Sizin də gözləriniz yaşarır?

 
Sizin də gözləriniz yaşarır?

Gözlərin yaşarma səbəbləri

Gözlərdə meydana gələn müxtəlif problemlərin qarşısını almaqla insanların həyata baxmaq üçün olan yeganə vasitəsi olan gözü qorumuş oluruq. Gözlərdə tez-tez rast gəlinən problemlərdən biri də yaşarma və sulanma ilə bağlıdır ki, bəzi insanlarda bu hal daha tez-tez təkrar olunur. Bəzən adi vəziyyətlərdə, televizora baxarkən, kitab oxuyarkən, kompüterdən istifadə zamanı, yaxud küləkli havada belə hallarla rastlaşmalı oluruq. İnsanlar gözlərin yaşarma səbəbini bəzən yaşlılıqla, gözlərin zəifləməsi, bəzən də heç diqqət yetirmədən adi hal kimi qarşılayırlar. Bəz əslində gözlərin yaşarma səbəbləri hansı amillərlə bağlıdıır?

Göz, gözü qorumaq, sürüşkənliyi və aydınlığını təmin etmək üçün yavaş, sabit şəkildə göz yaşı ifraz edir. Göz yaşının kifayət qədər olmaması göz quruluğu, göz qapaqlarından daşacaq qədər olmasına isə göz sulanması deyilir. Göz yaşı adi bir maye, su deyil və içərisində gözü qoruyan bir çox maddə var. Oyaq vəziyyətdə olduqda göz yaşı ifrazı davam edir.

Həkim-oftalmoloq Qurban İsmayılov deyir ki, gözyaşı vəziləri tərəfindən ifraz olunan göz yaşı buruna göndərilən göz yaşından artıqdısa, gözdə sulanma, hətta qapaqların xaricinə daşma meydana gəlir. Həkimin fikrincə, soyuq, isti, işıq, ağlama, həyəcanlanma, yorğunluq kimi vəziyyətlərdə göz yaşarması olduğu kimi bu hal bəzi pozğunluqların da əlaməti ola bilər. Göz yaşarmasının səbəblərinə gəldikdə isə bunlar, əsasən, göz qapağı pozuqluğu, göz içi iltihabı, gözə kənar cisimlərin daxil olması, göz yaşı kanallarındakı tıxanıqlıq və ya darlıqlardır. Bundan başqa adi vəziyyətlərdə, məsələn, soğan kəsərkən gözlər yaşarır və bu onunla əlqələndirilir ki, bir və ya bir neçə kükürt atomu ehtiva edən molekullar var, soğanı kəsərkən bu kükürt atomları bir sıra xarici elementlərlə təmasa keçərək bir ferment təşkil edir. Nəticədə isə ortaya uçucu bir yağ çıxır və bu yağ gözləri qıcıqlandıraraq gözlərin yaşarmasına səbəb olur.

Oftalmoloqun sözlərinə görə, gözü davamlı nəm tutan, təmizləyən və qoruyan, üst göz qapağının xarici qismində, qaşın altında olan gözyaşı vəziləri tərəfindən ifraz olunan göz yaşının daha çoxu göz yaşı kanalı tərəfindən burun boşluğuna çatdırılır: “Göz yaşı kanalı alt və üst göz qapaqlarınının daxili küncündə iki kiçik dəlik olaraq başlayır və buradan aşağı doğru uzanaraq burun boşluğuna açılır. Ağlayarkən burnumuzun axmasının səbəbi çox miqdarda gözyaşının bu kanaldan burunun içinə boşalmasıdır. Bu boşalma kanallarındakı hər hansı tıxanıqlıq göz yaşı kanal tıxanıqlığı olaraq göstərilir”.

Ümumiyyətlə, göz yaşı digər mayelər kimi buxarlanır.

Uşaqlarda gözlərin sulanması

Həkim deyir ki, uşaqlarda gözlərin sulanması adətən gözə yad cisimlərin daxil olması ilə əlaqədar olur: “Bundan əlavə göz qapağı pozuqluğu, göz təzyiqi xəstəliyi, kanal tıxanıqlığı kimi amillər daxildir. Kanal tıxanıqlığı erkən doğulan uşaqlarda, oğlan və sezeryan doğulanlarda bir qədər daha çox rast gəlinir. Körpələrdə kanal tıxanıqlığı və ya darlığı sıx rast gəlinən bir vəziyyət olub bir yaşına qədər adətən açılır. Bu vaxta qədər açılmadığı təqdirdə 4 yaşından etibarən əməliyyat aparılır. Yeniyetmələrdə adətən əməliyyat seçilir və bunun sonrakı yaşlara keçirilməməsində fayda var.

Bundan başqa körpələrdə və uşaqlarda müşahidə edilən göz qapaqlarındakı infeksiyalar da sulanmağa səbəb olur. Uşaqlardakı göz sulanması allergiya nəticəsində də yarana bilər. İlk 6 aydan sonra gözlərdə qaşınma, qızarıqlıq, yanma və sulanmanın olması öncə ağıla allergiyanı gətirir. Adətən hər iki gözə birikdə təsir edən bu vəziyyəti həkimə göstərmək və allergik faktorlardan uzaq durmaq lazımdır. Kimyəvi təsirlər də gözlərin yaşarmasına səbəb ola bilər”.


Gözlərinizi silərkən diqqətli olun

Ümumiyyətlə, gözlərin yaşarması, sulanması kimi problemləri olan insanların bunu adi bir hal kimi qəbul edib, diqqət yetirməməsinin düzgün olmadığını deyən həkimin məsləhətinə görə, göz sulanması şikayəti olanlar ilk öncə gözlərini qıcıqlandırmamaq üçün gözlərini silərkən diqqətli olmalıdırlar: “Gözündə sulanma olanların ən böyük səhvi gözlərini davamlı olaraq dəsmalla silərək qıcıqlandırmasıdır. Əllə, ya da dəsmalla silinən gözlərdə göz sulanması artır. Çünki davamlı əl, ya da dəsmalla gözləri silmək gözün daha asan mikrob yığmasına səbəb olur. Gözlər sulandıqda gözlər deyil, axan maye silinməlidir. Soyuq və küləkli havada göz sulanması problemi olanların yanma və sulanma şikayəti artır ki, bu baxımdan göz sulanması problemi olanlar soyuq və küləkli havada qoruyucu eynəklərdən istifadə etməlidirlər”.

Oftalmoloq onu da qeyd etdi ki, son zamanlar gözlə bağlı problemlərin artmasının bir səbəbi də kompüterdən istifadə ilə bağlıdır. Belə ki, kompüter qarşısında uzun müddət oturmaq da gözlərin sulanmasına səbəb olur. Həkim bunun üçün eynəkdən istifadənin gərəkliliyini və eynəkdən istifadənin utanacaq bir vəziyyət deyil, gözün qorunması, insanın səhhəti üçün vacib amil olduğunu bildirdi.


Geri dön

GuNaY_83

  • 2 oktyabr 2012 16:35
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler...........

--------------------

♡✰Love✰♡

  • 12 sentyabr 2012 01:43
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
{awards}
twk.................

my angel__

  • 11 sentyabr 2012 14:44
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
tewekkruelr baci xebere giore

--------------------
Помни, что ты - мое все ❤

come back

  • 9 sentyabr 2012 20:14
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler canim cox maraqlidir.

ZeMka

  • 9 sentyabr 2012 18:18
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
maraqli xebere gore sagolun

--------------------

solnuska

  • 9 sentyabr 2012 17:46
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX SAQOLUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Mermaid★

  • 9 sentyabr 2012 17:41
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Xebere gore tesekkurler

--------------------

son damla

  • 9 sentyabr 2012 17:39
  • Məqalə: 29
  • Şərh: 524
  • Bal:
{awards}
menim gozlerim tv ye yaxindan baxmagdan yasarir

--------------------
"Hamımız itirdiyimiz ya da yetişə bilmədiyimiz hər şey üçün zamanı günahlandırırıq. Halbuki, unutma, zaman danışacaq olsa, hamımız utanarıq".

✰GoLd GirL✰

  • 9 sentyabr 2012 17:07
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkur melumata gore.....

Prank girl

  • 9 sentyabr 2012 16:34
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Gözlərinizi silərkən diqqətli olun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Nuray2012

  • 9 sentyabr 2012 16:25
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol melumata gore

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 9 sentyabr 2012 16:18
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Cox gulende yasarir.twklr

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

::Jessica Alba::

  • 9 sentyabr 2012 15:31
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
men gulen kimi gozlerim dolur xebere gore tewekkurler

Avril_lavigne

  • 9 sentyabr 2012 15:03
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
heeeeeeeeeeeeeeeee(((((

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

kiskanc

  • 9 sentyabr 2012 14:56
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkurler

classic_guiter_girl

  • 9 sentyabr 2012 14:48
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

Pretty Merry

  • 9 sentyabr 2012 14:37
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}

Sizin də gözləriniz yaşarır?

Arada

✰Dгeaм✰

  • 9 sentyabr 2012 14:23
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meslehet ucun cox sag ol...

R.M Fanatı...

  • 9 sentyabr 2012 14:13
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
melumata gore tewekkurler...

--------------------

NeZNaKoMKa.

  • 9 sentyabr 2012 14:04
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
tewekkur meqale uchun..

--------------------

...BARSA FANATI....

  • 9 sentyabr 2012 13:45
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
sag olun:)))

Gözlüklü

  • 9 sentyabr 2012 13:41
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Gozel meqaledi tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 24
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}