Faiq Ağayevi vuranlardan biri azad olunub

 
Faiq Ağayevi vuranlardan biri azad olunub


Onun barəsində seçilmiş həbs-qətimkan

tədbiri dəyişdirilərək, ev dustağı ilə əvəz edilib


Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda şübhəli

bilinənlərdən biri sərbəst buraxılıb. Xalq artistinin verdiyi məlumata görə,

26.11.10 tarixində Nəsimi Rayon Məhkəməsində hakim

İkram Şirinovun qəbul etdiyi qərara görə bu il sentyabrın 27-də xalq artisti

Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən şəxslərin biri,

Seymur Məmmədov barəsində Nəsimi Rayon Polis İdarəsinin

həbs qətimkan tədbirinin uzadılması haqda vəsatəti təmin olunmayıb.

Xalq artisti isə məhkəmənin bu qərarını qınayıb. F. Ağayevin

verdiyi açıqlamada deyilir: "Cəmiyyət üçün birmənalı şəkildə təhlükə yaradan,

bundan öncə də dəfələrlə qanun pozuntuları törədən bu şəxsin sadəcə

polis nəzarəti altına buraxılması haqda məhkəmə qərarını səhv

və məntiqsiz hesab edirik. Ümidvaram ki, Bakı Appelyasiya məhkəməsi tərəfindən

bu məsələyə baxılanda xalq artistinə qarşı az qala ölüm ilə nəticələnən bu qanlı

qəsdin fəal iştirakçısı S.Məmmədovun faktiki olaraq azadlığa buraxılması haqda

hakim İ.Şirinovun anlamsız qərarı ləğv olunacaq və cəmiyyət üçün böyük

xətər kəsb edən bu şəxs barəsində həbs qətimkan tədbiri uzadılaraq,

istintaq bitənədək cəmiyyətdən tədric olunacaq".

Xatırladaq ki, bu il sentyabrın 27-də səhər saat 6 radələrində xalq artisti

Faiq Ağayev və onun yanında olan iki nəfər - cangüdəni 35 yaşlı Azər Musayev

və dostu 33 yaşlı Ramin Bayramov bıçaqlanıblar.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Əlimərdan bəy

Topçubaşov küçəsindəki 113 saylı evin qarşısında baş verib.

Faiq Ağayev kürək, bud və qarın nahiyəsindən altı,

Ramin Bayramov bir, Azər Musayev isə iki bıçaq yarası alıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat

nəticəsində faktla bağlı şübhəli şəxs qismində üç nəfər - Rüfət Baba oğlu Məlikov,

Seymur Vasif oğlu Məmmədov və Natəvan Qurban qızı Şərifova

sentyabrın 28-də saxlanılıblar. Rüfət Məlikov hadisəni törətdiyini etiraf edib.

Onun xalası oğlu Seymur Məmmədov və digər saxlanılan

Natəvan Şərifovadan isə izahatları alınaraq sərbəst buraxılıblar.

Növbəti gün isə Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda

şübhəli bilinən S. Məmmədov da saxlanılıb.

Sentyabrın 29-da Nəsimi rayon Məhkəməsinin qərarı ilə

R.Məlikov barəsində 3 ay, S.Məmmədov barəsində isə 2 aylıq həbs-qəti imkan tədbiri seçilmişdi.

Qeyd edək ki, hadisə xalq artistinin gecə klubunun açılışından

evinə qayıdarkən yolda "VAZ 2107" markalı avtomobilin sürücüsü ilə

"yol verməmək" üstündə düşən mübahisə zəminində baş verib.

***

İşin istintaqını aparan müstəntiq Cövdət İsgəndərov milli.az-a

açıqlamasında bildirib ki, S.Məmmədov həbsdən azad edilməyib.

Nəsimi rayon Məhkəməsi onun barəsindəki həbs-qətimkan tədbirinin

ev dustaqlığı ilə əvəz olunması barədə qərar çıxarıb.

Amma qərar hələ qüvvəyə minməyib.

Seymurun azadlığa buraxılmadığını onun ailəsindən də təsdiqlədilər.

Müstəntiqin sözlərinə görə, məhkəmə qərarından apellyasiya protesti veriləcək.

Apellyasiya instansiyasının qərarından sonra S.Məmmədovun

həbsdə qalıb-qalmaması məlum olacaq.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:46
  • Məqalə: 515
  • Şərh: 3322
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

angeloka

  • 2 yanvar 2012 10:48
  • Məqalə: 0
  • Şərh: 506
  • Bal:
{awards}
niye buraxiblare o curune xalq artistini vurub qacib angry

OK

  • 7 dekabr 2010 22:19
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

фея

  • 28 noyabr 2010 19:26
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
tw melumata gore .hec xosum gelimirde Faiqden fellow

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Yusif

  • 28 noyabr 2010 19:03
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
xebere gore minnettaram

Ulya

  • 28 noyabr 2010 17:26
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol melumata gore

Just For Legend

  • 28 noyabr 2010 14:48
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

SerSeRi_RuzGaR

  • 28 noyabr 2010 13:46
  • Məqalə: 67
  • Şərh: 654
  • Bal:
{awards}

am TeweKkurLer CaNiM maRaqlI xeBErDI meN FAIQI beYeNiReM QeWeNG SeViyELI MUGeNniDI o xEBErI esidEnDe UReyiM getMiSdI............

--------------------
<<<$aLunKa>>>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 44
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}