Maraqlı tibbi hadisələr

 
Maraqlı tibbi hadisələr


Türkiyə Şanlıurfa şəhər sakini

anadangəlmə tər vəziləri olmadığı üçün tərləmir.

Türkiyə Şanlıurfa şəhər sakini bir milyonda

bir görülən xəstəliyə yaxalanıb.

Belə ki, 22 yaşlı Mehmet Şükrü Şəkərin anadangəlmə

tər vəziləri olmadığı üçün tərləmir.

Bu səbəblə də onun bədənin hərarəti yüksəlir.

Xəstəliyi səbəbilə evdən bayıra çıxa bilməyən

M. Ş. Şəkər hər saatdan bir başından aşağı su tökür.

Üstünə su tökmədən yaşaya bilməyən xəstə sırf

bu səbəblə heç bir yerdə işləyə bilmədiyini deyib.

Xəstəliyin adı kitablarda olmadığı üçün oğlunun işləyə bilməyəcəyinə dair

arayış ala bilmədiyini deyən M. Ş. Şəkərin atası baş nazir və

səhiyyə nazirindən yardım istəyir.


Maraqlı tibbi hadisələr


İngilis qadın gülən kimi yerə yıxılır.

İngiltərənin Kembric şəhərində yaşayan qadın gülməkdən qorxur.

Elm adamı olan Klaire Ellenin qorxuları əsassız deyil.

Çünki dünyada çox nadir müşahidə edilən əsəb xəstəliyindən

əziyyət çəkən qadın güldüyü an yıxılıb qalır.

"Katapleksi" adlandırılan xəstəlikdən əziyyət çəkən Ellen qorxu,

təəccüb ya da sevinc hissi keçirən kimi bədəninə nəzarəti itirir

və olduğu yerə yıxılaraq qalır, amma huşunu itirmir.

Həkimlər isə dərmanlarla tutmaların sayını azaltsalar da,

onları tamamilə aradan qaldıra bilmirlər.


Maraqlı tibbi hadisələr


Çində Vanq adlı şəxsin mədəsindən qidalanma üçün

nəzərdə tutulmuş çubuq çıxarılıb.

Shanghai Daily qəzetinin verdiyi məlumata görə, o,

çubuğu düz 28 il əvvəl udubmuş.

50 yaşlı Vanq yalnız indi mədəsində şiddətli ağrılar

hiss etdiyi üçün həkimə üz tutub.

Müayinə zamanı onun mədəsindəki çubuğun mədənini

divarını ciddi yaraladığı və qanaxmaya səbəb olduğu üzə çıxıb.

Vanq çubuğu 28 il əvvəl udduğunu söyləyib.

Artıq mədəsindəki çubuqdan xilas

olmuş çinli özünü yaxşı hiss edir.


Maraqlı tibbi hadisələr


10 sm-lik bıçaq 3 saatlıq əməliyyatla çıxarılıb.

Braziliyada 29 yaşlı Edeilson Naskiento adlı kişi 3 il müddətində

başındakı bıçaqla həyatda qalmağı bacarıb.

Naskientonun başına 10 sm ölçüsündə bıçaq 2007-ci ildə getdiyi

barlardan birində baş verən dava zamanı girib.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da həkimlər beyinə ziyan

vuracaqlarından ehtiyat etdikləri üçün bıçağın sadəcə çöldə qalan hissəsini kəsiblər.

Bu müddət ərzində şiddətli baş ağrılarından əziyyət çəkən

Braziliyanın üzərində yeni əməliyyat aparılmalı olub.

3 ildən sonra kəsici alətin daxilə nüfuz edən

hissəsi saatlarla davam edən əməliyyatla ehtiyatla çıxarılıb.

Hazırda özünü yaxşı hiss edən braziliyalı daha

bir həftə həkim müşayiətində qalmalı olacaq.


Maraqlı tibbi hadisələr



5 yaşlı uşaq 3 mln-dan bir müşahidə edilən xəstəliyə yoluxub.

İngiltərədə 3 milyondan bir müşahidə edilən qeyri-adi xəstəlik aşkarlanıb.

Beş yaşlı uşaq gündə 14 dəfə dərisini dəyişir.

Annabelle Vhitehous adlı uşaq genetik pozğunluq olan

"ıchthyosis" xəstəliyinə düçar olub.

Qızın dərisi gündə 14 dəfə öncə qızarır,

sonra isə pul-pul olaraq tökülür.

Xəstəlik qarşısında çarəsiz qalan valideynlər isə

ancaq Annabellanın dərisini kremləyə bilirlər.

Qeyd edək ki, "Ichthyosis" dərinin quru, qalın,

balıq dərisi görünüş aldığı xəstəlikdir.
Xəstəliyin doğuşdan və doğumdan sonra yaranan 20 növü var
.


Maraqlı tibbi hadisələr


İngiltərənin kütləvi

informasiya vasitələri son günlərdə inanılmaz bir möcüzədən bəhs edirlər.

Belə ki, ürək, ciyər və böyrək orqanları köçürmə olan və

13 ildir reanimasiya şöbəsində yatan 32 yaşlı Allison John adlı qadın

tamam sağalıb hətta o, eyni bu kimi xəstəliklərdən əziyyət

çəkən xəstələrə köməklik üçün həkim olmağa qərar verib.

13 il xəstə yatan Allison 3 dəfə ölümə

olduqca yaxınlaşsada sağ qalmağı bacarıb.

Hətta bir dəfə həkim əminliklə onun 3 gün içərisində öləcəyini bildirmişdir.

Çətin günlər yaşayan Allison müalicə aldığı xəstəxanada

həkim kimi fəaliyyətə başlamağa hazırlaşır.

Onun digər bir arzusu isə nişanlısı ilə

ən qısa zamanda ailə qurmaqdır.

Həmçinin Allisonun bu günədək ürək, ciyər və

böyrək orqanları köçürmə olan ilk insan olduğu bildirilir.


Geri dön

SeNi_SeVeN

  • 11 fevral 2012 21:35
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
maraxlidi oxudum xexe

--------------------

Yusif

  • 27 noyabr 2010 19:02
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Maraqli hadiselerdi :)

Ulya

  • 27 noyabr 2010 18:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}