Qorxduğumuz zəhərin müsbət tərəfləri

 
Qorxduğumuz zəhərin müsbət tərəfləri

Təbiətin yaratdığı ən ölümcül canlılar bəzən heç gözləmədiyiniz anda qarşımıza çıxaraq zəhərləri ilə cəmi bir neçə dəqiqəyə bizi öldürə bilərlər. Bu zəhərli heyvanlar insanların əksəriyyətində qorxu hissi doğurur.
Amma mütəxəssislər bu heyvanların malik olduqları zəhərin bəzi qiymətli dərmanlar üçün xammal olduğunu bilir. Araşdırmalarda hər şeydən əvvəl zülal komponentlərindən istifadə edilir. Bu da tibb sahəsində bir çox yeniliklərə yol açıb. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən yazır.

Əqrəb sancmaları çox ağrıdıcı, hətta ölümcül ola bilər. Ancaq əqrəb zəhəri eyni zamanda təsirli bir ağrıkəsicidir. Digər tərəfdən, orqan nəqli əməliyyatından sonra damarların tutulmasının qarşısını alır. Əqrəb zəhəri kontrast maddə ilə qarışdırılıb orqanizmə yeridildikdə o, xərçəng şişi hüceyrələrinin aşkar olunmasına kömək edir.

Qırmızı tüklü Çili tarantulasının zəhərinin tərkibində ürək ritmi pozğunluqlarının müalicəsində istifadə olunan peptit maddəsi var. Bu həşərat növünün yaxın qohumu olan Muz hörümçəyinin zəhəri uşaqların, hətta yaşlı şəxslərin belə ölümünə səbəb olduğu halda bu zəhərin tərkibində viaqra kimi cinsi fəallığı artıran təbii maddə var. Eləcə də Avstraliyada yaşayan Taipan ilanı dünyanın ən güclü zəhərə malik ilanıdır. Onun zəhəri qurbanını əvvəlcə iflic edir, daha sonra isə bir neçə saat ərzində öldürür. Ancaq eyni zəhərdən xroniki ürək xəstəliklərinin müalicəsində istifadə olunur.

Cənubi Amerikadaki Botrops ilanının zəhərindən əməliyyat yaralarının tez sağalması və qan laxtalanmasının qarşısını alan maddə kimi istifadə olunur. Bu zəhər xərçəng hüceyrələrinin böyüməsinin də qarşısını alır.

Yaşıl mamba ilanı sancdıqda qurbanında əzələ spazmaları və tənəffüs iflicinə səbəb olur. Ancaq bu növün ifrazatında olan asetilkolin adlı maddə, alimlərin fikrincə, Alzheymer xəstəliyinin müalicəsində yardımçı ola bilər.

Şimali Amerikada yaşayan Gila canavarı adlı kərtənkələ isə zəhər tüpürür. İlanlar kimi dişləri olmayan bu heyvanın zəhər vəziləri alt çənəsinin arxasında yerləşir. Olduqca zəhərli olan tüpürcəyin tərkibində "Polipeptit Eksendin - 4" var. Qeyd edək ki, bu zülaldan şəkər xəstəliyinin müalicəsində istifadə edilir. Bu aktiv maddə insulinlə müqayisədə daha faydalıdır. Belə ki, qanda şəkər səviyyəsini daha yaxşı tənzimləyir.

Ok qurbağasının dərisində olan "Epibatidine" adlı nikotinə bənzər zəhər orqanizmə düşdükdə təzyiqi qəflətən aşağı salır, əzələlərdə güclü spazma yaradır. Ancaq buna baxmayaraq, bu güclü zəhərdən diabetin müalicəsində istifadə edilir. Habelə bu ifrazat Alzheymer xəstəliyinin diaqnozu zamanı tomoqrafiya üsuluna da yardım edir.

Arı zəhərinin tərkibində revmatoid artrid, sinir sistemi iltihablaşmaları və ağrılara qarşı üç zülal komponenti var. Yeri gəlmişkən, əslində adi bir böcək olan ispan ağcaqanadının zəhərində isə cantaridin adlı aktiv bir komponent var. Bu maddə cinsi gücü artırır, böyrək və sidik kisəsi narahatlıqlarının müalicəsinə yardım edir.

Sakit okeanda yaşayan konus ilbizi zəhərli iynəsini batırdıqda hətta insanı öldürə bilər. Eyni zamanda, onun conotoxins adlandırılan zəhəri xroniki ağrıların aradan qaldırılmasında və xüsusilə xərçəng müalicəsi alanların ağrılarını yüngülləşdirmək üçün istifadə edilir. Eyni zamanda, asılılıq riski də morfidən daha aşağıdır.
Milli.Az


Geri dön

ZeMka

  • 4 oktyabr 2012 01:18
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
xebere gore tewekkur edirem

--------------------

✰Dгeaм✰

  • 21 sentyabr 2012 14:26
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Serhler ucun cox sag ol...

✰GoLd GirL✰

  • 21 sentyabr 2012 14:11
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
dehsetdir....sag ol meqaleye gore.........

Nuray2012

  • 19 sentyabr 2012 12:54
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

solnuska

  • 19 sentyabr 2012 02:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TEWEKKURLERRRRRRRRRRRR

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 19 sentyabr 2012 02:21
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
cox sagol.....

--------------------

Isa Alizade

  • 19 sentyabr 2012 01:50
  • Məqalə: 0
  • Şərh: 101
  • Bal:
{awards}
twk bunlarin coxunu bilirdim

--------------------

Gözlüklü

  • 18 sentyabr 2012 23:16
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Ola biler tesekkurler

come back

  • 18 sentyabr 2012 21:30
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler maraqlidir ilanin xeyri ola bileceyin hec bilmirdim.

...BARSA FANATI....

  • 18 sentyabr 2012 20:15
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
maraqli meqaledir,,,sag ol..

GuNaY_83

  • 18 sentyabr 2012 16:29
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler,........

--------------------

ღ★Diamond★ღ

  • 18 sentyabr 2012 15:56
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Sakit okeanda yaşayan konus ilbizi zəhərli iynəsini batırdıqda hətta insanı öldürə bilər. Eyni zamanda, onun conotoxins adlandırılan zəhəri xroniki ağrıların aradan qaldırılmasında və xüsusilə xərçəng müalicəsi alanların ağrılarını yüngülləşdirmək üçün istifadə edilir. Eyni zamanda, asılılıq riski də morfidən daha aşağıdır.

classic_guiter_girl

  • 18 sentyabr 2012 14:42
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerrr

✰Dгeaм✰

  • 18 sentyabr 2012 13:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Ay Prensesi,

Kizim o zaman dusun be ben neler cektim bu haberi koyunca... wink

lie to the world

  • 18 sentyabr 2012 12:52
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
men ilandan cox qorxuram...ama zeherli heyvanlarin zeherlerinin cox iwe yaradiqlari haqqinda da melumaim var...tewekkurler...

--------------------

MenimleSen

  • 18 sentyabr 2012 10:57
  • Məqalə: 60
  • Şərh: 1257
  • Bal:
{awards}
Omrumde ilk defe ilan gordum canli canli evimizin altina girmiwdi tutuldum qaldim ele qorxudan qacada bilmeidmki bir wey elemesin ama men yixildim o day bilmedim o hara getdi bu wekilide gordum tirsdime resmen


Az men olsaydim ureyim dayanmiwdiyee))))twkler))

--------------------

Мой Мир

  • 18 sentyabr 2012 10:45
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Omrumde ilk defe ilan gordum canli canli evimizin altina girmiwdi tutuldum qaldim ele qorxudan qacada bilmeidmki bir wey elemesin ama men yixildim o day bilmedim o hara getdi bu wekilide gordum tirsdime resmen wink

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}