydim,bu gunki aglim olmazdi...

I am Happy

  • 2 sentyabr 2012 18:29
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Var-dövlət Allahın imtahanıdır-Beli temamile raziyam. ALLAH razi olsun meqaleye gore.

--------------------

Prank girl

  • 2 sentyabr 2012 18:23
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

SU PƏRİSİ

  • 2 sentyabr 2012 18:15
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Beli Allahin Imtahanidir......Deyerli meqale ucun cox sag ol......

--------------------

Music Star

  • 2 sentyabr 2012 18:12
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DOGRUDAN DA VAR DOVLET ALLAHIN IMTAHANIDIR.EGER SHUKR EDERSENSE RUZIN ARTAR VAR DOVLETE SAHIB OLDUQDAN SONRA SHUKR ETMESZENSE MAL DOVLETIN ELINDEN ALINAR

--------------------

Gözlüklü

  • 2 sentyabr 2012 18:00
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Allah razi olsun deyerli gozel meqale ucun

Dalga

  • 2 sentyabr 2012 17:47
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Nuray2012

  • 2 sentyabr 2012 17:43
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Melodi_Miray

  • 2 sentyabr 2012 17:41
  • Məqalə: 0
  • Şərh: 1484
  • Bal:
{awards}
Meqaleye gore cox sagol...Allah razi olsun

--------------------
Seni Ureyimin Ele Bir Yerine Yerleshdirdimki Gerceyin Gelse Bele Xeyalinin Yerini Tutmaz...

✰GoLd GirL✰

  • 2 sentyabr 2012 17:40
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.....

✰Dгeaм✰

  • 2 sentyabr 2012 17:39
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}