Xalq artistiylə "ulduz"un fərqi

 
Xalq artistiylə "ulduz"un fərqi


Azərbaycanın əksər siyasətçilənə, ictimai xadimlərinə, şou-biznes nümaydələrinə dünyanın ən məşhur şəbəkəsi olan "Facebook"da rast gəlirik. Elə bu gün bəzi şou-biznes nümayəndələrinin "Facebook"dakı fəaliyyətindən danışacam. Daha doğrusu “ulduz” xəstəliyinə tutulmalarından, onları həmin səviyyəyə yüksəldən insanlara saymazyana münasibətindən. Belə “ulduz” lardan biri “Yeni Ulduz” musiqi müsabiqəsindən tanınan Aygün Rəhimovadır. Aygün xanımın şəxsi "Facebook" səhifəsində yazdığı statusu olduğu kimi təqdim edirəm (yalnız orfoqrafik səhvləri düzəltmişəm): “Əzizlərim, sizin əlinizdən onlayn söhbəti açıb, sənət yoldaşlarımla, dostlarımla smsləşə bilmirəm! Sevginizə görə çox sağ olun. Sizinlə onlayn söhbətləşməkdən əllərim ağradı (gülür). Efirdən gəlmişəm, yorulmuşam. Yorğunluğumu face ilə keçirirəm”.

Maraqlıdır, görəsən Rəhimovanın sənət yoldaşları kimlərdir? Hamıya məlumdur ki, sənət yoldaşının olması üçün ortada sənət olmalıdır. Aygün xanım isə “Yeni Ulduz”un iştirakçılığından aparacılığına qədər “yüksəlib”. Onun sənətinin ifaçılıq yoxsa aparıcılıq olduğunu yəqin ki, özündən başqa heç kim bilmir. Belə bir xanımın özünü bu qədər yüksəkdən aparması kənardan gülünc görünür. Əminəm ki, çatda yazan şəxslər heç də Rəhimovanın fanatı deyillər, bəlkə də onu tanımırlar. Sadəcə gözəl xanım olduğuna görə yazırlar. Və kimliyindən asılı olmayaraq 2500-ə yaxın dostu olan hər bir kəsə çatda bu qədər insanın yazmağı normaldır. Rəhimovanın yerinə istənilən bir xanım olsa belə ona da həmin qədər insan yazardı. Amma Aygün xanım bunu fanatarının çoxluğu ilə əlaqələndirir. Fanatlardan söz düşmüşkən, bu statusa daha bir “ulduz”umuz, uşaqlıqdan səhnədə olan, amma hələ də böyüyə bilməyən Xəyalə Manaflı belə bir cavab yazıb: “Aquli, (Aygün Rəhimovaya dostları belə deyir. H.H.), ona görə də fanatlar elə fanat kimi də qalmalıdılar”.

Mənə çox maraqlıdır Rəhimova və Manaflının fanatları kimlərdir? Və onlar hansı komponentə görə bu insanlara heyran olublar? Sənətdə özlərini təsdiq edə bilməyib, sonradan aparıcılığa başlayan bu iki xanımın insanlara bu qədər yuxarıdan aşağı baxmağı məni təəcübləndirmədi. Çünki onları bu səviyyəyə çatdıran mətbuatımızdır. Mətbuat bu şəxslərin hər nazıyla oynayır, onları ulduz kimi təqdim edir sonunda isə belə bir mənzərənin şahidi oluruq. Amma təbii ki, bu bütün müğənnilərə şamil oluna bilməz. Və bu 2 “ulduz” həmin insanlardan nəsə öyrənsələr yaxşı olar. Onlara bu yöndə kömək məqsədilə Azərbaycanın xalq artisti Faiq Ağayevin şəxsi Facebook səhifəsində yazdığı statusu təqdim edirəm: “Hal-hazırda (səhər saat 5:27-dir) "in-box"dakı bütün məktubları oxumaq mücadiləsindəyəm. Hələ oxunmamış 468 mesaj qalıb”.

Bu da illərini sənətə həsr etmiş xalq artisti ilə dünənki “ulduz”ların fərqi. Məncə bu müqayisədən sonra nəsə demək artıqdı. Sadəcə olaraq, fanatlarına (əgər varsa) yuxarıdan aşağı baxan “ulduzlar”a demək istəyirəm ki, unutmayın ki, sizi bu səviyyəyə qaldıran Azərbaycan xalqıdır və həmin nöqtədən aşağı yuvarlatmaq da xalqın əlində çox asan bir işdir. Çalışın ki, xalqın yaddaşında insanları həqarət etməklə yox, sənətlə qalın (əgər varsa).


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:48
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

_RONALDO_

  • 9 may 2011 14:13
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sagol maraqlidi

--------------------

Yusif

  • 27 noyabr 2010 13:26
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Cox Boyuq Ferq Var imis

Ulya

  • 27 noyabr 2010 12:29
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqlidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 79
Cəmi: 96

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}