Maraqlı bir hekayə

 
Maraqlı bir hekayə


Bir kişi balaca bir quşu tutur. Quş ona deyir:

-Burax məni və mən sənə 3 dəyərli məsləhət verəcəm.

Quşcuğaz söz verdi ki, birinci məsləhətini onun ovucunda, ikincini budağın üstündə, üçüncünü isə yüksəklikdən verəcək.

O kişi razılaşır və birinci məsləhət nə olduğunu bilmək istəyir.

-Nədənsə məhrum olub, sonradan peşman olma.

Kişi quşu havaya buraxdı və o budağa qonub davam elədi:

-Boş və dəlilsiz şeylərə inanma.

Yüksəkliyə uçub, quş möhkəmnən dedi:

-Mən iki dənə zümrüd udmuşam, məni öldürsəydin onlar sənin olardı.

Kişi heyifsləndi və əlləri ilə başını tutdu.

-Heç olmasa üçüncü məsləhətini ver..

-Mənim üçüncü məsləhətim sənin nəyinə lazımdır?!- quş əsəbləşərək dedi, -axı sən məni azad elədiyinə görə peşman oldun və hansısa uydurmaya inandın! Bir fikirləş görüm balaca quşun içində necə iki iri zümrüd yerləşə bilər?
Sən axmaqsan və heç bir məsləhət sənin köməyinə gəlməyəcək..

P.S. Bəzən biz elə bilirik ki, kimisə dinləyirik və başa düşürük, amma əslində bu belə olmur. Bəzən elə bilirik ki,biz nəyisə diqqətlə oxumuşuq amma üstündən bir həftə keçmir, oxuduğumuzu artıq xatırlamırıq.. Bu kişi elə bildi ki, quşu başa düşdü amma əslində bu belə deyildi...
Nəinki bu kişi, çətin ki, biz insanlar bir məsləhətnən düzələk. Gərək özümüz hansısa səhvi buraxaq.. Bizlər çox vaxt öz səhvlərimizin üstündə nəyisə öyrənirik.. Amma bəzən nəyin düz nəyin səhv olduğuna dair qərarlarımız da doğru olmur..
Əgər siz bu kişinin yerində olsaydız, quşun dediklərinə inanardız?

Sizcə, bu kişi bir də quş tutsaydı, nə edərdi? Onu azad eliyərdi yoxsa


Geri dön

Made_In_Bakinka

  • 2 dekabr 2010 11:41
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
Meraqli idi... Eziyyete hormet

BOR ЗAKOH KA

  • 27 noyabr 2010 17:04
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
tewekkurler.Amma mence de buraxardi 2ci defe ve buraxmagi 2 sebebden biri olardi:ya o evvelki meslehetden hec ne anlamayaraq buraxacaqdir,ya da bawa duwub buraxacaqdir

romantikim

  • 27 noyabr 2010 16:37
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
beyendim. tewekkur eziyyete gore

MuslimGirl

  • 27 noyabr 2010 14:40
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox beyendim. Meqalenin mezmunu ile tam raziyam.
Sizcə, bu kişi bir də quş tutsaydı, nə edərdi? Onu azad eliyərdi yoxsa

Mence, yene buraxardi. Cunki qusun iki meslehetinden sonra hec ne anlamayan, ele yene de hec bir sey anlamayacaq.

Ulya

  • 27 noyabr 2010 14:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli hekayedi

Yusif

  • 27 noyabr 2010 14:27
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Beyendinizse Rey Yazin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}