Ağıla və qəlbə İşıq Saçan Sözlər

 
Ağıla və qəlbə İşıq Saçan Sözlər


Axmağın həyatı zəhərdən də acıdır. (Həzrəti İsa əleyhissalam)

Ən pis yoxsulluq axmaqlıqdır. (Həzrəti Əli əleyhissalam)

Ən axmaq insan özünü hamıdan ağıllı biləndir. (Həzrəti Əli əleyhissalam)

Axmaq həmişə öndə dayanır ki, hamı onu görə bilsin, ağıllı isə həmişə arxada dayanır ki, hamını görə bilsin. (Silva Karmen)

Hətta dahiliyin də sərhədləri var, axmaqlıq isə heç bir sərhəd tanımır. (Aleksandr Düma)

Axmaqlar ən çox müdriklikdən, vicdansızlar isə vicdandan dəm vururlar. (Paul Ernest)

Axmaqları xüsusi olaraq yetişdirmirlər, onlar özləri yetişir. (Tomas Fuller)

Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir. (Klod Adrian Helvetsi)

Öz axmaqlığını görmürsənsə - axmaqsan, görürsənsə -ağıllısan, görüb qarşısını alırsansa- ağıllısan. (Mari Fransua Arue Volter)

Axmaqlar düşündüyümüzdən azdır; insanlar bir-birlərini sadəcə olaraq başa
düşmürlər. (Lyuk de Klapye Vovenarq)

Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır. (Alman atalar sözü)

Ağılsız baş əlindən ayaq nələr çəkər... (Azərbaycan atalar sözü)

Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar,
axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. (Bencamin Franklin)

Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. (Sokrat)

Ağılı olmayana bütün dünyanın zəkası da kömək edə
bilməz. (İohan Kristof Fridrix Şiller)

Axmaq öz işini görməz, hamının işinə burnunu soxar. (Alman atalar sözü)

Ağıllı adam səhvini düzəltməyə çalışır, axmaq isə axıracan öz səhvinin üstündə
durur. (Mark Tulli Siseron)

Axtardığını bilməyən axmaq – tapdığını anlaya bilməz. (Klod Bernard)

Danışıb axmaqlığınızı ortaya qoymaqdansa,danışmayın. Heç olmasa insanların şübhələri aradan qalxsın. (Avram Linkoln)

Özünü ağıllı kimi göstərən axmaqdan daha təhlükəli adam Yoxdur .
(İohann Volfqanq Höte)

Axmaqlarla fikir mübadiləsi aparmaq korlar üçün şam yandırmaq kimi bir şeydir.
(Pyer Buast)

Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır. (Jan Batist Molyer)

Elə xoruzlar var ki,onlar banladıqları üçün günəşin doğduğunu zənn edirlər. (Naməlum )

Axmaq –işıqla alovu səhv salar və onu hər yandıranı günəş zənn edər. (Cənab Şəhabəddin)

Axmaqdan uzaqlaşmaq ALLAHa yaxınlaşmaqdır. (Həsən Bəsri)

Barmaqlarım ayı göstərərkən axmaqlar barmaqlarıma baxarlar. (Tibet atalar sözü)


Geri dön

sabina_nicat

  • 11 iyul 2011 11:48
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
tewekkurler

Yusif

  • 27 noyabr 2010 13:19
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Teylere gore twk edirem

Ulya

  • 26 noyabr 2010 21:53
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox gozel sozlerdi.twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 13
Cəmi: 40

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}