Hollivudun məşur simalarından sayılan aktyor Bryus Uillis Apple şirkətini məhkəməyə verməyə hazırlaşır. Uzun illərdir iPoduna minlərlə sterlinq dəyərində mahnı köçürən məşhur aktyor Bryus Uillis, öldükdən sonra mahnılarının uşaqlarına çata bilməyəcəyini eşidincə bu addımı atmağa qərar verib.
Qeyd edək ki, Apple şirkətinin siyasətinə görə, mahnını satın alan adam yalnız ölənə qədər onun saxlama haqqına malikdir. Ölməsi və ya bir yaxını ilə mahnını paylaşması onun hesabının dondurulması ilə nəticələnir. Qızları Rumer, Skout və Tallulaha musiqi kolleksiyasını miras qoymaq istəyən Uillis, vəkili vasitəsilə Apple şirkətinə iddia açmaqda israrlıdır.