Üzr istəmə xidməti

 
Üzr istəmə xidməti


Rusiyada yeni xidmətə girən bu servis, küskünlərin, inciklərin işini asantlaşdırır. Rusiyada ürəyini qırdığınız bir yaxınınız və ya yoldaşınızla barışmaq istəyirsinizsə "Üzr istəmə xidməti"nə zəng etməyiniz yetərli olacaq.

Rusiyanın paytaxtı Moskvada xidmət etməyə başlayan "Üzr istəmə xidməti" məqbul əvəzlər qarşılığında küsülüləri barışdırır. Xidmət sayəsində sevdiyin, ancaq yaxın günlərdə dalaşdığın, yoldaşlıq etdiyin, lakin səhvən üzdüyün hər hansı biriylə barışma imkanınız var.

"Üzr istəmə xidməti"ndə işləyən Alyona: "Üzr istəməyə gəlincə insanlar bitərəf davranar. Bu vəziyyətdə köməyə ehtiyacları var. Məncə insanların arasını düzəltmək, barışmalarını təmin etmək çox gözəl bir düşüncədir." deyir.

"Üzr istəyərəm" ya da "bağışla məni" kimi iki sözlük sözlər bir çox şəklə girə bilər. Üzr istəmək üçün onlarla üsula sahib olduqlarını ifadə edən Alyona: "Lakin hər üsulun müştərinin öz tərəfindən hazırlanmasını və ya reallaşdırılmasını tövsiyə edirik. Ayrıca məktub kartı, oyuncaqlar, şar və çiçək də göndəririk." şəklində məlumat verdi.

1 dollara üzr istəmə mesajlı məktub kartı göndərən xidmət 30 dollar qarşılığında isə mesajı biri tərəfindən şifahi olaraq çatdırır. Əgər bu yetərli olmursa, daha çox pul verərək gülməli geyim geyinən kloun tərəfindən mesaj dilə gətirilə bilir.

Bəziləri bu üsulu bəyənməyə bilər, ancaq xidməti istifadə edən vətəndaşlar onu çox tərifləyir.
Xidmətin köhnə müştərilərindən biri olan Aleksandr, təcrübəsini: "Bu xidmətə mən müraciət etdim. Sevgilimlə 2 həftə idi ki, dalaşmışdıq küsülü idik. Görəsən nə edə bilərəm düşüncəsiylə internetdə axtarışe tdim və "Üzr istəmə xidməti"nin reklamına rast gəldim. Dərhal müraciət etdim. Sevgilim də bu cür şeyləri sevir." deyə izah etdi.

"Üzr istəmə xidməti" yalnız qazanc qapısı deyil, ayrıca çarəsiz cütlüklərin barışması üçün son şans qapısı xüsusiyyətini daşıyır.

Bunlardan biri olan Vladimir Sorokin: "Həyat yoldaşımın, həyatımın ən əhəmiyyətli parçası olduğunu fərq etməmişdim. Bunu, ancaq onu itirdiyim zaman anladım. Aramızı düzəldə biləcəyimizi düşünmüşdüm. Ancaq yolunu tapa bilmirdim. Qəzetdə "Üzr istəmə xidməti" ilə əlaqədar xəbər oxudum və birbaşa bura gəldim." dedi.

Pisxoloq Nadejda Kuzmina: "Məncə bu cür xidmətlər daha çox insanların duyğularını dilə gətirməyə çəkindiklərini, utandıqlarını göstəri. Bu əsl elə insanlar üçündür" deyə cavab verdi.


Geri dön

_RONALDO_

  • 9 may 2011 14:17
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
o gun teldebaxdim. ruslara serf etmez bu xidmat gunde 1 sevgililer olur

--------------------

Ulya

  • 27 noyabr 2010 12:06
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
he maraqlidi

Yusif

  • 27 noyabr 2010 00:21
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
wink wink wink RREYLERuNIZ

фея

  • 26 noyabr 2010 22:57
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
o gun teldebaxdim. ruslara serf etmez bu xidmat gunde 1 sevgililer olur wink

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 31
Cəmi: 57

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}