Allaha (c.c) çox yalvaraq ki, günahlarımızı bağışlasın. Amin!

 
Allaha (c.c) çox yalvaraq ki, günahlarımızı bağışlasın. Amin!

Ey insanlar siz böhtançı falçıların yanına getməyə sərf etdiyiniz vaxtınızı, dua oxumağa sərf edin, hər tərəfli xeyir görərsiniz, çünki bütün xeyirlər Allahın(c.c) doğruyolundadır. Quyudan nə qədər su götürülsə də, quyunun suyu qurtarmadığı kimi, Quranı da nə qədər çox oxuyub, xeyir-bərəkət götürsək də, Quranın xeyir-bərəkəti qurtarmır. Ey insanlar bu dünya bir oyun səhnəsidir, içindəki insanlar da oyunun iştirakçılarıdır. Ayıq olun, şər tərəfə çox qüvvə verməyin, Allah(c.c) yoluna qüvvəni çox verin ki, qəbirdə, məhşərdə bizi yaradanın qarşısında xəcalət çəkməyək. İnsanın xəstələnməsi və həyatda qarşıladığı çətinlikləri onun günahlarının kəffarəsidir. Odur ki, çalışıb az günah edək ki, xəstəlik, çətinlik kəffarəsi boynumuza az gəlsin və Allaha(c.c) çox yalvaraq ki, günahlarımızı bağışlasın. Amin!

Allahdan(c.c) başqa heç kəsdə qüvvə yoxdur. Falçı naşı insanları başına yığıb, “Sizə cadu ediblər” deməklə insanlar arasına yalan-böhtan nifaqı salır. Bu da falçı cadusudur. Təbiətdə çox elmlər, çox sirlər, cürbəcür təsiredici qüvvələr var. Bu sirləri insanlardan çox cin-şeytanlar bilir. Elə təsiredici qüvvə var ki, o, insanın özündə yerləşir, insanları əsəbləşdirir, dava yaradır, insan onu özündə nə görmür, nə də hiss etmir. Bu yalnız insanın əhvalından bilinir.

Onu da qeyd edim ki, şeytan ləinin insanların başına gətirdiyi müsibətlər səbəbsiz və ədalətsiz deyil. İnsan xeir və şər əməl edirsə, öz haqqını alır. İnsan keçmiş əməlini unutduğu üçün, ona bu günlərdə yetişən xeyir və şəri dərk edə bilmir. İnsan xoş, firavan və gümrah yaşadığı bir gündə onun keçmiş əməlləri haqq-hesab üçün onu yaxalayır, əgər savab əməl sahibidirsə ona yaxşılıq hasil edir. Əgər böyük günah ona böyük günah sahibidirsə ona böyük cərimələr-cəzalar verir, yəni balasından, öz canından əzab-iztirab çəkir, ölümə də səbəb olur, bütün malını, pulunu, mülkünü qarət edir. İnsanın keçmiş günah cəza borcu onun yadından çıxdığı üçün, başına gələn müsibətlərə çox təəccüblənir. Nəhayət, falçının yanına gedib başına gələnləri falçıya danışırlar. Şeytan xislətli falçı da yalan-böhtan anbarının ağzını açıb, özü də yanına gələnlər də böyük günah çirkabının dərinliyinə girib özlərini bəlaya salırlar. Alladan başqa heç kəsdə Qüvvət-Qüdrət yoxdur. İnsanın öz günahından başqa cəza yoxdur.


Fərz edək ki, sizə cadu olunub və ya bədnəzərə gətiriblər, bu zaman siz bəlanın qarşısında aciz qalıb, təşvişə düşməyin, Qadir Allahın(c.c) qüdrətindən istifadə edin, şər qüvvələrin bəlasından xilas olun. Quran, dua, ay, günəş Allahın(c.c) dirçəliş Qüdrətidir. Heç bir canlı və cansız mövcud Allahın(c.c) dirçəliş Qüdrətinin qabağını tutub kəsə bilməz, çünki hər mövcud Allahın(c.c) qarşısında acizdir. Dərk edin ki, yaranmışların nə kəraməti var ki, Allahın(c.c) xəlq edib, nəzarət etdiyi bəndəsinə xeyir verib və ya zərər yetirsin. Sadəcə olaraq insanlar dərk etməzlikdən Allahın(c.c) qayda-qanunun pozduqları üçün ziyana uğrayırlar. Allahın(c.c) Qüdrətindən istifadə edib ziyanlıqdan xilas ola bilmirlər. İnsanı müsibətə salan öz günahıdır. İnsan günah qapısını açan kimi, şər qüvvələr cin-şeytan, cadu-tilsim peyda olub, cəza əməliyyatına başlayırlar. Çünki, xeyir məmurları kömək etmək üçün, şər məmurları isə cəza vermək üçün daim insanın ətrafında dayanıb gözləyirlər. Bu məmurların hansının insana müsəllət olması insanın özündən asılıdır. İnsan xeyir iş görərsə, ona xeyir məmurları müsəllət olar, günah edərsə şər məmurları ona müsəllət olub, cəza verirlər. Əgər insan günah qapısını açmasa şər qüvvələr ona yaxınlaşıb cəza verə bilməz.
Çünki qeybin hikmətini bilən-görən xeyir və şər qüvvələr qayda-qanuna ciddi riayət edirlər. Hamının cəzasını və savabını öz əməlinə görə verirlər, çalışın həmişə xeyir-savab qapısını açın, şər qapısını bağlayın ki, şər qüvvələr sizə yol tapmasın. Deməli insanı fəlakətə uğradan öz günahıdır. İnsan günah qapısını özü açır, cin-şeytan şər qüvvələri içəri buraxır. Yəni gözlə görünməyən cin-şeytanlar insanın orqanizminə və səhman həyatına daxil olub, cürbəcür xəstəliklər və fəsadlar törədirlər. İnsanın hər iki dünyada səadətə qovuşduran isə Allahın(c.c) xeyir və dirçəliş qüdrəti olan Quran və dualardan istifadə edib, namaz qılıb, Allaha(c.c) ibadət etməsidir. Ay-günəş kimi, Ayətəl-kürsü duası da Allahın dirçəliş Qüdrətidir.

İnsanlar Allahın Ayətəl-kürsü qüdrətinin dirçəliş hikmətindən, qüvvəsindən xəbərsiz olduqları üçün, Ayətəl-kürsü duasından lazımı qədər istifadə edib, xeyir götürə bilmirlər. Ayətəl-kürsü duasının hər bir kəlməsində, hərfində gizli möcüzələr, xeyirlər var. Ayətəl-kürsü duasının hər bir hərfinin həcmi yerdən göyə qədərdir. Ayətəl-kürsü duasının hər bir hərfinin içi xeyir, bərəkət, şəfa, nicat və başqa yaxşılıqlarla doludur. Ayətəl-kürsü hər aləmdə, hər an dillərdə gəzən zikrdir. Bütün bədən üzvlərinin şəfaəti, cadu-tilsimlərin açarı, Ayətəl-kürsünün Qüdrətinin içindədir. Açın, Ayətəl-kürsünün hərflərinin içindən istədiyiniz hacətlərinizi götürün. Əgər sizin işləriniz çox mürəkkəb, dolaşıq, çətindirsə, onda siz Ayətəl-kürsünü 40 dəfə oxuyun, Allaha(c.c) çox yalvarın. Bu zaman Ayətəl-kürsü Ərş-Əlaya Allahın(c.c) hüzuruna 40 dəfə gedib-gəlib, sizin üçün mətləb istəyir. Nəhayət, mehriban Allah(c.c) Ayətəl-kürsünün 40 dəfə Ərş-Əlaya gedib-gəlməsi xatirinə və sizin yalvarışınızı nəzər alıb, mətləb verir.

Allaha (c.c) çox yalvaraq ki, günahlarımızı bağışlasın. Amin!


Geri dön

✰Dгeaм✰

  • 10 sentyabr 2012 11:25
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Allah razi olsun...

kiskanc

  • 7 sentyabr 2012 16:17
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
Allah razi olsun!

guncicek

  • 5 sentyabr 2012 19:34
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

aksana1993

  • 5 sentyabr 2012 17:08
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

Re►PLay

  • 4 sentyabr 2012 03:58
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Allah razi olsun gozel meqaledi...

solnuska

  • 4 sentyabr 2012 02:25
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

keven

  • 3 sentyabr 2012 22:40
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Nuray2012

  • 3 sentyabr 2012 22:21
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

Dalga

  • 3 sentyabr 2012 21:34
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Allah dualarimizi qebul etsin .Allah razi olsun

--------------------

...BARSA FANATI....

  • 3 sentyabr 2012 21:25
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......

come back

  • 3 sentyabr 2012 20:37
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

TAYNA VOSTOKA

  • 3 sentyabr 2012 20:31
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
EMEYE HORMETE GORE


--------------------

Dindar_Angel

  • 3 sentyabr 2012 20:17
  • Məqalə: 295
  • Şərh: 252
  • Bal:
{awards}
Allah razı olsun.

--------------------
The End:)

Music Star

  • 3 sentyabr 2012 20:04
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..........

--------------------

classic_guiter_girl

  • 3 sentyabr 2012 19:59
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsun twkler

_Susqun_

  • 3 sentyabr 2012 19:40
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------

✰Dгeaм✰

  • 3 sentyabr 2012 18:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

Gözlüklü

  • 3 sentyabr 2012 18:52
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore

Prank girl

  • 3 sentyabr 2012 18:42
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun.......

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Dostsuz_heyat

  • 3 sentyabr 2012 18:15
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

mirsaab

  • 3 sentyabr 2012 18:05
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
tesekkurler ALLAH RAZI OLSUN

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

✰GoLd GirL✰

  • 3 sentyabr 2012 17:57
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.......

✰Karabakh Girl✰

  • 3 sentyabr 2012 17:53
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Allah razı olsun..!!!

LoVe_LiFe

  • 3 sentyabr 2012 17:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah Razi Olsun

NeZNaKoMKa.

  • 3 sentyabr 2012 17:46
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
ALLAH (c.c) razi olsun..!

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 3 sentyabr 2012 17:40
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

SU PƏRİSİ

  • 3 sentyabr 2012 17:39
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Allah Razi Olsun!!!

--------------------

ツMrs.Crazy ツ

  • 3 sentyabr 2012 17:36
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
Tewekkurler. ALLAH RAZI OLSUN

Shawn michaels

  • 3 sentyabr 2012 17:35
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 70

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}