Gördüklərim və Eşitdiklərim

 
Gördüklərim və Eşitdiklərim


".. ALLAHım həmd olsun Sənə.
Sən bizə Cənnətə yetişmək üçün saysız hesabsız yollar bəxş etdin,
Ama biz onun birini belə seçməkdə çətinlik çəkdik..
Fəqət, onun yolları çox sadədir, şərəflidir, uğurludur, pakdır.
As Salam Aleykum Favoritli Bacı və Qardaşlarım. Təəccüblənməyin.
Bu mövzunun sonuncu və V hissəsindən
sonra çoox şeylər görüb eşitdim.
İnsanlardan günah olan Gördüklərim və eşitdiklərim
məni yenidən bu mövzuya müraciət etməyə məcbur etdi.
Adəti üzrə etdiyimiz əməl səhvlərinə ancaq və ancaq haqqına şübhə olunmayan bir mənbə,
Qurani Kərim cavab verəcək.
İnşa ALLAHki haqq bizimlə olacaq.."
Şeyx...!

ALLAHım Sən :
“..Öz əlinizlə özünüzü təhlükəyə atmayın..”-dedin
( Əl – Bəqərə, 195 )

Ama Biz :
Bizə əmanət verdiyin canın qədrini bilməyərək, min əzabla qazandığımız gəliri siqaretə,
narkotik mallara xərcləməkdən həya etmədik. Asta xərcləyib, sürətlə uçuruma getdik.
Əlamətdar günlərdə özümüzü zəncirlədik. Bunu etməklə sənə yaxınlaşacağımızı güman etdik.


ALLAHım Sən :
“..Onlara : "ALLAHın göndərdiyinə (Qur’ana) tabe olun!" -deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)..”
( Əl Bəqərə, 170 )

“..Onlara: "ALLAHın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər", - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!..”-dedin.
( əl – Maidə, 104 )

Ama Biz :
"..Mən gözümü açandan dədəmdən, babamdan belə görmüşəm.
El adətinə müxalif olsam mənə nə deyərlər..?
ALLAHa qurban olum, əsas ürəyin təmiz olsun,
qalan namazdı, orucdu hamısı boş şeydir.
Sənin nə günahın varki indidən namaz qılırsan...?"
dedik.
Yəqin Peyğəmbərimiz ( s.ə s ) çox günah sahibi olubki namazların daim edib..
Mənim ürəyim təmizdi deyə qılmıram, Peyğəmbərin ürəyi natəmiz idiki o qılırdı..?
Hətta ixtiyar çağında belə..?SübhanALLAH.
Atalarımızdan qalan bidət adətləri İslamdan üstün tutduq. Bunu dinin adına bağladıq. Savadsızcasına, cahilcəsinə ALLAHın buyurduğunu yox bir neçə il əvvəl vəfat etmiş Bəşər buyruğuna boyun əydik.


ALLAHım Sən :
“..Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!..”-dedin.
( Əl, Bəqərə, 188 )

Ama Biz :
"..Bu zamanda rüşvətsiz yaşamaq olar..?
Şəxsi torpağ almaq üçün, rüşvət verməyə bilərsən..?
Ev tikdirmək üçün rüşvət verməyə bilərsən..?.."-dedik.
Boğazımız halal loxma qəbul etmirmiş kimi harama susadığ.
İşimizin hakim dairədən keçdiyini görən kimi, əlimizi cibimizə atdığ.
Evdə körpə fidanlarımızı rüşvətlə böyütdük.
Ümidlərini satmağa məcbur olan bir kasıba belə rəhm etmədik.


ALLAHım Sən :
“..Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, ALLAHa və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, ALLAH kafirləri haqq yoluna yönəltməz!..”-dedin.
( Əl, Bəqərə, 264 )

“..Heç bir kəsə minnət qoymadan, əziyyət vermədən mallarını ALLAH yolunda sərf edənlərin Rəbbi yanında mükafatları vardır..”-dedin.
( Əl – Bəqərə, 262 )

Ama Biz :
"..Flan kəsə, bu qədər yaxşılıq elədim heç çox sağol demədi. Xeyrin görməsin heç.
Flankəsə, bu qədər köməklik elədim. Day neyniyime,
cəhənnəmə olsun, mənnən verməkdi.."
Belə deməklə, deyil ALLAH rizası üçün, varımızı ətrafa nümayiş etmək niyyəti ilə,
özümüzü məsum xeyirxah göstərmək niyyəti ilə
varımızı hədər yerə xərclədik.
Və ya etdiyimiz bu “yaxşılığın” nöqtəsini minnət ilə vurduq.
Nə qədər saleh əməli bir minnətlə alovlandırdıq.
Böyük saman toplusuna, kiçik qığılcım düşmüş kimi.


ALLAHım Sən :
“..İnsanların içərisində ALLAHdan qeyrilərini (ALLAHa) şərik qoşub, onları ALLAHı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin ALLAHa məhəbbəti daha qüvvətlidir..”-dedin.
( Əl – Bəqərə, 165 )

Ama Biz :
Qavraya bilmədik ki, gözəlliyə deyil, Gözəlliyi yaradana Aşiq olmaq lazımdır.
Onun üçün yaşamalı, Onun üçün nəfəs almalıyıq.
Əfsusski, övliya və mövlaları Sən qədər sevənlər oldu.
Ama ALLAHım onlarıda yaradan sənsən.
Ətirli gülün ətrini yox, özünü sevmək lazımdı.
O gül olmasa o ətirdə olmaz.


ALLAHım Sən :
“..ALLAH, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (yalandan və ya qəsdən içib yerinə yetirmədiyiniz andlara, pis niyyətlərə) görə sizi cəzalandıracaqdır..”-dedin
( Əl Bəqərə, 225 )

Ama Biz :
Unutduq. Sənin adını cüzi bir məslələrdə belə hallandırdıq.
Fəqət, Sən ALLAHım, bu cür boş söz və cümlələrə layiq deyilsən.
Bir neçə bəşərin içində yalançı çıxmamağ üçün,
özümüzü sudan quru çıxarmaq üçün Səni xatırladıq.
Ammmma, haram yolla xatırladıq.
Sən gözəl zikrlərə layiqsən.

ALLAHım Sən :
“..(Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu.
Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur.
O, (hər şeyi) eşidəndir, biləndir!..”-dedin.
( əl Ənam, 115 )

Ama Biz :
“..Bu zamana kimi Quran qalar heçç?
Sən heç bilirsən onu kimlər yazır..?
Kimə necə sərf edirsə elədə yazır.
Səni onu oxuyan görsəm, o kitabı yandıracam.
O insanı yoldan azdırır”-deyib küfr etdik.

Ey nankor olan Bəşər Övladı unutma :

“..Özlərinə Qur’an gəldiyi zaman onu yalan hesab edənlər (mütləq cəzalarına çatacaqlar).
O (Qur’an), şübhəsiz ki, çox dəyərli (qiymətli) bir kitabdır.
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz). O, hikmət sahibi, şükrə (tə’rifə) layiq olan (bütün işləri bəyənilən ALLAH) tərəfindən nazil edilmişdir..”
( Fussilət, 41-42 )

“..Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!.."
( Hicr, 9 )

Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın ALLAHın ona nazil etdiyi) sözüdür!

O, şair sözü deyildir! Nə az inanırsınız!

O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!

O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi,

Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!

Sonra onun şah damarını qopardardıq!

Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.

Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir.

(Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.

Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).

Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir.
( əl – Haqqə, 40 – 51 )

P.S - Bu yayda insanlarda elə şirklər görüb elə küfürlər eşitdim ki, lap dəhşətə gəldim.
Məhz bu səbəbdən yenidən bu mövzuya müraciət etməyi elə ordaca planlaşdırdım.
Bütün burda yazılan və yazılacaqlar, eləcədə əvvəlki hissələrdə yazılmışlar fərziyə, zənn deyildir. Hamısının canlı şahidi olub Görüb və Eşitmişəm, məhz mən Şeyx.
Hətta deyilən o küfürlərin ünvanı məndəndə yan keçmədi. SübhanALLAH.
ALLAHdan sizə bu cür küfr və şirklərdən, günahlardan uzağ tutmağı diləyirəm. Amin.


---------------------------------


Əfv diləmək,
ALLAHdan razı olmayan kəs üçün deyil,
ALLAHın razı olmadığı kəs üçündür.

ALLAHım.. Bütün bunlardan sonra Səndən məğfirət diləməyə çoox utanıram...!!!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:14
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

Allah razi olsun

--------------------

_RONALDO_

  • 9 may 2011 14:18
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Beyendiz ??? Userler??????

--------------------

Ulya

  • 27 noyabr 2010 12:06
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Yusif,
aha cox beyendim:))
tesekkurler

Yusif

  • 27 noyabr 2010 00:20
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Beyendiz ??? Userler??????

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 41
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}