Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

 
  • 17.09.2012, 09:34
  • Bölmə: Avto
  • Müəllif: Gamze
Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillərin ən qeyri-adiləri: uçan modellərin və konseptlərin top-10luğu

Uçan avtomobillər bir çox futuristlərin və avtomobil həvəskarlarının əsl pərəstiş obyektidir: bu “dəmir atlara” minib səmaya qalxmaqdan gözəl nə ola bilər? İxtiraçılar daim yeni-yeni uçan avtomobil modellərini hazırlayır və təkmilləşdirirlər, amma onların yalnız az bir qismi, həqiqətən, uçmağa layiqdir. Bu qısa icmalda müasir dövrün uçan avtomobillərinin ən yaxşı modelləri və konseptləri təqdim olunur.

1. Moller Skycar М400
Yürüş bolidi ilə kosmik gəminin qatışığını xatırladan bu “avtomobil”, həqiqətən, havaya pərvazlana bilir. Onun uçuş qabiliyyətləri vintlərin dartıcı qüvvəsinə əsaslanır. Bu “dəmir at” spirtlə və ya kerosinlə “qidalanır”. O, saatda 550 kilometrdən artıq sürətlə uça bilir, yanacaq sərfiyyatı isə 100 kilometrə 10 litr təşkil edir – hər halda onu hazırlayanlar bunu vəd edirlər. Bu layihənin bir mənfi cəhəti var: o, pullu investorları aldatmaq məqsədi daşıyan yalana bənzəyir. Onu da qeyd edək ki, bu uçan avtomobilin sonuncu sınaqları 2003-cü ildə keçirilib.

2.Böcək avtomobil
Avtomobil konseptlərinin Pekində keçirilmiş beynəlxalq müsabiqəsinin qızıl mükafatçısı olan YEE konsept-karının maraqlı cəhəti təkcə dizaynı deyil. Müsabiqənin əsas meyarlarından biri avtomobilin metaldan hazırlanmasının və seriya ilə istehsala buraxılmasının mümkünlüyü idi. YEE konsept-karında istifadə edilmiş bütün texniki həll variantları ya artıq mövcuddur, ya da yaxın illərdə peyda olacaq – odur ki, artıq onilliyin sonunda bu “may böcəkləri”, ola bilsin ki, səmaya qalxa biləcəklər.

3. Avtomobil-təyyarə
Çox güclü və geniş açılmış qanadları olan Terrafugia Transition avtomobilə çox da bənzəmir. Havada bu “şahinin” uçuş sürəti 185 km/saatdan çoxdur, şosedə hərəkət sürəti isə 105 km/saatdır. Təyyarə rejiminə və əks rejimə keçid yarım dəqiqəyədək vaxt tələb edir. Sevindirici hal ondan ibarətdir ki, modelin istehsalına artıq bu il başlanılmalıdır. Onun qiyməti isə təxminən 200 min dollar təşkil edəcək.

4.Uçan boşqab
Bu ecazkar nəqliyyat vasitəsi, demək olar ki, antikvardır. Onun sınaqları hələ 1989-cu ildə keçirilib və Moller firmasına ilk şöhrətini qazandırıb. Baxmayaraq ki, bu “uçan boşqab” həddən artıq yanacaq “yeyir”, etibarlı deyil, yetərincə yanğın təhlükəsi doğurur və heç vaxt seriyalı istehsala buraxılmayacaq, hər halda uça bilir! Özü də uçarkən əsl mistik təəssürat yaradır. Doğrudan da, onun dizaynı mistikanı xatırladır. Bu uçan avtomobilin prototipini bir neçə il öncə e-Bay-də 15 min dollara almaq mümkün idi. O, bizim siyahıya unikal dizaynı sayəsində daxil edilib.

5.Paraşütlü” avtomobil
Parajet SkyCar avtomobilinin yüngül konstruksiyası və sanballı propelleri onun səmaya qalxmasına imkan verir. Bunun üçün sadəcə paraşütü buraxmaq kifayətdir. Əsl ekstremal həvəskarları birbaşa trasdan havaya qalxmaq üçün eksperiment apara bilərlər. Amma bu “paraşütlü” avtomobil şəhər yollarında hərəkət üçün yararlı deyil: onunla təkcə havaya qalxmaq deyil, yerə enmək də problem yaradır.

6. Avtomobil-paraplan
Maverick Sport uçan paraşütlü avtomobilin daha bir gözəl nümunəsidir. O, bizim icmalda 5-ci göstərilmiş uçan avtomobildən dizaynı ilə fərqlənir. Bu dizayn köhnə dövrün avtomobillərini bəyənənlərin ürəyincə olacaq. Bu nəqliyyat vasitəsinin komfortluluq və təhlükəsizlik dərəcəsi də siyahıda 5-ci göstərilmiş Parajet SkyCar avtomobilininkindən yüksəkdir.

7. Helikopter-transformer
Propellerli uçan avtomobil ideyası öz davamını ZEEP Design firmasının konseptində tapdı. Futuristik əlil arabasını xatırladan avtomobil əlin yüngül hərəkəti ilə həşəratabənzər helikopterə çevrilir. Şəhər şəraitində bu helikopterin bir çox mənfi cəhətləri var (hələ onun qiymətini bir kənara qoyaq). Amma bu “cırcırama” havaya qalxarsa, onun özünə pərəstişkarlar tapacağı şübhə doğurmur.

8. Pal-V: motosiklet və helikopter
Bu konsept əvvəlkindən təkərlərinin azlığı ilə fərqlənir, amma konstruksiyası baxımından ona çox oxşayır: yüngül gövdə və mexanizmlər və helikopter vintinin olması belə deməyə əsas verir. Güman edilir ki, bu motosiklet 185 km/saat sürətlə uça biləcək. Onun yanacaq sərfiyyatının göstəricisi isə məxfi saxlanılır.

9. Uçan “akula
Audi Shark uçan konsept-karını hazırlayanların bildirdiyinə görə, o, “hava yastığına” istinad edərək gələcəyə yol salmalıdır (yəqin ki, onlar “ekran effektini” nəzərdə tuturlar). Dizaynerlər “Audi dizaynının fəlsəfəsini” çatdırmaq üçün çox çalışıblar, amma bu nəqliyyat vasitəsini idarə etməli olacaq zavallı gələcək barəsində düşünməyiblər. Belə ki, Audi Shark-ın praktiki olaraq idarəedilməz olacağı güman edilir. Amma burası da var ki, süni qravitasiya ixtira olunmayana qədər bu nəqliyyat vasitəsi havaya qalxa bilməyəcək.

10. Fuzo: “uçan damla
Siyahıda bundan əvvəl göstərilmiş konsept-kar reallıqdan nə qədər uzaq görünsə də, bu cəhətdən Fuzo-nu ötüb keçə bilməz. Uçan damlanı xatırladan Fuzo-nun dizaynerlərinin ideyasına görə, bu nəqliyyat vasitəsi 21-ci əsrin 60-cı illəri üçün hesablanıb. Onun təkərləri hansısa yolla turbinlərə çevrilməli, sonra isə avtomobili səmanın dərinliklərinə qaldırmalıdır. Bu uçan avtomobilə neçə “kosmonavtın” yerləşəcəyi isə modeldən asılıdır.

İcmalı yekunlaşdıraraq qeyd edək ki, əsl uçan avtomobillərin sayı azdır və onlar daha çox təyyarəyə oxşayırlar. Amma biz inanırıq ki, gec-tez bəşəriyyət daim onu düşündürən avtomobil-təyyarə ideyasını gerçəkləşdirəcək: bu ideya üzərində çoxlu konstruktor və dizaynerlərin baş sındırması belə düşünməyə əsas verir.


Geri dön

Gunes parlarke

  • 15 oktyabr 2012 20:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
yaa bu qaliba ucak arkadaslar wink

ZaLaToY PaReN

  • 4 oktyabr 2012 01:15
  • Məqalə: 12
  • Şərh: 1320
  • Bal:
{awards}
TWK XEBERE GORE...

ZeMka

  • 3 oktyabr 2012 19:06
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
mende almaq istiyirdimee bulardan sonra gordum serf elemir almadim....:D

--------------------

come back

  • 18 sentyabr 2012 20:24
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkurler maraqlidir.

GuNaY_83

  • 18 sentyabr 2012 18:08
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
tewekkurler.......

--------------------

adsiz2

  • 18 sentyabr 2012 01:21
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
biri mende olsaydi besimdir

--------------------

Prank girl

  • 17 sentyabr 2012 22:02
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰Dгeaм✰

  • 17 sentyabr 2012 19:13
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Melumat ucun cox sag ol...

solnuska

  • 17 sentyabr 2012 17:36
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
HMMM.........................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 17 sentyabr 2012 15:08
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Pal-V: motosiklet və helikopter
Bu konsept əvvəlkindən təkərlərinin azlığı ilə fərqlənir, amma konstruksiyası baxımından ona çox oxşayır: yüngül gövdə və mexanizmlər və helikopter vintinin olması belə deməyə əsas verir. Güman edilir ki, bu motosiklet 185 km/saat sürətlə uça biləcək. Onun yanacaq sərfiyyatının göstəricisi isə məxfi saxlanılır

Nuray2012

  • 17 sentyabr 2012 11:51
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

...BARSA FANATI....

  • 17 sentyabr 2012 09:40
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
MARAQLIDIR,,,SAG OL...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 63

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}