ANS 19 yaşını qeyd etdi

 
ANS 19 yaşını qeyd etdi


26.11.2010 Tarixində ANS Şirkətlər Qrupunun əməkdaşları ANS Televiziyasının yaranmasının 19 illiyini qeyd ediblər. Tədbirdə çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev hər kəsi Azərbaycanda və eləcə də keçmiş Sovet məkanında ilk müstəqil televiziyanın yaranması münasibətilə təbrik edib.

“Mən çox fəxr edirəm ki, ANS-in yaranmasında birbaşa iştirak etmişəm və hazırda da sizin kimi əməkdaşlarla çiyin-çiyinə çalışmaqda davam edirəm”, deyə V. Mustafayev qeyd edib.

O, ANS-in yaranmasında və fəaliyyətində töhfə verən hər kəsə, eləcə də mərhum prezident Heydər Əliyevə minnətdar olduğunu vurğulayıb: “Biz bizə yaxşılıq edənləri, dayaq duranları və ən əsası ağsaqqallarımızı heç vaxt unutmuruq. Hamıya məlumdur ki, Heydər Əliyev ANS bağlananda bizi müdafiə edib. O, Azərbaycanın demokratikləşməsini istəyirdi və bizi də demokratiyanın bir nümunəsi kimi görürdü. Biz bugünkü günümüzdə həmçinin Azərbaycanın hazırkı prezidenti İlham Əliyevə də təşəkkür edirik. ANS 2006-cı ildə Milli Televiziya və Radio Şurasının qərarı ilə bağlananda, məhz prezidentin təşəbbüsü ilə yenidən fəaliyyətini bərpa etdi”.

Daha sonra çıxış edən ANS Şirkətlər Qrupunun vitse-prezideti Mirşahin Ağayev 19 il bundan əvvəl ANS-in yaranmasını belə xatırladı: “1991-ci il noyabrın 26-da ANS ilk dəfə efirə 7 dəqiqəlik “Xəbərçi” verilişi ilə çıxdı. Həmin vaxt bizim efirimizin sonuncu xəbəri delfinlərin QİÇS-ə yoluxması ilə bağlı “lambada” xəbər idi. Amma həmin gün biz noyabrın 20-də Qarakənddə baş vermiş təyyarə qəzası ilə bağlı da məlumat verdik. ANS həmin dövrdə efirdə hələ heç kimin demədiyi bir cümlə də dedi. Bu gün bu cümlə bizim üçün adidir. Ancaq həmin dövrdə Azərbaycan tamaşaçısı efirdən belə bir cümlə eştiməmişdi. O cümlə belə idi: “Azərbaycan prezidenti Ayaz Mütəllibov xalqa xəyanət yolunu seçib”. Bu cümləni Etibar Məmmədov demişdi və biz də yayımlamışdıq”.

Daha sonra söz ANŞ Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayevə verildi: "Bu gün ANS 19 yaşını qeyd edir və bəlkə də aralarımızda elələri var ki, ANS yarananda heç anadan olmamışdı. Arzu edirəm ki, gün o gün olsun ki, ANS-in ad gününü qeyd edəndə, kanal yaradılarkən heç anadan olmayanların 50 yaşı olsun".

Sonda söz ANS Şirkərlət Qrupunun prezidenti Vahid Mustafayevin mətbuat üzrə müşaviri Mais Məmmədova verildi. O, ANS-lə işlədiyinə görə fəxr etdiyini bəyan etdi. "Sonda bir arzum var. ANS 25 yaşını qeyd edəndə mən də sizinlə olum”, deyə M. Məmmədov əlavə etdi.


Hazirladi__
ANS 19 yaşını qeyd etdi


Geri dön

_RONALDO_

  • 9 may 2011 14:14
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
lap yaxsi.tebrik edirem:)

--------------------

Ulya

  • 27 noyabr 2010 12:23
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
lap yaxsi.tebrik edirem:)

Yusif

  • 27 noyabr 2010 12:18
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Tebrik Edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 48
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}