Xorasanda 5 ballıq zəlzələ baş verib.
RİA Novosti-yə istinadən bildirilir ki, bazar günü İranın şərqində, Cənubi Xorasan əyalətində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 04:20-də, Kayen yaşayış məntəqəsindən 78 km aralı, 25,5 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, avqustun əvvəlində Şərqi Azərbaycan əyalətində 6,5 bal gücündə zəlzələ xeyli qəsəbəni dağıtmışdı. Fəlakət nəticəsində 300-dən çox insan həlak olmuş, minlərlə adam xəsarət almışdı.