Mövlanın dilindən dua

 
Mövlanın dilindən dua

Mövlanın dilindən dua

Ya Rəbbi!

Bizim halımıza baxaraq rəftar etmə.

Öz ikram və lütfkarlığına görə bizlə rəftar et.

Ya Rəbbi!

Kərəm və lütfünlə hidayət etdiyin ürəyi təkrar dəlalətə,

pozğunluğa meyl etdirmə. Bəlaları bizdən sərf et, çevir və dəyişdir.

Ey əfvi çox olan, günahları örtən Rəbbim!

O günahlar səbəbindən bizdən intiqam alma. Bizə əzab etmə.

Ya Rəbbi!

Biz nəfs ilə şeytana it kimi tabe olduqsa da sən,

əzab aslanını bizə göndərmə..

Ey Hayy, əbədi diri olan Rəbbim!

Tələb və dua üzərinə necə olar da kərəm etməzsən.

Sən kərəm sahibisən.

Ey məxluqatın, varlıqların canlıların ehtiyacını aradan qaldıran Rəbbim!

Sən varkən heç bir kimsəni xatırlamaq və ondan bir şey ümid etmək layiq deyil.

Ya Rəbbi!

Ruhumda bir elm qətrəsi var.

İlahi onu heva küləyiylə bədən torpağından mühafizə et.

Ey lütfkarlığı çox olan Rəbbim!

Cəfa içində keçib gedən ömürə mərhəmət et.

Ey bağışlamağı sevən Rəbbim!

Bizi əfv eylə. Üsyan dərdimizə çarə et.

Ey kömək istəyənlərin köməkçisi!

Bizi hidayətə çıxar.

Ya Rəbbi!

Dua və yalvarışlarımızda sənə layiq olmayan sözləri bilməyərək

söyləyib səhv etmişiksə,

o sözləri sən islah et və duamızı qəbul buyur.

Çünki sözlərin hakimi və sultanı ancaq sənsən.

Ey aləmin yaradıcısı!

Qararmış, qatılaşmış sanki daş kimi olmuş olan ürəyimizi

şam kimi yumşalt, fəryadımızı,

ah-ı-vahımızı xoş et ki rəhmətini cəlb etsin, çəksin.

Bizi kölə kimi istifadə edən bu itaətsiz nəfsdən bizi satın al.

O nəfs bıçaqı sümüyə dayandı (zülmü canımıza çatdı).

Ya Rəbbi!

Sənə nə ərz edim.

Çünki sən gizli və açıq hər şeyi bilərsən."

Allahım! nurumu artır, mənə nur ver.

Ey nurun nuru ey mərhəmətlilərin mərhəmətlisi Allahım mərhəmətinlə məni nur et.

Ya Rəbbi!

Mənə nə sənin zikrini unutduracaq, sənə şövqümü söndürəcək,

səni təsbeh edərkən duyduğum ləzzəti kəsəcək bir xəstəlik;

nə də məni azdıracaq, şər və pisliyimi artıracaq bir səhhət ver.

Ey Mərhəmət edənlərin mərhəmətlisi!

Mərhəmətinlə bu duamı qəbul et.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 14:16
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

Allah razi olsun

--------------------

Yusif

  • 29 noyabr 2010 18:08
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Ya Rəbbi!
Mənə nə sənin zikrini unutduracaq, sənə şövqümü söndürəcək,
səni təsbeh edərkən duyduğum ləzzəti kəsəcək bir xəstəlik;
nə də məni azdıracaq, şər və pisliyimi artıracaq bir səhhət ver.

Ulya

  • 28 noyabr 2010 22:46
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol bele deyerli movzuya gore.ellerine sagliq

MuslimGirl

  • 28 noyabr 2010 21:32
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Duani bedii ve gozel sekilde ,yeqin ki, bele ifade etmek olardi. Cox beyendim meqaleni. Tesekkurler

Just For Legend

  • 28 noyabr 2010 21:32
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
minnettaraqm xebere gore

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}