Pis əməlin qalmayan cəzası

 
Pis əməlin qalmayan cəzası

Nasirəddin şahın belə bir adəti vardı ki, qabaqcadan təyin olunmuş bir gündə zindanlara baş çəkərdi

O, məhbuslardan hansına işarə etsəydi bu həmin adamın edam olunması demək idi. Zindandakılar arasında bir nəfər adam öldürdüyünə görə həbs edilmişdi. Həmin adam zindan rəisinin yaxın qohumu idi. Buna görə də bəzən ailəsini görmək üçün ona evə getməyə icazə verilərdi. Zindanban bir axşam yenə həmin məhbusu evə buraxmışdı. Məhbus evinə gedəndən sonra zindanbanın yadına düşür ki, şah sabah zindana gələcək. Zindanban nə edəcəyini bilməyib lap çaş-baş qalmışdı. Çünki, şah və onun yanındakılar zindandakı məhbusların nömrələrini bilirdilər. Bir nəfərin əskik olduğunu bilsəydilər, zindanbanın özünü edam edəcəkdilər. Qorxu onu bu çıxılmaz vəziyyətdən qurtarmaq üçün çarə düşünməyə vadar etdi. Belə qərara gəldi ki, evə gedən məhbusun yerinə bir nəfəri tapıb qoysun.

Zindan rəisinin çox səmimi dostu olan qəssab bir qonşusu var idi. Fürsəti əldən vermədən qəssab qonşusunun yanına gedib əhvalatı ona danışdı. "Əziz dostum, gəl mənə bu çıxılmaz vəziyyətdən qurtarmağa kömək et. Bir neçə dəqiqəliyə məhbus paltarı geyinib zindanda otur. Şah zindana gəlib-gedəndən sonra sən də öz işinin dalınca gedərsən”– deyə zindanban ondan xahiş etdi. Qəssab dostunun xahişini qəbul edib zindana getdi. Səhər açılanda şahın gəlişi üçün məhbusları cərgəyə düzdülər. Məhbusların nömrələri bir-bir oxunandan sonra, birdən şahın gözü qəssaba sataşdı. Onun firavan həyat keçirməsi piy bağlamış bədənindən məlum idi. Nasirəddin şah qəssaba işarə edib oradan keçdi.

Cəllad qəssabın yoğun boğazından tutub edam ediləcək yerə gətirdi. Əvvəlcə bütün baş verənləri zarafat kimi qəbul edən qəssab birdən məsələnin ciddi olduğunu anladı. Bir anlıq ölüm mələyi gözləri önündə canlandı. Yalvar-yaxar edib özünü cəlladın ayaqları altına atdı. Məsələnin nə yerdə olduğunu ona danışdı. Amma çox yazıq ki, bunların heç bir faydası yox idi. Çünki, şahın fərmanı sorğu-sualsız icra olunmalı idi.

Cəllad üzünü qəssaba tutub dedi:
Bəlkə nə vaxtsa bir cinayət etmisən ki, indi bu bəlaya düçar olmusan. Əgər doğrudan da belə bir iş tutmusansa, danış. Ola bilsin səni işgəncə ilə deyil, daha rahat öldürüm.


Qəssab çox fikirləşdi. Axı bu müsibət onun hansı günahının cəzası idi. Amma birdən neçə il bundan əvvəl bir uşağın başına açdığı cinayəti xatırlayıb dedi: Bir dəfə cavan vaxtlarımda öz həmyaşıdlarımla birlikdə üzməyə getmişdik. Dostlarım bir az üzəndən sonra sudan çıxıb getdilər. Mən isə hovuzun içində üzməyə məşğul idim. Elə bu vaxt hovuzda azyaşlı bir uşağın da üzdüyünü gördüm. Bir az sonra həmin uşaq çox yorğun halda özünü hovuzun kənarına çatdırıb sudan çıxmaq istədi. O, balaca əllərilə hovuzun divarlarından tutub sudan çıxmaq istəyirdi. Mən isə onu ayaqlarımla geri itələyib suya atırdım. Uşaq yalvarıb məndən kömək istəyirdi. Amma mən onun həyatla-ölüm arasında çarpışmasından ləzzət alırdım. Mənim inadım üzündən zavallı uşaq axır ki, suda boğuldu. Uşağın bədəninin suyun üzündə hərəkətsiz qaldığını görəndə qorxub aradan çıxdım.

Qəssabın danışdıqlarına diqqətlə qulaq asan cəlladın gözləri birdən qanla doldu. O bağıraraq qəssaba dedi:
"Vay olsun sənə! O uşaq mənim kiçik qardaşım idi. Deməli uzun müddət axtardığım qatil sənmişsən. Mən bu təsadüfdən çox şadam. Çünki, qardaşımın qatilini bu gün öz əllərimlə öldürəcəyəm.

Bu hadisədən sonra uzun müddət zindandakı məhbuslar arasında günahların cəzasından söz düşəndə həmin əhvalatı bir-biri üçün nəql edərdilər.

Pis əməlin qalmayan cəzası


Geri dön

✰Dгeaм✰

  • 10 sentyabr 2012 11:20
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Allah razi olsun...

kiskanc

  • 7 sentyabr 2012 16:25
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
Allah razi olsun!

Su Perisi

  • 6 sentyabr 2012 16:15
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
maraqli meqaledi twk

--------------------

guncicek

  • 5 sentyabr 2012 19:26
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
cox gozel meqaledir cox sagol

--------------------

aksana1993

  • 5 sentyabr 2012 17:04
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

✰GoLd GirL✰

  • 4 sentyabr 2012 16:31
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun..

Ne_baxirsan

  • 4 sentyabr 2012 16:26
  • Məqalə: 1
  • Şərh: 81
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler dosik.

--------------------

No-Girls-No-ProBlemS

  • 4 sentyabr 2012 07:55
  • Məqalə: 209
  • Şərh: 145
  • Bal:
{awards}
ALLAH razi olsun.......tewekkurler

--------------------


Re►PLay

  • 4 sentyabr 2012 03:47
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Allah razi olsun...<3

solnuska

  • 4 sentyabr 2012 02:11
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

No-Girls-No-ProBlemS

  • 4 sentyabr 2012 01:10
  • Məqalə: 209
  • Şərh: 145
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

--------------------


Priya

  • 3 sentyabr 2012 23:09
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Çox çox çox sağ olun.Bu hekayəni bizimlə bölüşdüyünüz üçün.

--------------------




keven

  • 3 sentyabr 2012 22:45
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah razi olsun

--------------------

_Susqun_

  • 3 sentyabr 2012 22:44
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
Bu hadisədən sonra uzun müddət zindandakı məhbuslar arasında günahların cəzasından söz düşəndə həmin əhvalatı bir-biri üçün nəql edərdilər.

--------------------

Nuray2012

  • 3 sentyabr 2012 22:05
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 3 sentyabr 2012 21:58
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Prank girl

  • 3 sentyabr 2012 21:16
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Gözlüklü

  • 3 sentyabr 2012 21:14
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun

✰GoLd GirL✰

  • 3 sentyabr 2012 21:07
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.....

come back

  • 3 sentyabr 2012 21:06
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun deyerli meqaleye gore tewekkur edirem.

Young girl...

  • 3 sentyabr 2012 21:06
  • Məqalə: 9
  • Şərh: 1243
  • Bal:
{awards}
allah razi olsun

--------------------

SU PƏRİSİ

  • 3 sentyabr 2012 21:04
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Hekayeye gore cox sag ol.....

--------------------

...BARSA FANATI....

  • 3 sentyabr 2012 21:03
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Allah Razi olsun:))

LoVe_LiFe

  • 3 sentyabr 2012 21:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah Razi olsun

✰Dгeaм✰

  • 3 sentyabr 2012 20:43
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hekaye ucun Allah razi olsun...

Music Star

  • 3 sentyabr 2012 20:26
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ALLAH razı olsun......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}