Həqiqət olduğu kimi!

 
Həqiqət olduğu kimi!

Abdullah ibn Ömərin kitab vəsünnə ilə müxalifət etməsi.


Uca Allah öz əzəmətli kitabında buyurur:

فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ

"Allahın əmrinə qayıdana kimi tüğyan etmiş kəslə vuruşun!”["Hücurat” surəsi, 9-cu ayə.]

Peyğəmbər (s) buyurub:
"Ey Əli! Sən məndən sonra əhdini sındıranlarla (nakəsin), zülmkarlarla (qasitin), qiyamçılarla (mariqin) vuruşacaqsan.”
Abdullah ibn Ömər Quranın aşkar əmrləri və Peyğəmbərin sünnəsi ilə müxalifətçilik edir. Eləcə də Əli (ə)-la çiyin-çiyinə döyüşən, ümmətin icmasını təşkil edən ənsar və mühacirlə müxalifətçilik edərək öz şəxsi nəzəri ilə deyir: Mən fitnədə vuruşmaram. Hər kəs qalib gəlsə, onun arxasında namaz qılacağam.["Ət-təbəqatul-kubra”, İbn Səd, 4-cü cild, səh. 110. ]
İbni Həcər yazır ki, Abdullah ibn Ömərin əqidəsi bu idi ki, fitnə olduğu zaman müharibəyə qoşulmaq lazım deyildir. Baxmayaraq ki, o iki tərəfdən biri haqq, digəri də batil olmuş olsuna.["Fəthul-bari”, 13-cü cild, səh. 39. ]
Allaha and olsun, Abdullah ibn Ömərin işi təəccüblüdür! Bir dəstənin haqq, digər dəstənin batil olmasına baxmayaraq, yenə də Allahın əmrini qəbul, haqqa kömək etmək və batili öz yerində belə oturtmaq üçün yerindən tərpənmir. Hər kim qalib gələrsə, batil belə olmasına baxmayaraq, arxasında namaz qılır. Necə ki, əməldə də bunu göstərmişdir.
Müaviyə qalib gəlib İslam ümmətinə sahib oldu. Buna baxmayaraq İbni Ömər onunla beyət edir və arxasında namaz qılır. Müaviyənin cinayət və böyük günahlar etməsinə diqqət etmir. Baxmayaraq ki, bunların hamısını bilirdi.
Zalımlar, batil əhli haqq əhlinə, yəni Əhli-beyt imamlarına qalib gəldilər. İslama qarşı müharibə aparmışlar, azad olanlar, xainlər, yolunu azmışlar zülm və vəhşiliklə hakimiyyətə başladılar.
İbni Ömər haqqı tamamilə boşladı. Tarix onun Əhli-beyti himayət etməsini, onlarla bir olmasını qeyd etməmişdir. Baxmayaraq ki, Əhli-beyt (ə)-ın beş imamı ilə bir zamanda yaşamışdı. Onlardan heç birinə iqtida edərək namaz qılmamış, bir hədis belə onlardan rəvayət etməmişdir. Onların fəzilətini də etiraf etməmişdir.
Biz bu kitabın on iki imam barədə olan fəslində onun on iki xəlifə barəsində nəzərini bildik. Onun fikrinə görə, "Əbu Bəkr, Ömər, Osman, Müaviyə, Yezid, Səffah, Salam, Mənsur, Cabir, Mehdi, Əmin və Əmirul-Əsbin xilafəti düzdür. Bu on iki nəfərin hamısı Bəni Kəb ibn Luidəndir. Onlar hamıdan layiqdirlər və onlar kimisi ola bilməz!”["Tarixi Süyuti”, "Kənzül-ümmal”, "Tarixi İbn Əsakir” və "Zəhəbi”; ünvanlarla tanış olmaq üçün bu kitabın "on iki xəlifə” fəslinə müraciət edin. ]
Onların arasında Peyğəmbər (s)-in "nicat gəmisi”, "Quranın bərabəri” adlandırdığı, itrətindən olan Əhli-beyt imamlarından bir nəfər də olsa, görürsünüzmü?!
Elə buna görə də əhli-sünnət və camaatın yanında onların heç bir yeri yoxdur. Onların imam və xəlifələri arasında bir nəfər də olsun Əhli-beyt imamlarından yoxdur.
Bu, Abdullah ibn Ömərin kitab və sünnətlə müxalifətçilik halıdır. Amma onun xəbərsizliyi və nadanlığı barədə söz isə daha çoxdur:
O cümlədən, Peyğəmbər (s)-in qadınlara ehram vaxtı tikili ayaqqabı geymələrinə icazə verməsidir. İbni Ömər isə bu işin haram olmasına fətva verirdi.["Sünəni İbn Davud”, 2-ci cild, səh. 166-167; "Sünəni Beyhəqi”, 5-ci cild, səh. 51; "Müsnədi Əhməd”, 2-ci cild, səh. 29. ]
O cümlədən, Peyğəmbər (s)-in, Əbu Bəkrin, Ömərin, Osmanın və Müaviyənin zəmanəsində öz əkin yerlərini kirayə verirdi. Axırı ki, səhabələrdən biri onun üçün hədis söyləyib Allah Peyğəmbərinin bu işi haram buyurmasını dedi.["Səhihi Buxari” və "Səhihi Müslüm”, 5-ci cild, səh. 21. ]
Bəli, bu həmin əhli-sünnə və camaatın fəqihidir ki, əkin yerinin kirayə verilməsinin haram olmasını bilmir. Sözsüz, uzun zaman boyunca o işin caiz olmasına dair fətva vermişdir. Bu vaxt Peyğəmbərin zəmanəsindən Müaviyənin zəmanəsinə qədər düz əlli il keçirdi.
Digər məsələdən biri Aişənin onunla müxalifət etdiyi "öpüşün dəstəmazı batil etmə” məsələsidir.
Onun başqa fətvalarından biri də "ölüyə – ailəsinin ona ağladığına görə – əzab verilməsidir. Bunlardan əlavə, sübh azanı, ayın iyirmi doqquz gün olması və bir çox başqa məsələlərdə onunla müxalifətçilik etmiş, nəzərini batil saymışdı.
Bunlardan əlavə, iki şeyxin, yəni Buxari və Müslümün öz "Səhih” kitablarında sənədlə gətirdiyidir ki; Abdullah ibn Ömərə deyildi: Əbu Hüreyrə deyir: Allah Peyğəmbərindən eşitdim ki, buyururdu: Hər kəs cənazənin ardınca getsə, bir qirat (dinarın altıda birinin dördə biri) əcri vardır.
İbni Ömər dedi: "Əbu Hüreyrə çox danışır.” Aişə Əbu Hüreyrənin sözünü təsdiq edib dedi: Mən Peyğəmbərdən bunu buyurmasını eşitmişəm.
İbni Ömər dedi: Elə isə biz çoxlu qiratlar əldən vermişik.["Səhihi Buxari”, 2-ci cild, "cənazə” kitabı, "cənazələrin ardınca getmənin fəziləti” babı, səh. 89]
Ömər ibn Xəttabın öz oğlu haqqında verdiyi şəhadət onun üçün kafidir. O, ölüm yatağında olduğu zaman yaltaqlardan biri dedi: "Abdullah ibn Öməri öz canişinin təyin et.”
Ömər ona dedi: Arvadına təlaq verməyi bacarmayan bir kəsi nə cür öz canişinim qoyum?
Bu həmin İbni Ömərdir! Heç kəs onu atasından yaxşı tanımır.
Öz ağası Müaviyəyə xidmət edərək söylədiyi yalan rəvayətlər daha çoxdur. Misal üçün, biz bu hədisi qeyd edirik: Peyğəmbər buyurdu: "Behişt əhlindən biri sizə tərəf gəlir.” Bundan sonra Müaviyə gəldi. Onun sabahı günü buyurdu: "Behişt əhlindən olan bir kişi sizə tərəf gəlir”, yenə də Müaviyə gəldi. O birisi gündə də belə bir şey buyurdu, (yenə də) Müaviyə gəldi!!!
Və deyir: "Ayətəül-kürsü” nazil olduğu zaman Allah Peyğəmbəri Müaviyəyə buyurdu: Onu yaz.
Müaviyə dedi: Yazsam, hədiyyəm nədir?
Həzrət buyurdu: Hər kəs oxusa, sənə də savabı çatacaq.
Və deyir: Müaviyə qiyamət günü qaldırıldığı zaman dərisi iman nurundan olacaq.
İbni Ömər üç dəfə üç gündə ardıcıl olaraq Müaviyənin əhli behişt olmasına təkid edir. Qiyamət günü bütün insanlar ayaqyalın, lüt qaldıqları zaman Müaviyə onların hamısından üstündür?! Çünki iman nuru ilə bürünmüş halda gələcəkdir!! Oxu, təəccüb et!
Budur Abdullah ibn Ömər və onun elmi məqamı! Budur onun fiqhi və Allah Kitabı və Peyğəmbər sünnəti ilə müxalifətçiliyi! Bu onun Əmirəl-möminin və Peyğəmbərin pak itrətinə olan imamlarla düşmənçiliyi! Bu da onun Allah, Peyğəmbər və insaniyyət düşmənləri ilə dostluğu və yaxınlığı!
Görəsən bu gün əhli-sünnət və camaat bu həqiqəti başa düşürlərmi? Bilirlərmi ki, Mühəmməd (s) sünnəsi təkcə Peyğəmbərin pak itrətinə itaət edənlərdədir, yəni imamiyyə şiələrində!

لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ

"Cəhənnəm əhli və behişt əhli bir deyildirlər. Yalnız behişt əhli feyzə çatandır.”["Həşr” surəsi, 20-ci ayə. ]


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:15
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Yusif

  • 28 noyabr 2010 19:02
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
Tesekkur Xeber Gore

sevgi_meleyim

  • 28 noyabr 2010 17:52
  • Məqalə: 4
  • Şərh: 107
  • Bal:
{awards}
Allah razi olsun, cox gozel xeberdi. Yazan ellerinize quvvet.

--------------------
Bezi insanlarin Allahi subut etmek istemelerine teeccublenirem. Allahin varligi sabitdir. Sen qullugunla subut etmeye chalish!

Ulya

  • 28 noyabr 2010 17:29
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cooox sagol xebere gore

Just For Legend

  • 28 noyabr 2010 17:23
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
xebere gore cox sag ol

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}