Dönərin zərəri

 
Dönərin zərəri


Standarta uyğun olmayan məkanda və

köhnə aparatlarla bişirilən bu qida insanı ölümə aparır

Adətən yay aylarında zəhərlənmələr artdığından ekspertlər qida məhsullarından

istifadə edərkən diqqətli olmağı məsləhət görürlər.

Çünki qışa nisbətən yaz-yay mövsümündə ərzaq məhsullarından zəhərlənmə

ehtimalı daha böyük olur. İndi bu sarıdan başlıca təhlükə mənbəyi şəhərdə

fəaliyyət göstərən dönər xanalar hesab edilir. Məlum olduğu kimi,

dönər bir sıra ölkələrdə, o cümlədən Türkiyədə məşhur yemək növüdür.

Lakin həmin ölkələrdə dönər əlüstü qida kimi istifadə olunmur.

Belə ki, ətin üzərinə yağ çəkildikdən sonra doğranaraq boşqaba qoyulur

və əsasən sarımsaqlı qatıqla yeyilir. Həmçinin onun təmiz ətdən hazırlanmasına

və yaxşı bişirilməsinə də ciddi fikir verilir.

Azərbaycanda isə dönər daha çox Fast-Fud (cəld yemək) şəklində satılır.

Könlü dönər istəyən...

Yeri gəlmişkən, vurğulayaq ki, bizdən fərqli olaraq xaricdə dönər hansısa təbəqənin

yeməyi kimi təqdim edilmir və onu könlü istəyən hər bir insan sifariş verə bilər.

Qeyd edək ki, əhalinin əksər hissəsi bu yemək növü keyfiyyətsiz hazırlandığından

onun əsasən tələbə və kasıbların qidasını təşkil etməsi fikrindədir.

Küçə kənarlarında fəaliyyət göstərən dönərxanalarda üst-üstə qalaqlanan

ət parçalarının alaçiy qızardılaraq satılması isə bu biznesin başlıca problemlərindəndir.

Hələ bütün gün ərzində üstü açıq qalan yarıbişmiş-yarıçiy ətin maşınların hərəkəti

zamanı xaric edilən tüstüyə və toza məruz qalmasından danışmırıq.

Amma narahatlıq yalnız ətin üstüaçıq saxlanılması və yaxşı bişirilməməsi ilə yekunlaşmır.

Hətta çox vaxt dönərsatanların hansı əti şişə çəkdikləri naməlum qalır.

Azad İstehlakçılar Birliyindən də bu fikirləri təsdiqlədilər.

Qurum mütəxəssislərinin dediyinə görə, işbazların çoxunun xəstə heyvan ətindən

dönər hazırlayaraq əhaliyə sırıdıqları sirr deyil.

"Bəziləri bu barədə məlumatlı olduğundan toyuq dönərindən istifadə edirlər.

Amma indi onlara da etibar yoxdur və hətta iş adamları Kanada

və ABŞ-dan idxal olunan keyfiyyətsiz toyuq budlarını şişə çəkməkdən çəkinmirlər.

Bununla bağlı dəfələrlə aidiyyətı qurumlara müraciət etmişik.

Digər tərəfdən indi rayonların sanitar epidemoloyi mərkəzlərinin

dönərxanalarda araşdırmalar aparmasına və ciddi tədbirlər görməsinə ehtiyac var".

Sözügedən qurumdan ət məhsullarının hazırlanması üçün ən münasib üsulun

kömür olduğunu söylədilər. "Ağac yanarkən heç bir zərərli maddə ifraz etmir.

Dönərin hazırlanması zamanı istifadə edilən avadanlıq qızdıqda orada 23-24 min

kilokalori istilik əmələ gəlir. Bu isə ətin üzərinin qaysaqlanıb,

daxilinin çiy qalması ilə nəticələnir. Həm də onun tərkibindəki vərəm,

qarayara, brusellyoz çöpləri məhv olmur və insan sağlamlığı üçün yolverilməzdir.

Bu baxımdan istehlakçılar aldıqları qida məhsulunun tərkibi

və hazırlanma qaydalarına diqqət yetirməlidirlər".

FİKİR BİLDİRMƏYİ UNUTMAYIN...


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:41
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Yusif

  • 27 noyabr 2010 13:21
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Donreden mene zerer gelmiyib

Ulya

  • 26 noyabr 2010 21:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he doner zererdi.men hec vaxt doner yemirem.esas da kuceden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}