Bürclər dekabrda nə vəd edir?

 
  • 28.11.2010, 19:34
  • Bölmə: Maraqlı
  • Müəllif: OK
Bürclər dekabrda nə vəd edir?


Qoç
İlin son ayı sizin üçün arzularınızın reallaşması ilə başlayacaq. Ayın ortasına qədər bütün işlərinizi tamamlamanız məsləhətdir. Partnyorlarınızın köməyinə güvənə bilərsiniz. Noyabr kimi, bu ay da sizə çoxlu tanışlıqlar bəxş edəcək. İşgüzar həyatınız dolğun olacaq, amma bu o demək deyil ki, istirahət barədə unutmalısınız.

Buğa
Dekabr arzularınızın həyata keçəcəyi aydır, amma qərar qəbulunda əlavə məsuliyyəti öz üzərinizə götürməlisiniz. Ayın ikinci yarısı sağlamlığınızla maraqlanmanız məsləhətdir. Ay məhəbbət içində keçsə də, iş barədə unutmamalısınız. Tənbəllik etməsəniz mükafat və ya rəhbərliyin tərifini ala bilərsiniz.

Əkizlər
Ən yaxşı şeylər dekabrın son günü baş verəcək. Ay isə ümumilikdə konflikt, qaçhaqaçla bol olacaq. Nə qədər sakit olsanız, bu dövr bir o qədər rahat keçəcək. Fiziki yüklənmədən uzaq dürmanız məsləhətdir. İstirahətə vaxt ayırsanız, pis olmaz. Əks halda sağlamlığınızla problemlər qaçılmaz olar. Maddi çətinliklər sizdən uzaq olacaq.

Xərçəng
Bu ay iş masanızda, evdə və başınızda iməcilik üçün yararlıdır. Həyatınızı qaydaya salaraq yorğunluğun və gücsüzlüyünüzün öhdəsindən gələcəksiniz. Ayın sonunda sizi gözəl nailiyyət gözləyir. Romantik münasibətlər sizi bu ay ciddi sınağa çəkəcək. Bu da professional fəaliyyətinizə əngəl yaradacaq. Yalnız diqqətinizi işə yönəltməklə maddi sıxıntılardan yaxa qurtaracaqsınız.

Şir
İlin son ayı işləriniz ya əla gedəcək, ya da pis. Aldanacağınız istisna edilmir. Daxili səsinizə inanmağınız məsləhətdir. İşgüzar problemlər sizi dinc buraxmayacaq. İşdə baş verən pis hallar əhvalınızı pozmasın, çünki evdə sizi yaxınlarınızın sevgisi və qayğısı gözləyir. Məhəbbət cəbhəsində hələ ki sakitlikdir.

Qız
Bu ay işdə və evdə işlərinizin tamamlanması ayı olacaq. Dekabrda taleyinizlə mübarizə aparmaq sizə zərər verə bilər. Baş verənlərə yumor hissi ilə yanaşın, o zaman hər şey yaxşı nəticələnək. Dekabr ayı işgüzar və şəxsi həyatınız arasında tam harmoniya yaranacaq. Başqalarına təsir etmə bacarığınızdan yararlanmaqla həzz alacaqsınız.

Tərəzi
Qazandıqlarınızı itirməmək üçün bu ay tənbəllik barədə unutmalısınız. Eyni zamanda qızğın işləməniz də əleyhinizə ola bilər. Bu ay plan qurmaq və daxili məqsədlərinizi qiymətləndirmək üçün uyğundur. Əhvalınız əla olacaq, yeni hisslər, yeni təəssüratlar sizi gözləyir. Ay ərzində dostlarınızın diqqətindən kənarda qalmayacaqsınız.

Əqrəb
Özünüzü toplasanız, bu ay karyerada yüksələ bilərsiniz. Romantik istəklərinizin həyata keçəcəyi də gözlənilir. Nəzərə alın ki, riskili işlər uğursuzluqla nəticələnə bilər. Karyeranıza müsbət təsir göstərəcək yeni tanışlıqlar sizi gözləyir. Amma sağlamlığınızla bağlı problemlər yaşayacaqsınız ki, bunlar da ciddi deyil.

Oxatan
Dekabrda köhnə işləri tamamlamaq və avantüralı hərəkətlərdən uzaq durmaq məsləhətdir. Müvəqqəti olaraq sosial əlaqədən uzaqlaşmaq yaxşı olardı. Bu ay evdə sizə çox ehtiyac olacaq. Karyerada gözlənilməz nailiyyətlər əldə edəcəksiniz. Odur ki, məvacibinizin artırılması ilə bağlı məsələni rəhbərlik yanında rahatlıqla qaldıra bilərsiniz.

Oğlaq
Bu ay hesabat aparmanız və yarımçıq işləri bitirməniz məsləhətdir. Uğurlu tanışlıqlar istisna deyil. Sağlamlığınızın qeydinə qalmalısınız. Məhəbbət cəbhəsində bir dəyişiklik olmayacaq, odur ki işinizi düşünün. Bu ay özünüzü əvvəlki vaxtlarla müqayisədə daha yaxşı realizə edə biləcəksiniz.

Dolça
Dekabrda çoxlu əlaqələr və yeni ideyalar olacaq. İstənilən işin öhdəsindən uğurla gələcəksiniz. Qərar qəbul edərkən şüurunuza əsaslanın. Ailədə pis hadisələr baş verəcək. Hər şeyi normaya salmaq üçün çox çalışmalısınız. İşdə hər şeyin normasında və dəyişilməz olması sizi sevindirəcək.

Balıqlar
Müdafiə mövqeyində durmanız məsləhətdir. Bu ay uğurlarınızı qorumalısınız. Qərarlarınızı şüurla və emosiyalarınıza qulaq asmadan qəbul etməlisiniz. İlin sonunda tale sizə hədiyyələr edəcək. İş və şəxsi işlərinizi əvvəlcədən planlaşdırın, əks halda avral (səfərbərlik) qaçılmazdır.


Geri dön

only-girl

  • 3 yanvar 2011 19:07
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
təşəkkür

--------------------

Baby_Love

  • 16 dekabr 2010 17:42
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Yaxwi weyler yazilib,sevindim )) Chox sagol xebere gore.

omur

  • 7 dekabr 2010 13:34
  • Məqalə: 0
  • Şərh: 231
  • Bal:
{awards}
cpasiba ............

--------------------
wirinler

Ulya

  • 28 noyabr 2010 22:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler. winked

LezGiN_MoNTiNo

  • 28 noyabr 2010 21:08
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
eslinde inanmiram ama yawi yazib


İstənilən işin öhdəsindən uğurla gələcəksiniz. winked


Just For Legend

  • 28 noyabr 2010 19:52
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Balıqlar
Müdafiə mövqeyində durmanız məsləhətdir. Bu ay uğurlarınızı qorumalısınız. Qərarlarınızı şüurla və emosiyalarınıza qulaq asmadan qəbul etməlisiniz. İlin sonunda tale sizə hədiyyələr edəcək. İş və şəxsi işlərinizi əvvəlcədən planlaşdırın, əks halda avral (səfərbərlik) qaçılmazdır.


uygunluq var amma inanmiram

--------------------

Grace_Angel

  • 28 noyabr 2010 19:49
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler...melumata gore....

--------------------

R_O_M_A

  • 28 noyabr 2010 19:46
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
tew mwlumata gore

--------------------

Yusif

  • 28 noyabr 2010 19:45
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
inanmiram

belosnejka

  • 28 noyabr 2010 19:40
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
hmm eslinde burclere elede inanmiram,ama twk)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 48
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}