erməni diasporu səfərbərlik elan edib: "Müharibə qapıdadır!"

 
erməni diasporu səfərbərlik elan edib: "Müharibə qapıdadır!"


"Regnum": "ermənilər yeni müharibəyə hazırlaşır"

Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin fəallaşması, həmçinin qarşıda duran ATƏT-in Astana sammitində Madrid sənədlərinə əsaslanan müzakirələr, erməni qoşunlarının təmas xəttindən münaqişə zonasına geri çəkilməsi ehtimalı fonunda dünyanın müxtəlif ölkələrində olan erməni diasporunun koordinasiya mərkəzləri faktiki olaraq yeni müharibəyə hazırlaşmağa başlayıb.

“Regnum” İnformasiya Agentliyinin məlumatına görə, dünyanın 4 ölkəsi – Rusiya, Fransa, ABŞ və Uruqvaydan olan erməni mənşəli iri biznesmenlər hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə İran ərazisindən hava nəqliyyatı vasitəsilə münaqişə zonasına göndərilməsi planlaşdırılan veteran və ehtiyatda olan hərbçilərin yığımı ilə bağlı koordinasiya mərkəzləri yaradıblar.

“Qabaqlayıcı səfərbərlik” proqramının təşəbbüskarlarından biri, Rusiyanın erməni mənşəli iri sahibkarının agentliyə verdiyi məlumata görə, işlər bu yaxınlarda yaradılan “Ehtiyatda olan erməni hərbçi və veteranları İttifaqı” beynəlxalq erməni ictimai hərəkatı çərçivəsində aparılır. Onun sözlərinə görə, informasiyalar rus, ingilis və ispan dilində olan vahid məlumat bazasına toplanır. Səfərbərlik hərəkatı fəallarının hesablamalarına görə, burada ümumilikdə dünyanın təqribən 38 ölkəsindən olan 200 minədək erməni iştirak edə bilər.

Agentliyin Qarabağ münaqişəsi zonasında müharibə başlayacağı təqdirdə diaspora hansı üsullarla fəaliyyət göstərəcək sualına mənbə belə cavab verib: “Müharibə qapıdadır! Burada bütün üsullar yaxşıdır. Mən demirəm ki, biz Üsamə ben Ladenin təcrübəsini sınaqdan keçirəcəyik. Xeyr! Biz açıq və daha sərt fəaliyyət göstərəcəyik. Hazırda açıq aşkar görünür ki, Qarabağ təhlükədədir. Qarabağ olmasa, Ermənistan, dövlət olmasa, ermənilər olmayacaq. Millət təhlükədədir və bunu hansı ölkədə yaşamasından asılı olmayaraq ehtiyata yazılan hər bir erməni dərk edir. Siyahıya qeyri-ermənilər də yazılırlar. Bunda antitürk əhval-ruhiyyəsində olan xalqların nümayəndələri – serblər, bolqarlar və hətta italiyalılar maraqlıdır”.

Erməni sahibkar agentliyin “dövlət və Sarkisyan hakimiyyəti sözügedən layihəni dəstəkləyirmi?” sualına cavab verməkdə çətinlik çəkib: “Bu hissədə mötərizələri açmayacağam. Astana sammitindən sonra hər şey aydın olacaq”.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:41
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Yusif

  • 27 noyabr 2010 13:10
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cehennem olsunlar

sevgi yalandir

  • 26 noyabr 2010 21:24
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
maraqli idi twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 26 noyabr 2010 19:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol melumata gore

Grace_Angel

  • 26 noyabr 2010 19:38
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...melumata gore...

--------------------

Just For Legend

  • 26 noyabr 2010 19:31
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
gorek de

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 39
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}