Aikido haqqında

 
Aikido haqqında


Uzun müddət sirr qalan və yalnız məhdud dairələrə tanış olan Aikido XX əsrin ilk dövrlərində Yaponiyada yaransa da, onun kökləri qədim yapon döyüş sənətlərinə (bucutsu) gedib çıxır.

Aikido qılınc və nizə ilə döyüş sənətlərinin praktiki özünümüdafiə fəndlərini, Cu-cutsu, Aiki-cutsu və digər daha qədim döyüş sənətlərini fiziki və mənəvi kamilləşməni unikal sistemdə birləşdirən Ustad Morihey Ueşiba tərəfindən yaradılıb.



Aikido beynəlxalq səviyyədə geniş yayılmış digər yapon döyüş sənətlərindən özünün aydın ifadə olunan müdafiə xarakteri, dərin fəlsəfəsi, yarışların olmaması, yaş, cins və fiziki imkanlar fərqindən asılı olmayan məşq sistemi ilə fərqlənir.



Aikido bir çox ənənəvi yapon döyüş sənətlərinin sintezi və özünümüdafiə fəndlərinin tam və işlək sistemidir.
Aikido sözünün yazılışında 3 heroqlifdən istifadə olunur:
“Ai” – məhəbbət, harmoniya;
“Ki” – daxili, mənəvi enerji;
“Do” – yol.



Bu heroqliflərin cəmindən çıxan məna - “daxili enerjinin harmoniyasına aparan yol” ifadəsi sadə göründüyü qədər də insanı bir anlığa düşünməyə vadar edir. Düşüncələr isə cəmiyyətin bugunkü problemlərini bir anlığa unutduraraq səni qədim şərq mütəfəkkirlərin fikirləri, dahi döyüş ustalarının kamilləşməyə doğru keçdiyi həyat yolları aləminə aparır.

Bəlkə sən də bu sətirləri oxuyarkən aikidokaya – Aikidonu öyrənən şəxsə çevrilirsən və bu üç heroqlifin mənasını özün üçün aça bilərsənmi sualı haqda düşünürsən.ELAVE OLARAQ:Ustalar



O Sensei – Morihey Ueşiba (14 dekabr 1883 – 26 aprel 1969)

Doşu – Kisşimaru Ueşiba (1921-1999)

Doşu – Moriteru Ueşiba (2 aprel 1951-ci il)

Həyatı boyu Morihey Ueşiba çoxlu sayda tələbə yetişdirib. Onların əksəriyyəti müstəqil dahi müəllimlər səviyyəsinə ucala biliblər. Onların bəziləri Uçideşi idilər.

Ueşibanın tələblərini dörd nəsilə bölmək olar və bu nəsillərin əsas nümayəndələri aşağıdakılardır:



Birinci nəsil (müharibədən əvvəlki dövr)
(1921–1935)

Zenzaburo Akazawa (1920-ci ildə anadan olub) 1933-cü ildən Morihey Ueşibanın tələbəsidir
Masahiro Hashimoto (1910) 1931
Takuma Hisa (1895–1980) 1934
Noriaki Inoue (1902–1994) 1921, Morihey Ueşibanın bacısı oğlu
Ikkusai Ivata (1909) 1930, 9-cu dan Aikikai
Hisao Kamada (1911–1986) 1929
Minoru Moçizuki (1907–2003) 1930, 10-cu dan (Beynəlxalq Döyüş Sənətləri Federasiyası tərəfindən verilib)
Aritoşi Muraşige (1895–1964) 1931
Gozo Şioda (1915–1994) 1932, Yoşinkan Aikidonun yaradıcısı
Rinjiro Şirata (1912–1993) 1933, 9-cu dan
Isamu Takeşita (1869–1949) 1925
Kenji Tomiki (1900–1979) 1926, 1942-ci ildən 8-ci dan sahibi idi
Şiqemi Yonekava (1910–2005) 1933
Tsutomu Yukava (1911–1942) 1931



İkinci nəsil (müharibə dövrü)
(1936–1945)

Tadaşi Abe (1926–1984) 1942, 6-cı dan
Minoru Hirai (1903–1998) 1939, Korindo üslubunun yaradıcısı
Kisaburo Osava (1911–1991) 1941, 9-cu dan
Kanşu Sunadomari (1923) 1942, 9-cu dan
Bansen Tanaka (1912–1988) 1936, 9-cu dan
Saburo Tenryu (1903–1989) 1939, o məşhur Sumo güləşçisi idi
Koiçi Tohei (1920) 1939, Ueşiba tərəfindən təqdim edilmiş və Aikikai tərəfindən təsdiq edilmiş yeganə 10-cu dan
Miçio Hikitsuçi (1923–2004) 1937, 10-cu dan (şifahi şəkildə Ueşiba tərəfindən təqdim edilib), 7-ci dan olanda 1951-ci ildə Şinqu-nun Kumano Juku açmışdır



Üçüncü nəsil (müharibədən sonrakı dövr)
(1946–1955)

Seiseki Abe (1915) 1952, 10-cu dan
Sadateru Arikava (1930–2003) 1947, 9-cu dan
Hiroşi Kato (1935) 1954, 8-ci dan
Yasuo Kobayaşi (1936) 1954, 8-ci dan
Yoşio Kuroiva (1932) 1954, 6-cı dan
Mutsuro Nakazono (1918) 7-ci dan
Şoji Nişio (1927–2005) 1951, 8-ci dan
Andre Nokue (1914–1999) 1955, 8-ci dan, birinci avropalı uçideşi
Masamichi Noro (1935) 1955, 6-cı dan, kinomiçi-nin yaradıcısı
Morihiro Saito (1928–2002) 1946, 9-cı dan
Mitsuqi Saotome (1937) 1955
Hiroşi Tada (1929) 1945, 9-cu dan
Nobuyoşi Tamura (1933) 1953, 8-ci dan
Seigo Yamaguçi (1924–1996) 1951, 8-ci dan



Dördüncü nəsil (sonuncu)
(1956–1969)

Kazuo Çiba (1940) 1958, 8-ci dan
Terry Dobson (1938–1992) 1960, 5-ci dan
Seişiro Endo (1942) 1964, 8-ci dan
Robert Fraqer (1940) 1964, 7-ci dan
Qaku Homma (1950) Nippon Kan-ın yaradıcısıdır və Ueşibanın ölməyindən əvvəl son uçideşidir.
Norihiko Içihaşi (1940–2001) 1960, 8-ci dan
Şizuo Imaizumi (1938) 1959, 7-ci dan
Mitsunari Kanai (1939–2004) 1959, 8-ci dan
Yutaka Kurita (1940) 1959, 6-cı dan
Koretoshi Maruyama (1936) 1954, Aikido Yuişinkai International-ın yaradıcısı
Şuji Maruyama (1940) 1959, 6-cı dan, Kokikai-ın yaradıcısı
Seijuro Masuda (1936) 1962, 8-ci dan
Robert Nadeau (1937) 1962, 7-ci dan
Kenji Şimizu (1940) 1963, 8-ci dan
Roy Suenaka (1940) 1961, 8-ci dan
Seiiçi Sugano (1939) 1959, 8th dan
Morito Suqanuma (1942) 1964, 8-ci dan
Akira Tohei (1929–1999) 1956, 8-ci dan
Takeji Tomita (1942) 1961, 7-ci dan
Yoşimitsu Yamada (1938) 1956, 8-ci dan
Hirokazu Kobayaşi (1929–1998) Kobayaşi aikido


Geri dön

Yusif

  • 27 noyabr 2010 00:38
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Mesqul olanlar bilir yegin bunlari

Ulya

  • 26 noyabr 2010 21:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 67

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}