Ağ atlı zənci şahzadə

 
Ağ atlı zənci şahzadə


Qızlarımız niyə əcnəbilərə ərə gedir?

Xarici vətəndaşlarla ailə qurmaq artıq dəb halını alıb.

Qızlarımızın böyük bir qismi ağ atlı oğlanın xarici ölkə vətəndaşı olmasını arzulayır.

Bu arzular isə artıq bir qism insanlar üçün reallığa çevrilib.

Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin açıqlamasına görə,

təkcə ötən il Azərbaycan vətəndaşı olan 1720 qız əcnəbilərlə nikaha girib.

Bu il isə əcnəbilərlə bizimkilər arasında 1356 nikah bağlanıb.

Rəsmi statistikaya görə, qızlarımız 60-dan çox ölkəyə gəlin köçüb.

Bu ölkələr içərisində isə Türkiyəyə və İrana ərə gedən qızların sayı daha çoxdur.

Bəs qızlarımızın xarici vətəndaşlara meyl salmasının səbəbi nədədir?

Hansı səbəbə görə, qızlarımız dini və mədəniyyəti

fərqli olan insanlarla ailə qurmağa daha maraqlıdırlar?

"Qızlarımız yaxşı yaşayışa görə xaricilərlə nikaha girirlər"

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin rəhbəri Novella

Cəfəroğlunun sözlərinə görə, qızlarımızı belə evliliyə əsasən iqtisadi durum sövq edir.

Sevgi isə arxa planda qalır: "Xarici vətəndaşla ailə quran

100 qızdan ikisində-üçündə sevgi əsasında evlilik ola bilər.

Əksəriyyət isə iqtisadi durumdan dolayı belə evliliyə gedir.

Çünki onların ailə qurduğu insanların əllərində kifayət qədər pulları olur,

qızlarımızı indiyədək görmədikləri yerləri, şəhərləri gəzdirə bilirlər

Qısası, yaxşı yaşayışa görə, qızlarımız xaricilərlə evliliyə can atırlar".

Novella Cəfəroğlu hesab edir ki, qızlarımızın gözəl həyatı arzulayıb

ərə getmələri onlara baha başa da gələ bilər. Belə ki, onun dediyinə görə,

xaricilərlə ailə quran qızlarımız insan alverinin qurbanına çevrilməmələri üçün

ayıq-sayıq olmalıdırlar: "Onlar insan alverinin qurbanına çevrilməyi göz önünə almalıdırlar.

Gözübağlı ailə qurmamalıdırlar.

Araşdırsınlar, öyrənsinlər ki, onun ailə quracağı adam kimdi,

ailəsiylə tanış olsunlar, nikah müqaviləsi bağlasınlar".

Azərbaycanda nikah müqaviləsinə bir az ciddi yanaşılmadığını deyən

Cəfəroğlu xarici ölkələrdə bunsuz heç kimin ailə qurmadığını bildirir.

"Bizim qızlar da nikah müqaviləsi bağlamalıdırlar.

Bundan sonra ailə qura bilərlər".

N.Cəfəroğlunun dediyinə görə, qızlarımızın nikah müqaviləsi olmadan

ərə getməmələri üçün bu, KİV-də tətbiq olunmalıdır:

"Televiziyaların başı şoulara qarışıb.

Başları şoulardan açılsa, qadın problemlərini də müzakirəyə çıxarsalar,

yaxşı olar. Qadınlarımızın hüquqi savadlarının artırılması

istiqamətində belə verilişlərə, yazılara ehtiyac böyükdür".

"Bu, onların azad seçimidir"

Psixoloq Vüsalə Hacılı azərbaycanlıların xaricilərlə ailə qurmasında əsas səbəb kimi

qızlarımızın azad fikirli olmasında görür. Belə ki, onun sözlərinə görə,

indi qızlarımız özləri üçün nəyi yaxşı hesab edirsə, onu ətrafa açıqlayıb,

həyata keçirməsində qəbahətli heç nə görmürlər:

"Bu addımı qızlar azad seçimlərindən biri kimi qiymətləndirlər.

Əsasən xanımlarımız xarici vətəndaşlarla nikaha daha çox

o insanların dünyagörüşlü olmasına görə girirlər.

Bir məsələ də var ki, xarici vətəndaşlarla ailə qurmağa addım

atan xanımlar əsasən ali təhsilli olanlar olur.

Və onlar artıq özü üçün hansı yolun daha yaxşı,

hansınınsa pis olmasını müəyyənləşdirməkdə çətinlik çəkmirlər.

Belə xanımlar bizim oğlanların yersiz qısqanclıqları və

bəzən də dar düşüncələrinə davam gətirə bilmirlər.

Onlar azadlıqlarının əllərindən alınmaması və

qadın olaraq sözlərinin dinlənilməsi üçün xarici vətəndaşlarla nikaha girirlər".

O, xaricilərlə qurulan ailələrin möhkəm olmaması fikrinə münasibəti isə belədir:

"Əgər insanların dünyagörüşləri və hadisələrə baxışları eynidirsə,

o zaman bu ailə niyə möhkəm olmamalıdır?

Düzdü, xaricilərlə qurulan nikahlardan da uğursuzluqla nəticələnəni olur.

Az eşitməmişik ki, xarici vətəndaşla ailə qurub, daha sonra insan

alverinin qurbanına çevrilən qızlar barədə. Amma belə acınacaqlı

hallarla yanaşı xoşbəxt ailəyə sahib olanlar da az deyil", - deyən

V.Hacılının sözlərinə görə, sadəcə, xanımlarımız xarici vətəndaşla

ailə qurarkən seriallardakı həyatı gözlərinin qarşısına gətirib addım atmasınlar.

Onun fikrincə, bu, gələcəkdə heç də xoşbəxt sonluqla nəticələnməz.

Həmsöhbətim hesab edir ki, belə tələsik qərarları xəyallarla

yaşayan və təhsili olmayan qızlar ata bilər.

Psixoloq qarışıq nikahın ən böyük çətinliyini isə adət- ənənələrin fərqli olması

və bu fərqliliyin övladın tərbiyəsində müəyyən problemlərin yaşanmasında göstərdiyini dedi.

"Müsəlman qeyri-müsəlmanla ailə qura bilməz"

İlahiyyatçı Cavid Ağamirzəoğlu isə hesab edir ki, xarici vətəndaşla

ailə qurmaqda qəbahətli bir şey yoxdur. Onun sözlərinə görə,

qızlarımız, əgər ailə qurduğu şəxs müsəlmandısa, onun Türkiyədə,

Səudiyyə Ərəbistanında yaşamasından, yəni xarici vətəndaş

olmasından asılı olmayaraq ailə qura bilərlər:

"İslamda müsəlman qızların qeyri-müsəlmanla ailə qurması haram buyurulur.

Yalnız o halda icazə verilə bilər ki,

qızın ailə qurmaq istədiyi şəxs müsəlmanlığı qəbul etsin".

C.Ağamirzəoğlu deyir ki, dinimizə görə kişilər də qeyri-müsəlmanla ailə qura bilməz:

"Yalnız qeyri-müsəlman xanım da kitab əhlidisə, onda müvəqqəti nikaha icazə verilir".


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:47
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

polad333

  • 26 avqust 2011 21:48
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
[hide][/hide][color=#FF0000][/color] what qizlarimiz az bilmir haaaaaaa

Milaska

  • 22 fevral 2011 18:10
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
tesekkurler

Yusif

  • 28 noyabr 2010 19:27
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
cox sago/[right][/right]

SerSeRi_RuzGaR

  • 27 noyabr 2010 23:06
  • Məqalə: 67
  • Şərh: 656
  • Bal:
{awards}
tongue TeweKkur CaNiM)))))
MaRaqLi IDi AXIrA kImi oXUDUm

--------------------
<<<$aLunKa>>>

Ulya

  • 27 noyabr 2010 21:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 443
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}