Qadına bəzək əşyası və üzərində qaş taxmaq olarmı?

 
Qadına bəzək əşyası və üzərində qaş taxmaq olarmı?


Peyğəmbərdən (s) gələn hədisdə O, belə buyurur: “Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır.” (İbni Əbu şeybə Zeyd bin Ərqamdan rəvayət etmişdir, Tirmizi Əbu Musa Əl-Əşaridən başqa lafzla rəvayət edib “həsən səhih” demişdir) Yenə hz.Əli: “Rəsulullah (s) mənə qızıl üzük taxmağı, ipək paltar geyinməyi, rüku və səcdədə Quran oxumağı və qırmızıya boyanmış köynək geyinməyi qadağan etdi.” (Müslim)

Əlhəmdulilləh.

1. Allah insanı yer üzünə göndərildikdə, yer üzünü onun istifadəsinə vemiş və onda olan maddələri insan üçün mübah etmişdir. Yəni istigfadə etməkdə srbəstlik vermişdir. “Allah yer üzündə olanların hamısını sizin üçün yaratdı.” (Əl-Bəqərə 29)

2. Bundan sonra bəzi maddələrə dair xüsusi hökmlər göndərdi. Bunlardan biri də qızıl və gümüşə dair hökmlərdir. Allah kapital kimi alış veriş xaricində qızıl və gümüş əşyalarından istifadə etməyi haram qılmışdır. “Kim qızıl və ya gümüşdən düzəldilmiş bir qabdan su içərsə qarnına cəhənnəm atəşi doldurur deməkdir.” (Müslim)

“Qızıl və gümüş qablardan içməyin. Bu qablara qoyulan yeməkləri də yeməyin. Çünki bunlar dünyada onlara (kafirlərə) aid zinət əşyalarıdır.” (Müslim) Alimlər bunun hikmətini müxtəlif cür açıqlamağa çalışmışlar.

a) Qızıl və gümüşdən düzəldilmiş əşyaıların istifadəsi insanda özünü üstün tutma, özündən razılıq (təkəbberlek) hissi oyada bilir.

b) Kafirlərin dünyada “cənnəti” yaşama iddiasının göstəricisi olduğu üçün buna müxalifət ütmək üçündür.

c) Qızıl və gümüşün beynəlxalq valyuta rolu olduğu halda onu məqsəddən başqa istifadə etməkdən qadağan edilmişdir.


3. Yuxarıdakı qızıl və gümüşün əşya kimi haramlığından istisna da şəriətdə öz əksini tapmışdır. Evli olsun və ya olmasın, kiçik böyük, varlı və kasıb olan bütün qadınların qızıl və gümüşdən zinət əşyalaarı kimi istifadəsinə müəyyən qaydalara riayət etmək şərti ilə izn verilmişdir. O cümlədən də daş qaşla bəzənmiş əşyalar da. Hz.Əlidən rəvayətə görə Rəsulullah (s) bir ipək alıb onu sağına bi də qızıl alıb onu soluna qoydu. Sonra belə buyurdu: “Bu iki şey ümmətimin kişilərinə haramdır.” (Əbu Davud, İbni Macə) Peyğəmbərdən (s) gələn hədisdə O, belə buyurur: “Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır.” (İbni Əbu şeybə Zeyd bin Ərqamdan rəvayət etmişdir, Tirmizi Əbu Musa Əl-Əşaridən başqa lafzla rəvayət edib “həsən səhih” demişdir) Yenə hz.Əli: “Rəsulullah (s) mənə qızıl üzük taxmağı, ipək paltar geyinməyi, rüku və səcdədə Quran oxumağı və qırmızıya boyanmış köynək geyinməyi qadağan etdi.” (Müslim)

bütün bu hədislərədən məlum olduğu kimi qızıl kişilərə haram, qadınlara isə halaldır. Bu İmam Əbu Hənifə, İmam Malik, İmam Şafii və İmam Hənbəlin görüşüdür. (Böyük Şafii İlmihalı, İslam Fiqhi Ensiklopedisi)

Bütün bunlarla bərabər bunun yuxarıdakı bəzi şərtlərlə olacağını qeyd etmişdik. Bunlardan biri israf etməməkdir. Digəri isə Ən-Nur surəsinin 31-ci ayəsindəki hömlə bağlıdır. “Öz zinətlərini başqasına göstərməsinlər.” Bir çox təfsirçilər “zinətin” bədən üzvləri olması ilə bərabər eyni zamanda cazibəli paltarlar, parfyümeriya, kosmetika ilə baş üz, əl, ayağın bəzənməsi, zinət əşyaları və digər bütün bəzəkləri içinə alır demişlər. bunların başqası yanında açılmasını haram olduğunu da bildirmişlər. ( Mövdudi, Təfhimul-Quran)

Bizim sizə verə biləcəyimiz məlumat bu qədər.
Sizin konkret sualınıza gəldikdə bütün yuxarıdakı fikirləri nəzərə alaraq onu deyə bilərik ki, qaşlı qızıl zinət əşyalarının qadınlar üçün üvdə istifadə etməsi caizdir (icazə verilir). Bunun yad adamlar arasında görsənməsindən çəkinmək gərəkir. Bu barədə bir çox fikirlərin olduğundan dolayı şübhəli şeydən çəkinmək üçün ümumiyyətlə qızılın yerinə gümüşdən istifadə etsəniz daha yaxşı olar.

Doğrusunu bilən Allahdır.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 02:44
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN MARAQLDIR

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

music_angel

  • 1 sentyabr 2011 14:16
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

CandyGirl

  • 3 dekabr 2010 21:46
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox sagol xebere gore

--------------------

фея

  • 30 noyabr 2010 00:23
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
[b][/b]cox sagol

[b][/b]cox sagol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Yusif

  • 29 noyabr 2010 18:08
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Doğrusunu bilən Allahdır.[center][/center]

Ulya

  • 28 noyabr 2010 22:47
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel tesekkurler

MuslimGirl

  • 28 noyabr 2010 21:38
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Men de, meqalenin son cumlesini demekle kifayetlenecem. Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}