Moskvada Nizami Gəncəvinin 870 illiyi qeyd edilib

 
Moskvada Nizami Gəncəvinin 870 illiyi qeyd edilib

Tədbirdə Bakıdan dəvət olunmuş sənətçilərin konserti olub.

Rusiya paytaxtının mərkəzində, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin yanındakı bağda dahi Azərbaycan şairi Nizaminin abidəsi önündə böyük şair, mütəfəkkir və filosof Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş təntənəli tədbir olub. Rəsmi mərasim başlanmazdan əvvəl qonaqlar 1991-ci ildə qoyulmuş bu abidənin önünə tər çiçəklər düzüblər.

Təntənəli mərasimi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. O, orta əsr Şərqinin dünya ədəbiyyatı şedevrləri sırasına daxil olmuş ən böyük şairlərindən birinin yaradıcılıq irsindən danışıb. P.Bülbüloğlu qeyd edib ki, Nizaminin yubileyinin dünyanın mədəni mərkəzlərindən birində keçirilməsi mühüm hadisədir. Səfir bildirib ki, yubiley tədbiri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkənin hər yerində keçirilir. Səfir, həmçinin qeyd edib ki, dahi Azərbaycan şairinə təkcə Moskvada deyil, həm də Sankt-Peterburqda, Rusiyanın şimal paytaxtının mərkəzindəki eyniadlı bağda gözəl abidə qoyulub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxışına ümummilli lider Heydər Əliyevdən belə bir sitatla başlayıb: “Nizami elə şairdir ki, onun yubileyini hər il qeyd etmək lazımdır”. Anar dahi şairin yaradıcılığından bəhs edərkən deyib ki, Nizami öz əsərləri ilə dünyanın qlobal mənzərəsini yaradıb və əbədi dünya vətəndaşı olub.

Moskva Yazıçılar İttifaqının sədri Yevgeni Sidorov öz çıxışında deyib ki, böyük mütəfəkkir və şair Nizaminin adı dünya mədəniyyəti ənginliyində sönməz parlaq ulduzlar kimi şölələnən sənətkarlar sırasındadır. O deyib: “Şərqin dahi şairi, Azərbaycan torpağının böyük oğlu Nizami bütün dövrlərin sənətkarı olmuş, sonrakı dövrlərin lirikasına və eposuna çox böyük təsir göstərib. Onun əsərlərinin qəhrəmanları dünya ədəbiyyatında ümumi əbədi obrazlara çevrilib”.

Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq Məlikli və şair, həmçinin Nizami əsərlərinin tərcüməçisi Alla Axundova şairin təkcə Azərbaycan mədəniyyətinə deyil, həm də bütün dünya mədəniyyətinə və ədəbiyyatına məxsus olan ölməz əsərlərinin əhəmiyyətindən danışıblar.

Sonra Rusiya və Azərbaycan artistlərinin ifasında hər iki dildə yubilyarın şeirləri əsasında hazırlanmış poetik kompozisiyalar səslənib, Bakıdan dəvət olunmuş xalq artistləri Mələkxanım Əyyubovanın, Fəxrəddin Dadaşovun, Möhlət Müslümovun iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Yubiley şənliyində Rusiya ictimaiyyətinin və yaradıcı ziyalıların nümayəndələri, bir sıra ölkələrin səfirləri, Rusiya Federasiyası Dövlət Dumasının deputatları, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycandan xüsusi olaraq dəvət olunmuş qonaqlar, habelə Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.

ANSPRESS


Geri dön

GuNaY_83

  • 19 sentyabr 2012 09:54
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
ne eceeb?...

--------------------

...BARSA FANATI....

  • 17 sentyabr 2012 09:00
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
XEBERE GORE SAG OL...

✰Dгeaм✰

  • 15 sentyabr 2012 17:26
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Nigar Hebibova,

Heqiqi niye burda yox,Rusiyada?

come back

  • 15 sentyabr 2012 16:26
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
lap yaxsi melumat ucun cox sagolun.

kiskanc

  • 15 sentyabr 2012 08:57
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkkurler

LoVe_HaTe

  • 15 sentyabr 2012 02:22
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
TEWEKKURLERRR

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

solnuska

  • 15 sentyabr 2012 01:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TEWEKKURLERRRRRRRRRRR

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Воровской

  • 15 sentyabr 2012 01:14
  • Məqalə: 11
  • Şərh: 1884
  • Bal:
{awards}
10000 min illliyi qeyd olunsun!!

--------------------
İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir.

classic_guiter_girl

  • 14 sentyabr 2012 23:44
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
xebere qore twk

ღ★Diamond★ღ

  • 14 sentyabr 2012 23:36
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Yubiley şənliyində Rusiya ictimaiyyətinin və yaradıcı ziyalıların nümayəndələri, bir sıra ölkələrin səfirləri, Rusiya Federasiyası Dövlət Dumasının deputatları, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycandan xüsusi olaraq dəvət olunmuş qonaqlar, habelə Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.

...BARSA FANATI....

  • 14 sentyabr 2012 23:00
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol...

Nuray2012

  • 14 sentyabr 2012 22:20
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Xebere gore sagol

--------------------

İnteresting_girl

  • 14 sentyabr 2012 22:17
  • Məqalə: 1
  • Şərh: 790
  • Bal:
{awards}
Melumata gore tewekkur edirem , bes niye Azerbaycanda kecrilmir? ... lap yaxwi dahada olkemiz taninar gozel sairleriyle.

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 14 sentyabr 2012 22:12
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

✰GoLd GirL✰

  • 14 sentyabr 2012 21:49
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Tesekkur edirem......

_Susqun_

  • 14 sentyabr 2012 21:08
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
tesekkur melumat ucun...........

--------------------

guncicek

  • 14 sentyabr 2012 21:07
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
melumat gore sagol

--------------------

Prank girl

  • 14 sentyabr 2012 21:04
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler melumata gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰Dгeaм✰

  • 14 sentyabr 2012 20:52
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah rehmet etsin ona...Melumat ucun cox sag ol...

Gözlüklü

  • 14 sentyabr 2012 20:50
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Lap yaxsi melumat ucun cox sag ol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}