Gündə bir kərpic düşür,Ömrümün sarayından “Doğum günü!”

 
Gündə bir kərpic düşür,Ömrümün sarayından “Doğum günü!”

Doğum günü!” Nədənsə bizdə bu gün “ad günü” kimi qeyd olunur. Hər kəs, - sevdiklərin, dostların, tanışların, - səni bu dünyaya gəlməyin münasibəti ilə təbrik edir, sənə uzun ömür, can sağlığı arzu edir, hədiyyələr verir, xoş sözlər söyləyir və sevinirlər? Sən də sevinirsən… Amma niyə?...

İnsanı qocaldığı üçün təbrik edənlər nə düşünürlər? Hər halda onun nə vaxtsa, öləcəyini düşünmürlər. Düşünsələr bəlkə də, sevinməzlər. Düşünüb, sevinsələr də, onu adi sözlərlə təbrik etməz, daha doğrusu “təbrik etməyə” bəlkə də söz tapa bilməzlər. Çünki, “Ölüm danışınca hər kəs susar”. Çünki, “Ölümün səsi bütün səslərin üstündədir”… Ölüm son sözdür. Son və kəskin.

Hər yaşandığı gün insanı ölümə doğru daha da yaxınlaşdırır. Başladığı bu yolçuluqda bir addım da atmış olur. Hər gün ömürdən gedir… Hər gün ölümə gedir… Hər gün ölümdən gedir…

Sən doğuluşdan ölümə doğru gedən bir səfərə başlayırsan. Bu dünyaya müsafir gəlib, qürbətdən vətənə hicrət edirsən. Sənin vətənin haradır? Cənnətmi? Cəhənnəmmi? Hara getməyi düşünürsən? Vətən dediyin yeri özlədinsə, bu dünyada daha nə işin var? Qonaqlıq yaxşı şeydir, əgər gedəcəyin yer varsa... Əgər gözləyənin varsa... Qonaq olduğunu bilənlər həmişə tikan üstündə otururlar. İnsan öz evində rahat olar, deyiblər. Bu doğrudur. Ona görə biz müsafir olduğumuz bu dünyada heç vaxt rahat ola bilmirik. Heç nə bizi rahatlaşdırmır, ölüm qədər. Ölüm rahatlıqdır. Ölüm son arzudur. Ölümdən o yana arzular bitir. İnsanın bütün arzuları ölüncəyə qədərdir. Dostların doğum günü “arzuları” da...

Doğum günün mübarək olsun!” dediyiniz dostlarınıza bir də ölüm gününü xatırladın. Ona bir də öləcəyini, ölüb Allahın hüzuruna gedəcəyini, Ali məhkəməyə çıxacığını, yaşadığı bu ömrün hesabını verəcəyini xatırladın. Öldükdən sonra nə olmaq istədiyini soruşun. Arzuları yaşadığı həyat standartına tərs gəlirsə, onu doğru yola yönəldin. İnanın ki, sizin dostunuza ən yaxşı doğum günü hədiyyəniz ölümü xatırlatmağınız olacaq.

Dostunuz aldığı hədiyyənin təsirindən bir ömür çıxa bilməyəcək. Bir ömür hər doğum günündə ona ən yaxın dostunun verdiyi bu inanılmaz və möhtəşəm hədiyyənin təsirində qalacaq. Hər doğum günü paralel olaraq ona həm də ölüm gününü xatırladacaq. Heç vaxt heç kəsin almadığı, bir təbrik mesajını səndən aldığı üçün həmişə sənə minnətdar olacaq. Sən ona ölümü xatırlatmaqla, həyatı xatırladacaqsan. Ölümü ona xatırlatdığın üçün yaşamağın qədrini biləcək. Həyata başqa dəyər verəcək, həyatını başqa cür yaşamağa çalışacaq. Bu hədiyyə onun həyatını dəyişdiyi üçün o da bunu başqalarına hədiyyə edəcək. Beləcə əvvəl sən, sonra sənin dostun, sonra onun dostları bu hədiyyəni paylaşacaqlar.

Və bir gün… Bir gün dünyada hər kəs, amma hər kəs ölümü düşünərək yaşayacaq. Ölümü yaşayacaq. Və ölümdən qorxmayacaq. Ölümü sevəcək. Hər doğum gününü ölümə tərəf yaxınlaşan bir gün kimi qeyd edəcək. Ölümə doğru başladığı yolçuluğu ona ağır gəlməyəcək. Gedəcəyi yerin tərifini Allahdan aldığı üçün ora getməyə tələsəcək. Ölümün nə olduğunu bilərək yaşadığı üçün ölməyəcək.

Qəlbindəki ölüm qorxusunu öldürdüyü üçün sevinəcək və rahatlıq tapacaq. Ölməyəcək. Amma əbədi yolçuluğa gedəcək. Və həyata Şahid olduğu üçün də sonda Şəhid olacaq…

İnsan doğumdan ölümə yola başlayır. Doğuluş ölüm yolçuluğuna startdır. Ölərkən nə olacağını düşünərək yola çıxanlar, yaşayarkən şahid, ölərkən şəhid olarlar. Şəhidlər ölmürlər... "Allah yolunda öldürülənlərə [şəhid olanlara] "ölü" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz”. Onlar Allah qatında diridirlər. Sən bunu bilməzsən" [Bəqərə;154].

"Sən bu dünyaya şahid olmağa gəldin, sahib deyil"... Bunu da unutma. Sən şahid olduqlarının da zamanı gələndə sənə şahidlik edəcəklər. Allah axirət məhkəməsində utananlardan etməsin.

Ölüm günün mübarək olsun deyən dostlarına bu mübarək şərbəti dadmaları üçün sən də dua et... “Əcəl, Allahın ölüm üçün qoyduğu qanundur”...

P.S. Başlanğıcın həm də son nöqtə olduğunu heç düşündünüzmü? Dünya dönüb başladığı yerə gəlib çatanda təvafı bitir... Sən də Dünyaya gələrkən həyatı təvaf etməyə gəldin. Dönüb hara gəldiyinə baxmaq istəyirsən, gördüyün sadəcə uzun bir yol olar. Amma unutma hara gedirsən get, nə qədər gedirsən get, sonun başlanğıca dönməkdir... Sən dönmək üçün yola çıxdığını unutmayan bir... müsafir olduğunu ağlından çıxartma. Geri dönüşün irəliyə getməklə mümkündür. Bunu da unutma... Doğuluş ölümə startdır. Finala çatmaq qələbə deyil. Qələbə, Cənnətə varmaqdır. Yolunuz açıq olsun!

Yaziya görə RÜZGAR qardaşıma təşəkkürümü bildirirəm !


Geri dön

✰Dгeaм✰

  • 9 sentyabr 2012 19:57
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
"Sən bu dünyaya şahid olmağa gəldin, sahib deyil"... Bunu da unutma. Sən şahid olduqlarının da zamanı gələndə sənə şahidlik edəcəklər. Allah axirət məhkəməsində utananlardan etməsin.

guncicek

  • 6 sentyabr 2012 19:10
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
meqale cox maraqlidir twk

--------------------

aksana1993

  • 5 sentyabr 2012 16:24
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
MARAQLI MEQALEDIR TWK EDIREM

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

Ayla123

  • 5 sentyabr 2012 10:59
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
Cox beyendim

R.M Fanatı...

  • 4 sentyabr 2012 23:43
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
maraqli meqaleye gore sag ol....

--------------------

solnuska

  • 4 sentyabr 2012 23:09
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX MARAQLI MEQALE IDI TWK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

come back

  • 4 sentyabr 2012 23:04
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
nece de gozel meqaledir cox beyendim ellerinize sagliq.

I am Happy

  • 4 sentyabr 2012 22:40
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Meqale super meqaledi teshekkurler.

--------------------

✰GoLd GirL✰

  • 4 sentyabr 2012 21:46
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler.....

✰Dгeaм✰

  • 4 sentyabr 2012 21:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
P.S. Başlanğıcın həm də son nöqtə olduğunu heç düşündünüzmü? Dünya dönüb başladığı yerə gəlib çatanda təvafı bitir... Sən də Dünyaya gələrkən həyatı təvaf etməyə gəldin. Dönüb hara gəldiyinə baxmaq istəyirsən, gördüyün sadəcə uzun bir yol olar. Amma unutma hara gedirsən get, nə qədər gedirsən get, sonun başlanğıca dönməkdir... Sən dönmək üçün yola çıxdığını unutmayan bir... müsafir olduğunu ağlından çıxartma. Geri dönüşün irəliyə getməklə mümkündür. Bunu da unutma... Doğuluş ölümə startdır. Finala çatmaq qələbə deyil. Qələbə, Cənnətə varmaqdır. Yolunuz açıq olsun!

Prank girl

  • 4 sentyabr 2012 20:42
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Ölüm günün mübarək olsun deyən dostlarına bu mübarək şərbəti dadmaları üçün sən də dua et... “Əcəl, Allahın ölüm üçün qoyduğu qanundur”...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

keven

  • 4 sentyabr 2012 20:23
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
xebere gore tesekkurler

xebere gore tesekkurler

--------------------

m.gulshen

  • 4 sentyabr 2012 20:02
  • Məqalə: 14
  • Şərh: 2185
  • Bal:
{awards}
beyendim tesekkurler

lie to the world

  • 4 sentyabr 2012 19:55
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
cox gozel meqaledi cox beyendim yazan eller var olsun...insan hemiwe uwaq olanda her defesinde "ad gunu" olacaq gunu cox sebirsizlikle gozleyir ama nezamanki artiq boyuyur ve herweyi derk etmeye bawlayir bax o zaman her "ad gunu"nde kederlenir...

--------------------

NeZNaKoMKa.

  • 4 sentyabr 2012 17:00
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
ALLAH (c.c) bize cennete girmenin qelebesini yashatsin..! AMIN..! meqaleye gore teshekkur..

--------------------

ツMrs.Crazy ツ

  • 4 sentyabr 2012 16:52
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
tewekkurler.....

RADUQA

  • 4 sentyabr 2012 16:51
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
Cox menali yazidi tewekkurler

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

Avril_lavigne

  • 4 sentyabr 2012 16:42
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
twwwwwwwwwwk

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

Shawn michaels

  • 4 sentyabr 2012 16:42
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
super alinib twkler

--------------------

MELEK INSAN...

  • 4 sentyabr 2012 15:41
  • Məqalə: 40
  • Şərh: 1729
  • Bal:
{awards}
tesekkur edirem...

--------------------

GoDDeSSS

  • 4 sentyabr 2012 15:35
  • Məqalə: 0
  • Şərh: 2280
  • Bal:
{awards}
maraqli idi,yazan elleriniz derd gormesin

--------------------
˙·٠•●●•٠·˙*¨`*:•. Noqtə hər zaman son demək deyil.Bəzən ozundən
sonraki hərfin boyuk olacagini gostərir

_Kyonul_

  • 4 sentyabr 2012 15:18
  • Məqalə: 135
  • Şərh: 3015
  • Bal:
{awards}
maraqla oxudum.ellerinize sagliq.dogrudan da biz hamimiz misafirik bu dunyada,bunu hec zaman aglimizdan cixarmamaliyiq.axiretimiz ucun caliwmaliyiq.men de hemiwe ad gunumde kederli oluram.ne qeder tebrik,xow sozler,eylence,hediyyeler.xeyir etmir.duwunurem bir yaw da geride qoydum,goresen men axiretim ucun yararli bir wey etdimmi...

--------------------

✰GoLd GirL✰

  • 4 sentyabr 2012 14:55
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkur edirem.......

SU PƏRİSİ

  • 4 sentyabr 2012 14:39
  • Məqalə: 153
  • Şərh: 3604
  • Bal:
{awards}
Maraqli yaziya gore cox sag ol......... winked

--------------------

Nuray2012

  • 4 sentyabr 2012 14:18
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli idii

--------------------

...BARSA FANATI....

  • 4 sentyabr 2012 13:57
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol...

Music Star

  • 4 sentyabr 2012 13:36
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
Allah razi olsun tewekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 50
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}