Cəfəri-Təyyar Namazının Qılınma Qaydası

 
Cəfəri-Təyyar Namazının Qılınma Qaydası

CƏFƏRİ-TƏYYAR NAMAZININ FƏZİLƏTİ

Əllamə Məclisi Şeyx Bəhainin atası Şeyx Hüseyn ibn Əbdussəməddən, o da Əbutəyyub Hüseyn ibn Əhməd Fəqih Razidən belə nəql edir: "Hər kəs imam Rizanı (ə) və ya digər bir imamı ziyarət edərkən Cəfəri-Təyyar namazını qılsa, qıldığı hər rəkətin əvəzində onun üçün min dəfə həcc, min dəfə ümrə ziyarətini əmələ gətirmiş, Allah yolunda min qul azad etmiş və mürsəl Peyğəmbər ilə birlikdə min dəfə cihada qalxmış şəxsin savabı yazılar. Atdığı hər addım üçün yüz həcc, yüz ümrə və Allah yolunda yüz bəndə azad etməyin savabı ona əta olunar. Onun üçün yüz həsənə (savab) yazılar və onun yüz günahları bağışlanar."

Bu namaz mötəbər sənədlərə əsasən çoxlu fəzilətlərə malikdir və onlardan ən önəmlisi böyük günahların bu namaz vasitəsi ilə bağışlanmasıdır. Cəfəri-Təyyar namazını qılmağın ən fəzilətli vaxtı cümə günü günortadan qabaqdır.

CƏFƏRİ-TƏYYAR NAMAZININ QILINMA QAYDASI

Bu namaz iki təşəhhüd və salam ilə dörd rəkətdən ibarətdir (yəni iki dəfə sübh namazı kimi iki rəkət qılmaq lazımdır). Birinci rəkətdə "Həmd"dən sonra "Zilzal" surəsi, ikinci rəkətdə "Həmd"dən sonra "əl-Adiyat" surəsi, üçüncü rəkətdə "Nəsr" surəsi, dördüncü rəkətdə isə "İxlas" surəsi oxunur. Lakin hər rəkətdə qiraətdən sonra on beş dəfə "təsbihati-ərbəə"ni, yəni (subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər) zikri oxunmalıdır. Həmin zikr rükuda on dəfə, rükudan qalxdıqdan sonra on dəfə, birinci səcdədə on dəfə, səcdədən qalxdıqdan sonra on dəfə, ikinci səcdədə on dəfə, səcdədən qalxdıqdan sonra və ayağa qalxmamışdan öncə on dəfə oxunmalıdır. Dörd rəkətin dördünü də bu qayda ilə qılmaq lazımdır və bu zikrlərin sayı birlikdə üç yüz dəfə olur.

Kuleyni yazır ki, Əbu Səid Mədaini deyirdi: "İmam Sadiq (ə) mənə buyurdu: "Cəfər namazında demək üçün sənə bir şey öyrədimmi?" Mən dedim: "Bəli, öyrədin." İmam buyurdu: "Elə ki, namazın dördüncü rəkətinin axırıncı səcdəsinə çatdın və təsbihatı qurtardın o zaman de:"

سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّ وَالْوَقارَ سُبْحانَ مَنْ تَعَطَّفَ بِالَْمجْدِ وَتَكَرَّمَ بِهِ سُبْحانَ مَنْ لا يَنْبَغِي التَّسْبيحُ إلاّ لَهُ سُبْحانَ مَنْ اَحْصى كُلِّ شَىْء عِلْمُهُ سُبْحانَ ذِي الْمَنِّ وَالنِّعَمِ سُبْحانَ ذِي الْقُدْرَةِ وَالْكَرَمِ اَللّـهُمَّ اِنّي أَسْأَلُكَ بِمَعاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ وَاسْمِكَ الاَْعْظَمِ وَكَلِماتِكَ التّامَّةِ الَّتى تَمَّتْ صِدْقاً وَعَدْلاً صَلِّ عَلى مُحَمَّد وَاَهْلِ بَيْتِهِ وَافْعَلْ بى كَذا وَكَذا وتطلب حاجتك عوض كلمة كذا وكذا
İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə.)

Müfəzzəl ibn Omər belə rəvayət edir: Bir gün imam Cəfər Sadiqi (ə) Cəfər namazını qılarkən gördüm. Namazdan sonra əllərini qaldırıb bir nəfəs bitənə qədər
يا رَبِّ يا رَبِّ
(ya Rəbb, ya Rəbb...), sonra yenə bir nəfəs bitənə qədər
يا ربّاهُ يا ربّاهُ
(ya Rəbbah, ya Rəbbah...), bir nəfəs bitənə qədər
رَبِّ رَبِّ
(Rəbbi, Rəbbi....), bir nəfəs bitənə qədər
يا اَللّهُ يا اَللّهُ
(ya Allah, ya Allah....), bir nəfəs bitənə qədər
يا حَيُّ يا حَيُّ
(ya Həyyu, ya Həyyu....), bir nəfəs bitənə qədər
يا رَحيمُ يا رَحيمُ
(ya Rəhim, ya Rəhim....), bir nəfəs bitənə qədər
يا رَحْمنُ يا رَحْمنُ
(ya Rəhman, ya Rəhman....) sonra isə yeddi dəfə
يا اَرْحَمَ الرّاحِمينَ
(ya Ərhəm ər-Rahimin) deyə dua etdi. Sonra ağa bu duanı oxudu:

اَللّـهُمَّ اِنّي اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ وَاَنْطِقُ بِالثَّناءِ عَلَيْكَ وَاُمَجِّدُكَ وَلاغايَةَ لِمَدْحِكَ وَاُثْني عَلَيْكَ وَمَنْ يَبْلُغُ غايَةَ ثَنائِكَ وَاَمَدَ مَجْدِكَ وَاَنّى لِخَليقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ وَاَيَّ زَمَن لَمْ تَكُنْ مَمْدُوحاً بِفَضْلِكَ مَوْصُوفاً بِمَجْدِكَ عَوّاداً عَلَى الْمُذْنِبينَ بِحِلْمِكَ تَخَلَّفَ سُكّانُ اَرْضِكَ عَنْ طاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفاً بِجُودِكَ جَواداً بِفَضْلِكَ عَوّاداً بِكَرَمِكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْمَنّانُ ذُوالْجَلالِ وَالاِْكْرامِ .

İlahi, mən Sənin tərifinlə sözə başlayıram və Sənə həmdu-səna deməklə nitqə gəlirəm və Sənin böyüklüyünü mədh edirəm. Halbuki, Sənin mədhinin və həmdu-sənanın sonu yoxdur. Kim Sənin böyüklüyünün və fəzilətinin sonuna çata bilər. Sənin yaratdıqların necə və hansı yolla səndəki böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Hansı zaman olub ki, Sən fəzilət və ehsanla mədh və böyüklüyünlə vəsf olunmayasan?! Sən Öz helminlə günahkarlara çox ehsan edənsən. Sənin yaratdığın yerin sakinləri hər nə qədər itaətindən boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətinlə, Öz fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Nemət bağışlayan, cəlal və kərəm sahibi olan Səndən başqa tanrı yoxdur.
Sonra Həzrət buyurdu: Ey Müfəzzəl! Nə zaman zəruri bir hacətin olsa, Cəfər namazını qıl, bu duanı oxu və (sonra) Allahdan öz hacətlərini istə. İnşəallah müstəcab olar.


Geri dön

GuNaY_83

  • 3 oktyabr 2012 16:17
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler.........

--------------------

LoVe_LiFe

  • 7 sentyabr 2012 22:14
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli werhlere gore tewekkurler

Dark_of_girl

  • 7 sentyabr 2012 14:53
  • Məqalə: 0
  • Şərh: 266
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Heyat oyun oglan QOYUN

.:::Mehriban:::.

  • 7 sentyabr 2012 12:43
  • Məqalə: 1
  • Şərh: 287
  • Bal:
{awards}
Allah razi olsun

...BARSA FANATI....

  • 7 sentyabr 2012 12:10
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

R.M Fanatı...

  • 7 sentyabr 2012 11:49
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

solnuska

  • 7 sentyabr 2012 03:15
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

✰Dгeaм✰

  • 6 sentyabr 2012 23:48
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

come back

  • 6 sentyabr 2012 23:06
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

faithful

  • 6 sentyabr 2012 22:13
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

Deniz_93

  • 6 sentyabr 2012 22:07
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
allah razi olsun

I am Happy

  • 6 sentyabr 2012 21:50
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

kiskanc

  • 6 sentyabr 2012 21:29
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
allah razi olsun!

keven

  • 6 sentyabr 2012 21:24
  • Məqalə: 43
  • Şərh: 1219
  • Bal:
{awards}
allah razi olsun

--------------------

Music Star

  • 6 sentyabr 2012 21:22
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN! :)

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 6 sentyabr 2012 21:16
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun.cox maraqli idi

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

NeZNaKoMKa.

  • 6 sentyabr 2012 21:04
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
ALLAH (c.c) namaz qilanlarin namazini qebul etsin... tewekkur meqale uchun..

--------------------

Nuray2012

  • 6 sentyabr 2012 21:04
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

Prank girl

  • 6 sentyabr 2012 20:59
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Gözlüklü

  • 6 sentyabr 2012 20:57
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore

TAYNA VOSTOKA

  • 6 sentyabr 2012 20:57
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Sonra Həzrət buyurdu: Ey Müfəzzəl! Nə zaman zəruri bir hacətin olsa, Cəfər namazını qıl, bu duanı oxu və (sonra) Allahdan öz hacətlərini istə. İnşəallah müstəcab olar.

--------------------

✰GoLd GirL✰

  • 6 sentyabr 2012 20:48
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun......

✰Karabakh Girl✰

  • 6 sentyabr 2012 20:45
  • Məqalə: 71
  • Şərh: 2928
  • Bal:
{awards}
Xeber prosto suppeerrr Allah razi olsun sizden gozel duzenleyibsiz xeberi feel

Avril_lavigne

  • 6 sentyabr 2012 20:41
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

★Miss Love★

  • 6 sentyabr 2012 20:40
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
Deуerli meqaleуe gore Allah razi olsun=)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}