Unutdurdun sən mənə

 
Unutdurdun sən mənə

UNUTDURDUN SƏN MƏNƏ

Xəyalınla, fikrinlə,
Həmişə sərxoşam mən.
Unutmuşam özümü,
Dönüb sən olmuşam mən.


Unutdurdun sən mənə

Öz könlümün səsindən,
Öz könlümə ün düşüb.
Dağlar başı qaralıb
Dərələrə gün düşüb,
Niyə belədir, gülüm,
Sən özün bilməlisən,
Fikrimə düyün düşüb!
Həqiqət, - güman olub
Xəyalım - duman olub
Gah düzəndə sürünür
Gah təpədə görünür.


Unutdurdun sən mənə

İlişir kolluqlara
Fikirlər – qırıq-qırıq,
Arzular - para-para,
Ümidlər pərən-pərən,
Qəsəmlər - yalan olub
An var dönüb il olub,
İl var dönüb an olub.
Həsrətim, bu anlan,
günləri, danır mənim.


Unutdurdun sən mənə

Saatımın əqrəbi
Yalnız sənin başma
Dönüb dolanır mənim.
Sənə könül verəli,
Mənim üçün bu köhnə
vaxt ölçüsü pozuldu,
Sənin məhəbbətinin
Dərəcəsi, ölçüsü
Mənim vaxt ölçüm oldu.


Unutdurdun sən mənə

Bir şaxtalı qışdayam,
Mənə əlvan baharı
Unutduran sən oldun.
Ancaq hər gün bahan
Məndən soran sən oldun!
Ümmanam, sahilimi
Unutdurdun sən mənə.


Unutdurdun sən mənə

Qarlı dağam,selimi
Unutdurdun sən mənə.
Gecəyəm,
gündüzümü
Unutdurdun sən mənə
İnsanam, öz-özümü
Unutdurdun sən mənə.


Unutdurdun sən mənə

Bu dünyada hər şeyi
Unutdurub sən mənə
Çəkdirmisən göz dağı,
Əvəzində öyrətdin
Səni unutmamağı!...

Bəxtiyar Vahabzadə


Geri dön

✰Dгeaм✰

  • 30 sentyabr 2012 23:51
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Seire gore tesekkurler

Nuray2012

  • 16 sentyabr 2012 14:45
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol seire gore

--------------------

✰Dгeaм✰

  • 16 sentyabr 2012 11:47
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Qarlı dağam,selimi
Unutdurdun sən mənə.
Gecəyəm,
gündüzümü
Unutdurdun sən mənə
İnsanam, öz-özümü
Unutdurdun sən mənə.

GuNaY_83

  • 15 sentyabr 2012 23:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler........

--------------------

come back

  • 15 sentyabr 2012 23:16
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler cox gozel meqaledir gozel sozler ve menali seir cox xowuma geldi.

...BARSA FANATI....

  • 15 sentyabr 2012 17:31
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
COOOX SAG OL...

kiskanc

  • 15 sentyabr 2012 17:26
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
{awards}
tesekkkurler

Coca-Cola

  • 15 sentyabr 2012 17:25
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
thanks..... lol

--------------------
I <3 School

✰GoLd GirL✰

  • 15 sentyabr 2012 17:19
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
sag olun ela idi.........

✰Dгeaм✰

  • 15 sentyabr 2012 17:18
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Xəyalınla, fikrinlə,
Həmişə sərxoşam mən.
Unutmuşam özümü,
Dönüb sən olmuşam mən.


✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 15 sentyabr 2012 17:18
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
cox sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 59
Cəmi: 83

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}