Məvəddət (Məhəbbət) ayəsi

 
Məvəddət (Məhəbbət) ayəsi

MƏVƏDDƏT (MƏHƏBBƏT) AYƏSİ

“Məryəm” surəsinin 96-cı ayəsində buyurulur:
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا
“Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır!”

Bu ayədə açıq-aydın göstərilir ki, iman və saleh əməl insanlar arasında məhəbbət və sevgiyə səbəb olur. Bəli, iman və saleh əməl qəribə cazibədarlığa malikdir ki, ürəkləri yumşaldır. Günahkar insanlar belə, pak və saleh əməldən ləzzət alırlar.

Bu ayənin təfsiri ilə əlaqədar əhli-sünnə mənbələrində Peyğəmbərdən müxtəlif rəvayətlər nəql olunmuşdur. Həmin rəvayətlərdə onun imam Əli (ə) haqqında nazil olması bildirilir. Qeyd etdiyimiz kimi, ayənin müəyyən bir şəxs haqqında nazil olması həmin şəxsin kamil nümunə olduğunu göstərir. Bu isə ayənin əhatəli mənası ilə əsla ziddiyyət təşkil etmir.

“Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə Bərra ibn Azib, Əbu Rafe, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Əbu Səid Xidri və Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədisdə deyilir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Həzrətin məhəbbəti hər bir möminin qəlbində yer tutmuşdur.

Əbu Səid Xudridən nəql olunan hədisdə deyilir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
:يا اَبَاالْحَسَن! قُل اَللّهُمَّ اجْعَلْ لِى عِنْدَكَ عَهْداً وَاجْعَلْ لِى فِى صُدُورِهِ الْمُؤمِنِينَ مَوَدَّةً:
“Ya Əbəl-Həsən, de ki: “İlahi! Yanında əhd-peymanımı qəbul et və məhəbbətimi möminlərin qəlbinə sal!”

Bu zaman “Həqiqətən, iman gətirən və saleh iş görənlər üçün Allah (möminlərin ürəklərində) bir məhəbbət yaradacaqdır” ayəsi nazil oldu və Peyğəmbər (s) buyurdu:

لا تَلْقِى رَجُلاً مُؤمِناً اِلاّ فِى قَلْبِهِ حُبٌّ لِعَلِىِّ بْنِ اَبِى طالِبٍ:
“Buna görə də elə bir mömin tapılmaz ki, onun qəlbində Əli ibn Əbi Talib məhəbbəti olmasın!”

Bu hədis azacıq fərqlə Cabir ibn Əbdüllahdan, Bərra ibn Azibdən, həmçinin (bir neçə sənədlə) Məhəmməd ibn Hənəfiyyədən nəql olunmuşdur. Bu hədisdə Əlidən (ə) əlavə, Əhli-beytin məhəbbəti qeyd olunmuşdur. Ümumiyyətlə, bu kitabda müxtəlif sənədlərlə eyni məna daşıyan iyirmi rəvayət nəql olunmuşdur.

Süyuti “Əd-durrul-mənsur” kitabında bu hədisi müxtəlif sənədlərlə Bərra ibn Azib və İbn Abbasdan nəql etmişdir.
Zəməxşəri “Kəşşaf” kitabında (bəhs etdiyimiz ayənin təfsirində) Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Allahdan istə ki, Öz dərgahında səninlə əhd-peyman (şəfaət) bağlasın, məhəbbətini möminlərin qəlbinə yerləşdirsin.” Elə bu zaman həmin ayə nazil oldu.”

Məşhur təfsir alimi Qurtubi bu rəvayəti eynilə nəql etmiş və “Kəşşaf” kitabının müəllifi kimi rəvayətə irad tutmamışdır.

Bu hədisi nəql edən digər alimlər aşağıdakılardır:
–Sibt ibn Cövzi: “Ət-təzkirə” kitabı;
–Muhibbuddin Təbəri: “Zəxairul-uqba” kitabı;
–İbn Səbbağ Maliki: “Əl-füsulul-muhimmə” kitabı;
–Heysəmi: “Əs-səvaiq” kitabı;
–İbn Səbban: Əsafur-rağibin” və imamət məsələsi ilə bağlı sair kitablar.

Bu hədislərə münasibətdə məşhur təfsir alimlərindən yalnız “Ruhul-məani” kitabının müəllifi Alusi mənfi mövqedədir. O bu hədisi nəql etdikdən sonra onu əhəmiyyətsiz qələmə vermək istəmişdir. Hədisi Bərra ibn Azibdən nəql edərək, onu Məhəmməd ibn Hənəfiyyədən nəql olunan hədislə təsdiqləyib yazır: “Ayə kiminsə haqqında nazil olmayıb, ümumi məna ifadə edir.”

Dəfələrlə deyildiyi kimi, heç kim ayənin nazilolma səbəbi ilə onun ümumiliyini məhdudlaşdırmaq istəmir. Belə bir səbəb ayənin kamil nümunəsini göstərir. Başqa sözlə, bu rəvayətlərdə imam Əli (ə) haqqında deyilənlər, onun bütün möminlərin ürəklərində yerləşən məhəbbəti həzrət üçün böyük fəzilət sayılır və bu baxımdan kimsə onunla müqayisə oluna bilməz.

Görəsən, məhəbbəti möminlərin qəlbinə dolmuş bir kəs imamət və vilayət məqamına hamıdan artıq layiq deyilmi?!


Geri dön

GuNaY_83

  • 2 oktyabr 2012 20:54
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
tewekkurler...........

--------------------

keven

  • 13 sentyabr 2012 11:16
  • Məqalə: 43
  • Şərh: 1181
  • Bal:
{awards}
allah razi olsun

--------------------

✰GoLd GirL✰

  • 9 sentyabr 2012 15:35
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun........

come back

  • 9 sentyabr 2012 15:20
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
Allah razi olsun.

NeZNaKoMKa.

  • 9 sentyabr 2012 01:24
  • Məqalə: 385
  • Şərh: 2051
  • Bal:
{awards}
tewekkurler..

--------------------

aksana1993

  • 9 sentyabr 2012 01:15
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
GOZEL VE DEYERLI MEQALE UCUN MINNETDARAM ALLAH RAZI OLSUN

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

solnuska

  • 8 sentyabr 2012 20:35
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

R.M Fanatı...

  • 8 sentyabr 2012 15:18
  • Məqalə: 36
  • Şərh: 3208
  • Bal:
{awards}
ALLAH razi olsun....

--------------------

Prank girl

  • 8 sentyabr 2012 14:24
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰Dгeaм✰

  • 8 sentyabr 2012 12:27
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun...

lie to the world

  • 8 sentyabr 2012 12:10
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
cox sagolun bele deyerli xeberi bizlerle paylawdiginiz ucun...

--------------------

Nuray2012

  • 8 sentyabr 2012 11:33
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

...BARSA FANATI....

  • 8 sentyabr 2012 11:07
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Sitat: _Karanlıklar Lordu_
Allah razi olsun deyerli xebere gore


Sitat: _Karanlıklar Lordu_
Allah razi olsun deyerli xebere gore

kiskanc

  • 8 sentyabr 2012 10:57
  • Məqalə: 2
  • Şərh: 2312
  • Bal:
{awards}
Allah razi olsun!

★Miss Love★

  • 8 sentyabr 2012 10:46
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Deуerli meqale ucun Allah razi olsun=)

Olum meleyi

  • 8 sentyabr 2012 10:16
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
Allah bizlere qiyamet gunu Eli (e) wefaetini nesib etsin inwAllah

--------------------
La feta illa Eli

Gözlüklü

  • 8 sentyabr 2012 10:14
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 52

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 13
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 9
Cəmi: 674
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 4
 
 
{slinks}