Yuxu və onun növləri

 
Yuxu və onun növləri

Yuxu görmək elə bir hadisədir ki, o insanın əlində deyil.

Bir kimə söyləsə ki, mən yuxu görmürəm, yalan söyləmiş olar.

Çünki yuxunu görüb-görməmək onun əlində deyil,

yuxunu ona bir göstərən, bir hazırlayan vardır.

Çox olur ki, insanın ürəyindən bir şey keçir amma ələ gətirə bilmir.

Elə də olur ki, arzuladığı bir şey başına gəlir.

Yuxu insanın yatmış halında ikən gördüyü hadisə

və vəziyyətə deyilir.

Yuxular əsasən üç yerə bölünür:

1. İlahi yuxulardır ki,

Allah taala tərəfindən bir müjdə olaraq möminlərə,

peyğəmbərlərə gəlir. Yəni bu kimi yuxuların kimlərə gəlməsi

həm Allah sirri ilə, həm də insanın əməlləri ilə bağlıdır.

2. İnsanın yaşayışı ilə

bağlı olan yuxular – bu yuxularda insan gündəlik

başına gələnləri və yaxud əlaqədə olduğu insanları və hadisələri belə görə bilir.

3. Şeytani yuxulardır ki,

bu yuxular şeytan vasitəsilə insanın yuxusuna girir.

Məsələn: uca bir yerdən düşmək, itlərin və yaxud canavarların səni qovması

və s. Belə yuxuları gördükdə gərək heç kimə danışmayasan,

yalnız və yalnız Allaha sığınıb dua edəsən, yardım diləyəsən.

Üç hissəyə ayrılan yuxuların özləri də iki hissəyə bölünür.

Səhih, doğru yuxular və batil olub insanı aldadan yuxular.

Bunlar da öz növbəsində bir neçə növə ayrılır.

1.
Açıqca sadiq (doğru) olan yuxu.

Bu yuxular ancaq Peyğəmbərlərə aid olub, vəhy şəklində zühur etmişdir.

2. Bu da bir növ səhih yuxudur ki, Allah tərəfindən müjdələnir.

Yəni insanın görmək istədiyi və başına olacaq və ya

olmuş bir hadisəni qabaqcadan göstərir.

3. Olmuş bir hadisəni yuxuda sənə göstərir,

səni bu işdən xəbərdar edər.

4. Bu növ yuxular elə olur ki, burada məqsəd açıq olmur.

Ancaq hadisəyə işarə olunur.

5. bu yuxu növü elə olur ki, hər hansı bir yeri, şəhəri,

hadisəni görürsən, amma burada da işlərin əsasən sənə heç bir aidiyyatı olmur.

Batil yuxular da 4 yerə bölünür.

1. Bu yuxuda şeytan səni qorxutmaq istər,

amma heç bir zərər verməz.

2. Cin tayfasının göstərdiyi şeylərdir ki,

yuxu görən yuxu əsnasında bundan əziyyət çəkər. (ağlayar, gülər)

3. İnsan özündə olmadığı vaxtda, məsələn qızdırmalı olanda,

başı ağrayanda, kədərli vaxtlarda gördüyü royalar.

4. Qarışıq yuxulardır ki, adam bundan heç bir şey anlamaz


Geri dön

Yusif

  • 28 noyabr 2010 19:37
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
4. Qarışıq yuxulardır ki, adam bundan heç bir şey anlamaz

Ulya

  • 28 noyabr 2010 17:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol melumata gore

Just For Legend

  • 28 noyabr 2010 17:44
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumatdir,cox sag ol

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}