Ömrümün payızı

 
Ömrümün payızı

Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bu fikri közərir, o fikri dandım
Bir gecəlik həsrət ömürmüş demək...


Sevərdim payızı, rəngarəngliyini, solğunluğunu həyatın, hər şeyin sonuna yaxınlaşdığını göstərərkən hamıya mənim üçün başlanğıc idi payız. Sevərdim payızı küləyi, çolğunu ilə, sevərdim durmadan yağan yağışını, dəyişkənliyini sevərdim. Hər zamankindən fərqli idi səninləykən payızın gəlişi həyatıma. Sanki ağ-qara olan bir rəsmə bir rəng qatılmışdı. Sanki hər şey daha gözəl görünürdü mənim üçün, həyata yenidən doğulmuş kimi idim...

Biz idik başlayan əslində, payız deyildi. Sanki birlikdə addımlamağı öyrənirdik...
Payızı çox sevərdim, həyatımın fəsili idi payız. Seyr etməyi sevərdim yarpaqların bir-bir xəzana dönməsini, günəşin qızılı yarpaqlar üzərindəki parıltısını seyr edərdim. Hər bir yarpaqla sanki bir insan həyatı bitirdi, sanki yarpaqlarla birgə xoşbəxtliklər qopub gedirdi... Amma mənim üçün əksinə, Sən gəlirdin addım-addım həyatıma payızla birgə. Qaçaraq deyil, hər yarpağın düşməsi ilə gəlirdin... Həzin musiqilərin gözəlliyinə dalırdım, səni düşünərək sevərdim payızı...

Yağışını sevərdim... Onun təravətini sevərdim, ruhumla hiss edərdim gəlişini... həm onun, onunla da birgə sənin gəlişini... İçimdə titrəyiş olurdu o payız gecələri. Hər gecə səninlə bağlı bir söz, bir cümlə aradığım o payız gecələri. Bilirsənmi, onlar sevdirmişdi mənə səni. Çünki hər zaman itkilərlə bağladığım payız bu dəfə sanki bir doğma qazandırırdı mənə hər ötən dəqiqələri ilə... Pillələrlə sevməyin nə olduğunu bilirsənmi? Aradığın birini anlarla tanımaq üçün gecələri yatmayıb onun yaşadıqlarını gizli yaşamaq. Onu tanımadan ona bağlanmaq, qısqanmaq, onu arzulamaq və eyni anda əlçatmazlığını anlayıb sadəcə varlığı ilə kifayətlənmək... Səni payızla birlikdə yaşadım, səni payızım olaraq yaşadım...

Bir payız gecəsi nə uzun oldu...
Səhərim, vüsalım gecikir mənim...
Baharım gəlməmiş çiçəyim soldu,
Sənsizlik, tənhalıq... budur qismətim...


Yenidən sənlərim... Sənli anlarım, sənli saatlarım, sənsiz yaşadığım sənlərimlə baş-başayam yenidən. Bu dəfə gələn yenidən payızdır, gedən isə Sən. Bu payız yenidən bir başqa. Bu payız içimə də gətirir öz soyuğunu, onunla birgə mənim də qəlbim ağlayır bu payız gecəsi.

Vaxtın sürətindən gileylənənlər
İntizar çəksəydi vaxta gülərdi...
Vaxtın ləngliyindən aman dilərdi...
Aman dilərdi...


Xəyallarımda birgə hiss edərdik bu anları, sənin həsrətini duyduğum hər yağışlı gecə birgə idik xəyallarımda, əl-ələ idik, yanağımdan sən silərdin o an hər yağışın damlasını. Həmin an göz yaşlarım gizlənərdi o yağışın damlalarında. Hiss edərdin, üzünə xəfifcə gülümsəyərdim... Sevərdin o gülüşümü, aşiq idin məsum baxışlarıma. İzləyərdin saatlarla şəkillərdə o baxışımı. Yorulmazdın, yorulmazdıq bir-birimizdən...

Bir zamanlar son ümidlə
Asimana qalxan əllər
İndi yerə enə bilib,
Ağ vərəqi
Özüm ilə qaralayan incə qələm
Susub, susub, yazdığını silə bilib...


Bir anda sonlandı bütün xəyallarım. Bütün gözəlliklər sona çatdı bir nağıl kimi, bir yuxu kimi... Birgə səmaya baxdımız gecəni xatırlayıram zamanlarla... Hər kəsin nəzərə bizdəykən birgə mahnıları oxumağımızın xatirəsi təbəssüm yaradır üzümdə. İndi həmin gecələri sabaha ümidsiz şəkildə yaşayıram. İndi də Sən varsan, lakin artıq mənə aid olmayan Sənsən röyalarımda...

Sirrimiz, sevdamız yatır dərində.
Özüm özüm üçün unudulmuşam...
Mən ki bu intizar gecələrində
Sənə özündən də yaxın olmuşam...


Sənsiz nə payızı sevirəm, nə də yağışı. Nə gəlişini gözləyirəm artıq, nə gözəlliyini. Sənsizliyi istəmirəm. İstəmirəm nə hiss edim bu gecəni, nə sabahı, sənsiz leçən heç bir anı istəmirəm...

Öyrəşmişəm sənsizliyə
Səni mənə xatırladan
Uğultulu səssizliyə
Öyrəşmişəm,

Hər yağışın damlasında,
Hər həzin pıçıltısında,
Buludların arasında,
Səni görmək istəyirəm....

Yağışda sən, yağmurda sən,
Canımda sən, qanımda sən,
Kaş olaydın yanımda sən,
Sənlə olmaq istəyirəm...


Sənlə olmaq istəyirəm. Yenidən hər anımızı yaşamaq istəyirəm. Əllərinə toxunub nəfəsini duymaq istəyirəm. Yenidən sevinək, gülək. Hər bir gəzdiyimiz yeri yenidən gəzək əl-ələ. Utanmadan, heç kimə fikir vermədən mahnıları səsləndirək. Qucaqlaşaq, buraxmayaq əlimizi. Öpüşündə unudulum... Ağlayıram...

Yaşadıqca ölürmüşəm
Mən özümdən dönürmüşəm
Bax, yandıqca sönürmüşəm,
Çiynim yoxdur başım qoyub hey ağlayım,
Pay vermişəm onu sənə.
Səndən heç nə istəmirəm
Boş otaqda tənha mənlə
Danışaraq, bil, çiyinsiz
Ağlamağa öyrəşmişəm...


Qucağını özləmişəm. Şirinliyin, sevgi dolu baxışların heç getməyəcək gözlərimin önündən. Doğmalığın daha da artır, yoxluğun daha çox sevdirir birgəliyimizin gözəlliyini. Yenidən keçmək istəyirəm o küçələrdən, qışqırmaq istəyirəm. Düzünü deyimmi? Bu an sadəcə başımı dizlərinə qoyub sənsizliyi ağlamaq istəyirəm...
Son dəfə yenidən Ömrümün payızını yaşamaq istəyirəm...

Bir də sənə öyrəşmişəm,

Məni məndən almağına,

Məni mənsiz qoymağına,

Bir gündə min ölümünlə.

İki ayaq üzərində

Sınmış “əzimli” vicdanla

Qarşımda lal durmağına

Öyrəşmişəm..


Geri dön

✰Dгeaм✰

  • 10 sentyabr 2012 11:38
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Yaşadıqca ölürmüşəm
Mən özümdən dönürmüşəm
Bax, yandıqca sönürmüşəm,
Çiynim yoxdur başım qoyub hey ağlayım,
Pay vermişəm onu sənə.
Səndən heç nə istəmirəm
Boş otaqda tənha mənlə
Danışaraq, bil, çiyinsiz
Ağlamağa öyrəşmişəm...

classic_guiter_girl

  • 4 sentyabr 2012 20:00
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Sirrimiz, sevdamız yatır dərində.
Özüm özüm üçün unudulmuşam...
Mən ki bu intizar gecələrində
Sənə özündən də yaxın olmuşam...

Re►PLay

  • 4 sentyabr 2012 04:45
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Meqaleye Gore Thanksss...<3

Nuray2012

  • 3 sentyabr 2012 23:22
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Ccox sagol maraqli idi

--------------------

keven

  • 3 sentyabr 2012 21:06
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------

Dalga

  • 3 sentyabr 2012 20:55
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Cox beyendim ,super xeberdir .Tewekkur edirem

--------------------

Music Star

  • 3 sentyabr 2012 20:35
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bu fikri közərir, o fikri dandım
Bir gecəlik həsrət ömürmüş demək...

ƏLA

--------------------

Prank girl

  • 3 sentyabr 2012 19:16
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bu fikri közərir, o fikri dandım
Bir gecəlik həsrət ömürmüş demək...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

solnuska

  • 3 sentyabr 2012 18:03
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Yaşadıqca ölürmüşəm
Mən özümdən dönürmüşəm
Bax, yandıqca sönürmüşəm,
Çiynim yoxdur başım qoyub hey ağlayım,

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

SU PƏRİSİ

  • 3 sentyabr 2012 17:37
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Qucağını özləmişəm. Şirinliyin, sevgi dolu baxışların heç getməyəcək gözlərimin önündən. Doğmalığın daha da artır, yoxluğun daha çox sevdirir birgəliyimizin gözəlliyini.

--------------------

_Susqun_

  • 3 sentyabr 2012 17:14
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
Bir də sənə öyrəşmişəm,
cox sag ol tessekurler

--------------------

come back

  • 3 sentyabr 2012 17:02
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler cox gozeldir cox beyendim.

Shawn michaels

  • 3 sentyabr 2012 16:44
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
tesekkurler super alinib cox beyendim

--------------------

Aliye21

  • 3 sentyabr 2012 16:39
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Oyrewmiwem sensizliye
Seni mene xatirladan
Ugultulu sessizliye
Oyrewmiwem

Her yagiwin damlasinda,
Her hezin piciltisinda,
Buludlarin arasinda,
Seni gormek isteyirem...

ツMrs.Crazy ツ

  • 3 sentyabr 2012 16:38
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
tewekkurler

✰GoLd GirL✰

  • 3 sentyabr 2012 15:16
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Tesekkurler....

m.gulshen

  • 3 sentyabr 2012 15:04
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
super cox tesekkurler

R.M Fanatı...

  • 3 sentyabr 2012 14:52
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
beyendim meqaleni,sag ol....

--------------------

Gözlüklü

  • 3 sentyabr 2012 14:01
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
İki ayaq üzərində

Sınmış “əzimli” vicdanla

Qarşımda lal durmağına

Öyrəşmişəm..

superdi tesekkurler

lie to the world

  • 3 sentyabr 2012 13:57
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
Sirrimiz, sevdamız yatır dərində.
Özüm özüm üçün unudulmuşam...
Mən ki bu intizar gecələrində
Sənə özündən də yaxın olmuşam...

--------------------

...BARSA FANATI....

  • 3 sentyabr 2012 13:55
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
super meqaledi,sag olun...

LoVe_LiFe

  • 3 sentyabr 2012 13:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi batır gözümə
Bu fikri közərir, o fikri dandım
Bir gecəlik həsrət ömürmüş demək...

_Susqun_

  • 3 sentyabr 2012 13:40
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
Bir zamanlar son ümidlə
Asimana qalxan əllər
İndi yerə enə bilib,
Ağ vərəqi
Özüm ilə qaralayan incə qələm
Susub, susub, yazdığını silə bilib...

--------------------

✰Dгeaм✰

  • 3 sentyabr 2012 13:33
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Vaxtın sürətindən gileylənənlər
İntizar çəksəydi vaxta gülərdi...
Vaxtın ləngliyindən aman dilərdi...
Aman dilərdi...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}