Həyata optimist bax, xoşbəxt və sağlam ol

 
Həyata optimist bax, xoşbəxt və sağlam ol


Həyata optimist baxan, inanan və uğur qazanmaq istəyən insan, qərarsız şəxslərlə müqayisədə daha çox nailiyyət əldə edirlər. Psixoloqların qənaətincə, insan özündə pozitiv enerji formalaşdırmağı öyrənə bilər, sadəcə, bunun üçün səy göstərmək lazımdır.

“Bəzi anlar var ki, üzərimizə düşən məsuliyyəti yerinə yetirməyimiz, çətinlikləri aşa bilməyimiz üçün iradəmizi (şüurumuzu) işə salmağımız, səy göstərərək özümüzü hərəkətə gətirməyimiz lazımdır. Belə vəziyyətlərdə həyata daha xoşbəxt, daha ümidli baxmaq işimizi asanlaşdırır”.

Psixoloq Farika Artırın sözlərinə görə, insan bir yerə qədər özünü proqramlayan, dəyişdirə bilən bir varlıqdır:

“Təbii ki, biz bu dəyişdirmə imkanının sərhədinin harada bitdiyini bilmirik. Bəlli olan odur ki, insan oğlu müdhiş bir enerji potensialına sahibdir. İnsan içindəki potensialı nə qədər çox ortaya çıxara bilsə, çətinliklərin də öhdəsindən bir o qədər gələr, görmək istədiyi işlərdə müvəffəqiyyət qazanar”.

“Enerjini uyğun bir şəkildə istiqamətləndirə bilməyincə, səmərəsiz olur”


Psixoloqun qənaətinə görə, insan enerjisinin ortaya çıxarılması qədər yerində istifadə olunması da çox önəmli məqamlardandır: “Bəzi insanlar son dərəcə enerjilidirlər, fəqət bu enerjini uyğun bir şəkildə istiqamətləndirə bilməyincə, səmərəsiz olur. Bu vəziyyət bir narahatlıq meydana gətirir. Buna görə də öz enerjimizi faydalı şəkildə istifadə etmək vərdişi qazanmalıyıq. Gündəlik həyatımızda müvəffəqiyyət qazanmaq, sağlamlığımızı itirməmək və ya qazanmaq, insanlarla yaxşı münasibətdə olmaq, özümüzə güvənimizin artması da içimizdəki pozitiv enerjini üzə çıxara bilməklə əlaqəlidir. Belə təsəvvür edin, yorğunsunuz, bir addım belə atmaq istəmirsiniz. Lakin görüləcək o qədər iş var ki. Güzgüyə baxırsınız, dərindən bir nəfəs alırsınız və:

“Bir az canlanmaq, aktiv olmaq lazımdır”,-deyirsiniz. Bəlkə də hiss etmirsiniz, amma belə deyəndən sonra çiyinləriniz dikəlir, baxışlarınız canlanır. Bax bu durum o deməkdir ki, siz pozitiv enerjinizi artıq hərəkətə gətirməyə başlamısınız”.

Mütəxəssis deyir ki, stresli zehin düşüncə pozğunluğuna yol açır və öyrənmə baxımından effekti, məhsuldarlığı azaldır. Pozitiv enerji həyata optimist baxan, inanan və uğur əldə etmək, öyrənmək istəyən şəxslərdə daha yüksəkdir. Bu da təbii olaraq müvəffəqiyyət gətirir”.

“Pozitiv insanlarda immunitet sistemi qüvvətlənir”

Lakin psixoloq onu da bildirir ki, həyata müsbət baxmaq, çatışmazlıqları görməmək anlamına gəlməməlidir: “Mənfi halları görmək tədbir almaq üçün vacibdir. Bir çox sıxıntılı durumların öhdəsindən səy göstərməklə gəlmək mümkündür. İnsan oğlu həyatda qarşılaşa biləcəyi çətin vəziyyətlərə hazır olmalıdır, bu, həyatın təbii bir reallığıdır”.

Sən demə, pozitiv enerjisini aktivləşdirərək pessimist düşüncələrdən qurtulmağa çalışan, həyata gülən gözlərlə baxan, uğur qazanacağına inanaraq səy göstərən, gözəl işlərə meyil edən insanlarda immunitet sistemi qüvvətlənirmiş: “Təbəssüm sevinc gətirən hormonları artırır.

Həyatın həmişə pis, mənfi yönlərini görən pessimist insanlar xəstəliklərə daha açıqdırlar. Ancaq şən əhvali-ruhiyyə insanın hansısa travmadan, zədədən çıxmasını asanlaşdırır”
.

“İnsan inansa, xərçəng kimi ciddi xəstəliklərə də qalib gələ bilər”

Ekspert əmindir ki, insan yaşama məqsədini və sərhədlərini bilərək həyata nə qədər optimist yanaşarsa, ətraf aləmdə müsbət cəhətləri daha çox görər: “Bu halda həmin şəxs öz üzərinə düşəni yerinə yetirsə, çətinliklərə də o qədər asan və rahat qalib gələ bilər. Belə olan təqdirdə, yaşanmış travmalardan sonrakı depressiyalar da asan sovuşdurulur. Hər kəs bilməlidir ki, insan pozitiv enerjisini ortaya qoyaraq, yəni həyata ümidlə baxaraq və vəziyyətinin yaxşılacağına inanaraq, xərçəng kimi ciddi xəstəliklərə də qalib gələ bilər.
Pozitiv enerji infeksiyaların müalicəsini də asanlaşdırır”...


Geri dön

✰Dгeaм✰

  • 10 sentyabr 2012 11:39
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Meslehet ucun cox sag ol...

Swet girls

  • 7 sentyabr 2012 17:11
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
Xebere gore tesekkurler.

Re►PLay

  • 4 sentyabr 2012 04:44
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
men de optimistem ama her adam kimi Hemise Yox
Xebere Gore Thanksss...<3

solnuska

  • 4 sentyabr 2012 02:48
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Pozitiv insanlarda immunitet sistemi qüvvətlənir”

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Nuray2012

  • 3 sentyabr 2012 23:24
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

NeZNaKoMKa.

  • 3 sentyabr 2012 21:34
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
keven,
Dalga,
Music Star,
beyendiyinize sevindim feel

--------------------

keven

  • 3 sentyabr 2012 21:04
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Dalga

  • 3 sentyabr 2012 20:59
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Meslehetler ucun tewekkur edirem ,caliwariq

--------------------

Music Star

  • 3 sentyabr 2012 20:36
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Pozitiv Life))

təşəkkürlər

--------------------

Prank girl

  • 3 sentyabr 2012 19:17
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
“Enerjini uyğun bir şəkildə istiqamətləndirə bilməyincə, səmərəsiz olur”

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

NeZNaKoMKa.

  • 3 sentyabr 2012 18:08
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
şəhrlərinizi gözləyirəm.. feel

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}