Ermənistan parlamenti Ramil Səfərovla bağlı fövqəladə iclas keçirəcək

 
Ermənistan parlamenti Ramil Səfərovla bağlı fövqəladə iclas keçirəcək

Sentyabrın 5-də isə Ermənistan parlamentinin fövqəladə toplantısı olacaq.

Bu barədə parlament spikeri ilə fraksiyaların rəhbərləri razılığa gəliblər.

Bu toplantı məhz Ramil Səfərovun əfvi məsələsinə cavab olaraq keçiriləcək.

Fövqəladə toplantı keçirməyin zəruriliyini Ermənistan prezidenti Serj Sarkisyan bildirmişdi.

O bunu hadisədən dərhal sonra keçirdiyi Milli Təhlükəsizlik Şurasının toplantısında demişdi.

Həmin toplantıda Ermənistan rəhbərliyi Macarıstanla bütün diplomatik münasibətləri kəsəsəcəyini elan etmişdi.

İlham Əliyevin Ramil Səfərovu əfv etməsi, sonra isə ona mayor rütbəsi verilməsi Ermənistanda şok effekti doğurub.

Yerevan sakini, rəqs müəllimi Qagik Genosyan “Röyters”ə deyib ki, Avropa Şurasının üzvü olan dövlətin qətl törətmiş şəxsi əfv etməsindən qəzəblənib:

“Mən Avropada baş verənlərə və insan haqlarının bu qədər dəyərdən düşməsinə acıqlıyam. İnsan haqlarından bağıra-bağıra danışan Avropa bir insanın öldürülməsinə, onun qatilinin isə azadlığa buraxılmasına göz yumur. Heç bir cəzasız. Qəpik-quruşa”.


Geri dön

Online

İstifadəçilər: 5
Qonaqlar: 53
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 63
Cəmi: 878
 
Limon qoxusu
Xəbərləri: 59
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 30
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 30
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
Lmzade
Xəbərləri: 27
Cəmi: 28
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 5
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}