Heç bir şampun lazım deyil

 
Heç bir şampun lazım deyil

Həcmli, parlaq və sağlam saçların xəyalını hansı qadın qurmur ki?! Lakin bu gün gözəl saçlara sahib olmaq çətindir, çünki çox vaxt saçlarımız istədiyimiz kimi görsənmir. Düzgün olmayan qidalanma, yanlış seçilmiş qulluq vasitələti, aqressiv xarici faktorlar saçlarımızı stressə atır. Isti fen, maşa və ütülərdən, kimyəvi saç boyalarından və digər zərərli vasitələrdən danışmağa dəyərmi?

Dibləri yağlı, ucları quru olan saçlar – bu xanımların əksəriyyətinə tanışdır. Saçları tez-tez şampun ilə yumaq problemi bir az da çətinləşdirir. Lakin bu problemdən xilas olmaq üçün xalq təbabəti köməyinizə yetəcək – adi çovdar çörəyi. Çörəyi isladın və içini saçlarınızın dibinə çəkin. Çörək ən dəbli şampunlardan belə yaxşı təsir göstərəcək, lakin unutmayın – çörək məhz çovdar çörəyi olmalıdır.

Zəif saçlar üçün klassik ayıpəncəsi kömək edər. Ayıpəncəsi yağı bütün apteklərdə satılır – saçlarınıza bu yağı çəkin və başınıza polietilen sarın. Belə maskanı bir neçə saatdan sonra yuyurlar. Ayıpəncəsi yağı saçlara sağlamlıq və təbii parlaqlıq bəxş edir.

Ayıpəncəsi yağının müalicəvi xüsusiyyətləri barədə çoxları bilir, lakin çoxları bu bitkinin köklərinin həliminin faydasından xəbərsizdir. Onu durulayıcı-balzam kimi istifadə etmək lazımdır və mütləqdir. Ayıpəncəsi həlimi quru saçları yumşaldır və kəpəkdən xilas edir.

Saçların həyat gücü zəifdir? Dörd çay qaşığı pıtraq və bataqlıq zanbağının, iki çay qaşığı kalendula və bir xörək qaşığı mayaotu qozası həlimindən istifadə edin. Otların qarışımına bir litr qaynar su tökün və bir gecə saxlayın. Cövhəri saçlar yuyulduqdan sonra saçlarınıza çəkin, ən yaxşısı isə gecə çəkməkdir.

Saçlarınıza parlaqlıq və gücü bitki mənşəli yağlar bəxş edəcək – ayıpəncəsi, gənəgərçək, badam və zeytun yağları... Saçlarınıza yağı çəkin, dəsmal ilə sarın, bir saatdan sonra isə yaxşıca yuyun. Istəsəniz saçlarınızı çiy yumurta yaxud qatıq ilə yuyun. Quru saçlar üçün çobanyastığı həlimi, yaxud cökə çiçəyinin həlimi yaxşı durulayıcıdır.

Sıx-sıx rast gəlinən digər problem – çox yağlı saçlar. Yağlı saçlar çox səliqəsiz görsənir, lakin bu problemin öhdəsindən gəlmək mümkündür. Artıq anladınız ki, saçların hədsiz yağlılığından xilas olmaq üçün köməyimizə xalq təbabəti gələcək, misal üçün palıd ağacının qabığından hazırlanan həlim. Bu vasitəni hazırlamaq asandır – altı çay qaşığı palıd ağacının rəndələnmiş qabığı və iki litr su.

Hədsiz quruluqdan və hədsiz yağlılıqdan xilas olmaq üçün xüsusi maskalardan istifadə etmək lazımdır. Adi yumurta maskasının reseptini misal çəkək: eyni bərabərdə yumurta sarısı, spirt və suyuqarışdırıb saçalrı yuduqdan sonra başın dərisinə çəkmək. 10 dəqiqə saxlayıb, ilıq su ilə yumaq. Saç üçün maskanı çalınmış yumurtanın ağı və qara şörəyin qarışımından hazırlamaq olar. Çörəyin əzilmiş qabığının üzərinə qaynar su tökün və alınmış məhlulu saçlarınızın dibinə çəkin. Sabınsız yuyun.

Maskalar saçların quruluğunu aradan qaldırmaq üçün kömək edir. çiy yumurtanın sarısı, gənəgərçək yağı və bir çay qaşığı rom iki saatlıq saçlara çəkilir, sonra isə soyuq su ilə yuyulur. Maska kimi sadəcə yumurtanın sarısını da istifadə etmək olar. Açıq rəngli saçlara qızılı parlaqlıq bəxş etmək üçün çobanyastığı cövhəri kömək edəcək –iki xörək qaşığı çobanyastığı çiçəyini bir stəkan suda dəmləyirlər.

Tünd saçlara parlaqlıq vermək üçün isə adi çaydan istofadə edin, çayı 1 xörək qaşığı çaya 2 stəkan su əlavə edərək dəmləyin. Çay rəngi daha dolğun edir və zəif saçlara güc bəxş edir.

Zamanın sınağından keçmiş xalq təbabəti üsullarından istifadə edin və gözəl olun!

Heç bir şampun lazım deyil


Geri dön

my angel__

  • 21 sentyabr 2012 20:52
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
Saçların həyat gücü zəifdir? Dörd çay qaşığı pıtraq və bataqlıq zanbağının, iki çay qaşığı kalendula və bir xörək qaşığı mayaotu qozası həlimindən istifadə edin. Otların qarışımına bir litr qaynar su tökün və bir gecə saxlayın. Cövhəri saçlar yuyulduqdan sonra saçlarınıza çəkin, ən yaxşısı isə gecə çəkməkdir..

--------------------
Помни, что ты - мое все ❤

Isa Alizade

  • 19 sentyabr 2012 14:06
  • Məqalə: 0
  • Şərh: 101
  • Bal:
{awards}
melumata gore twk

--------------------

come back

  • 18 sentyabr 2012 21:13
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
meslehetlere gore cox sagolun.

★Mermaid★

  • 18 sentyabr 2012 17:39
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Tünd saçlara parlaqlıq vermək üçün isə adi çaydan istofadə edin, çayı 1 xörək qaşığı çaya 2 stəkan su əlavə edərək dəmləyin. Çay rəngi daha dolğun edir və zəif saçlara güc bəxş edir.

--------------------

GuNaY_83

  • 18 sentyabr 2012 16:50
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler............

--------------------

solnuska

  • 18 sentyabr 2012 03:22
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrr

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ღ★Diamond★ღ

  • 18 sentyabr 2012 00:15
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Saçlarınıza parlaqlıq və gücü bitki mənşəli yağlar bəxş edəcək – ayıpəncəsi, gənəgərçək, badam və zeytun yağları... Saçlarınıza yağı çəkin, dəsmal ilə sarın, bir saatdan sonra isə yaxşıca yuyun. Istəsəniz saçlarınızı çiy yumurta yaxud qatıq ilə yuyun. Quru saçlar üçün çobanyastığı həlimi, yaxud cökə çiçəyinin həlimi yaxşı durulayıcıdır.

Nuray2012

  • 18 sentyabr 2012 00:15
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol meslehete gore

--------------------

adsiz2

  • 18 sentyabr 2012 00:00
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
meslehetine gore sagoll...

--------------------

...BARSA FANATI....

  • 17 sentyabr 2012 23:34
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Meslehet ucun cox sag ol...

Prank girl

  • 17 sentyabr 2012 21:31
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tsk edirem maraqli melumata gore hem de lazimli

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

GULCIN_ROSE

  • 17 sentyabr 2012 21:22
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
mene lazim olan melumati sona qeder yazmamisiz

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 17 sentyabr 2012 21:13
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

fatimeyinur

  • 17 sentyabr 2012 21:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
MESLEHETE GORE TSK

TAYNA VOSTOKA

  • 17 sentyabr 2012 20:56
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
MENDE SACLARIMI COX SEVIREM VE NE VAXTSADA SACLARIM OZ PARLAQLIGINI ITIRER DEYE DUWUNMEK BELE KABUS MENE

--------------------

✰Dгeaм✰

  • 17 sentyabr 2012 20:39
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meslehet ucun cox sag ol...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 46
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}