Göyçayda erməni həyəcanı yaşanır

 
Göyçayda erməni həyəcanı yaşanır


Erməni kanalları hər gün rayon sakinlərinin evlərinə soxulur

Coğrafi cəhətdən ölkənin mərkəzi hissəsində yerləşən Göyçay rayonunda

efir məkanı sözün həqiqi mənasında Ermənistan telekanalları ilə çirkləndirilir.

Bu bölgənin əhalisi istəmədiyi halda Ermənistandan yayımlanan televiziyaların

gərəksiz verilişlərini, o cümlədən də Azərbaycan əleyhinə

ifrat təbliğatı eşitməyə məcbur qalır. Göyçay rayonunun özündə

və kəndlərində görünən erməni kanalları günün

bütün vaxtlarında aydın şəkildə müşahidə olunur.

Rayon sakini Rafiq Məmmədovun sözlərinə görə,

ermənilər daim Qarabağla bağlı verilişlər yayımlayır:

“Erməni bizim torpağımızı işğal edib. Televiziyada öz ordularını,

Qarabağ bizimdir təbliğ edirlər. Ona görə də biz bu işə narazıyıq”.

Göyçay sakinləri bildirib ki, həqiqətən də, sülh danışıqlarının

getdiyi ərəfələrdə, xüsusən də danışıqlar prosesi sürətlənəndə

Ermənistan televiziyalarının anti-Azərbaycan təbliğatı artır.

Bütün xəbər buraxılışlarında isə hərbi süjetlərə üstünlük verilir.

Qeyd edək ki, bundan daha çox şəhid ailələri narahat olur.

Göyçay sakini, şəhid atası Fərhad Məmmədov bildirib ki,

ANS-dən başqa digər kanallardan erməni kanalları yaxşı göstərir:

" Bu da bizə pis təsir edir. Erməni mənim oğlumu öldürüb.

Onlar hərbi veriliş göstərəndə elə bilirəm ki, orada danışanlar

mənim oğlumu öldürüb. Çünki mənə pis təsir edir.

Danışdıqları ancaq Qarabağdandır, ancaq Qarabağ

haqqında söhbətləri gedir. Onların təlimlərini göstərir”.

Erməni tərəfinin təbliğat maşını Türkiyənin də əleyhinə işləyir,

yəni qonşu ölkənin televiziyalarının belə materialları da

bölgə əhalisində ikrah yaradır. Rayon sakinləri ermənilərin

Türkiyə əleyhinə verilişlər verdiklərini də bildirirlər.


Geri dön

Yusif

  • 30 noyabr 2010 16:34
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Dedim yeqin ermeniler aldi goycayi wink

Ulya

  • 29 noyabr 2010 23:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

L_SimuS

  • 29 noyabr 2010 23:53
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Dedim yeqin ermeniler aldi goycayi))


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}