Qara xəbər

 
Qara xəbər


Avqustun biri göz açdı dünyaya biri.

Ətrafa baxdı,sonra nəfəs alıb ağladı.

Basdı bağrına valideyni onu,

Gülümsəyərək ətrafa saçdı nuru.

Başladı qızcığazın gözəl günləri,

Ana-ata qucağında şirin,qayğılı günləri.

Hər istədiyi yerinə yetirilirdi,

Çünki o varlı ailənin qızı idi.

Yaltaqlanırdı hamı ona,

Görmək istəyirdi evlərində onu gəlin,hər ana.

Keçdi zaman,qız bilmədi ki,bir gün,
Qarşı gələcək o da,həsrətli anlara...

Gəldi qara xəbər ...
çünki rəhmətə getmişdi
Qızcığazın atası hədər...
Başladı qara günlər
Cəmi 4 il çəkdi bu xoşbəxtlik,
amma qızın xəbəri yox idi
bundan sonra başlayacaq bədbəxtçilik
12 il keçdi hadisənin üzərindən
hələ yarasına tapa bilmədi o məlhəm.
olanları yuxu kimi xatırlayırdı,
ona atasını baş daşındakı rəsm tanıtdırırdı
hər il ziyarətə gedirdi atasını,
baş daşına iz salırdı axıdaraq göz yaşını.
hələ dərk etmirdi o həyatı,
hələ çatmırdı ona insan mənəviyyatı...
Ta ki bu sözləri eşidənədək
”Sən artıq atasız qızsan!!!”
Deyilirdi bu sözlər çox vaxt ona
Bu cümlə salırdı qızın qəlbində dərin yara ...
artıq dərk etməyə başlamışdı həyatın acısını,
Sinə gəzirdi hönkürərək axıtmaq üçün göz yaşını...
Dondu qız o an,
Düşdü gözlərindən damlalarla qan
Duruxub ətrafa saldı nəzər.
Gördü alçaldıcı baxışlar,eşitdi acı sözlər,
çünki o artıq varlı ailənin qızı deyildi,
Qürurla gəzmək üçün başı uca deyildi.
Hörmət qoyulmurdu ona əvvəlki tək.
Baxılırdı ona yetim,aciz bir qız tək.

Boğulurdu sonsuz arzular içində,
xəyallar qururdu gələcəyə aid öz içində...
Amma sonra ayılırdı ,
Deyilən sözləri xatırlayırdı
çünki o artıq varlı ailənin qızı deyildi,
qürurla gəzmək üçün başı uca deyildi.
Getmək istəmirdi heç bir yana,
çünki yanaşılırdı ona biganə.
Başa düşmək istəmirdi onu heç kəs
Etdiyi hər hərəkətdə görürdülər səhv .
Qız qəbul etmək istəmirdi olanları,
Canını qurtarmaq üçün düşünürdü intiharı,
güc toplayıb o alırdı əlinə ülgücü,
Damarlarını kəsməyə çatırdı ancaq gücü...
çəkilirdi kənara,qapanırdı otağa
Əsirdi əlləri,döyünürdü ürəyi,
Gülürdü üzü,amma yenə ağlayırdı gözləri...
Ülgüc damara yaxınlaşırdı,
bu hərəkət artıq onu aşırdı.
Yenə durub fikirləşirdi,
anasını göz önündən keçirirdi.
Bacarmırdı,hayfını qollarından alırdı,
Kəsirdi,doğrayırdı,amma damara dəymirdi,
Anasını öldürər bu hərəkətilə,bilirdi...
Artıq hər hərəkətində nələrisə düşünməliydi...
Düşünəcəkləri isə...

ölümündə-anasını
geyimində-namusunu
güləndə-atasını
ağlayanda-atasızlığını...


Geri dön

_RONALDO_

  • 9 may 2011 14:14
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tesekkurler

--------------------

Ulya

  • 27 noyabr 2010 12:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

kakosh

  • 27 noyabr 2010 12:21
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
tesekkurler

Yusif

  • 27 noyabr 2010 12:17
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Reylerinizi Gozleyirem :)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}