Otel otağı

 
Otel otağı

Otel otağı

Həyat qatildir, neçə minlərcə insanların qatili olubdur, yaratdığı möcüzələr də qatildir. Mən bir müddət yaşadım , yaşadığım günlər, aylar, illər, gülüşlər, xoşbəxtliklər, gəzdiyim şəhərlər, yaşadığım həyat boşluqa getdi , axırda qatil etdi məni. Həyat ağıllı qatildir, çünki insanları zaman-zaman öldürər, hər birini də fərqli şəkildə.

Sevirsənsə sevgi deyilən bir hiss sənidə həbs etmiş olur və olursan məhbus. Məhbussansa deməli cinayət etmisən.Gəl sənə ölüm cəzası verilmiş məhbusluq həyatımdan danışım:

Damla-damla olan sevgim artıq göl oldu, artıq rahat həmin göldə üzə bilirdim və çox xoşbəxt idim. Həyatın möcüzəsi nəticəsində o göl yavaş-yavaş qurumağa başladı amma bilməzdim ki vaxt gələcək o göl quruyacaq və həmin gölün yerində iki qəbir düzəldib ikimizin məzarını yaradacam.
Atamın sıxmağı məni əsəbləşdirirdi, bəlkə də yaşıma görə belə idi, amma mən həmişə özümdən arxayn olmuşam. Harda nə hərəkət edəcəyimi bilmişəm. Mənimlə sərt davranmağı, hər dəfə mənə inamsızlıq və buna oxşar hadisələr artıq məni bezdirmişdi.

Otel otağı

Mənim kiçik yaşlarımdan başqa arzularım olub, məqsədim arzularımı həyata keçirtmək olub, amma başıma nələr gələcəyindən xəbərim yox idi...
Mənim adım Cavad, iyirrimi dörd yaşım var, universiteti üç il bundan qabaq qurtarmışam.Hərbi xidmətimi başa vurduqdan sonra firmada menencer işləməyə başladım. Maaş məni qane etməsə də işləməyə məcbur idim.Məcburluğumun səbəblərindən biri bu yaşıma qədər atamla yola getməmişəm, fikirlərimiz üst-üstə düşməyibdir. Sevindiyim bir şey var idi ki, oda mənim işləməyim , çünki atam mənə qarışa bilmirdi və buda məni rahatlaşdırırdı.Həyatımda yaşananlar məni boğsa da, həmişə özümü gümrah və şən göstərməyə çalışmışam.Həyatda sevgi çox insanın başına gəlibdir.Mən on birinci sinifdə bir qızı sevdim. Sevgim üç il davam etdi və sonra mənim bir səhvimə görə ayrıldıq.Geri qaytarmaqa çalışsamda mümkün olmadı. Onunla yaşadığım üç il ərzində həyatım dəyişdi, bəlkə də həyatımı sevgim dəyişdirdi. Mənim başqa arzularım var idi , amma arzularımda dəyişd..Adı Nərgiz idi, qəşəng incə qaraşın qız idi. Heç vaxt görünüşünə görə yaşını düz demirdilər, çünki yaşından balaca görsənirdi.Onunla yaşadığım həyatımın ən gözəl anları idi. Mənim xasiyyətim , düşüncə tərzim başqa olsa da , onu itirməməyimə görə, xasiyyətimdən də, fikirlərimdən də əl çəkdim. Bəlkə də hər hansı bir kişi xeylaqına yaraşmaz və yaxud gülünc gələr amma mən etdim, çünki çox sevirdim, istəmirdim itirim Nərgizi. Üstündən illərdə keçsə Nərgizin mənə öyrətdiyi və həyatımda etdiyi dəyişikliklər hələdə qalıbdır. Mənim güclü olmağım, içimdə çəkdiyim ağrını biruzə verməməyim və bir çox şeylər. Ən çoxda həyatımda rol oynayan mənim yazı yazmağım oldu. Mən heç vaxt kitab oxumazdım, yazı yazanlara adi gözlə baxardım, amma indi özüm yazı yazıram və yazıçı olmaq istəyirəm. Çoxlu kitablar oxuyuram, dünya klassiklərinin həyatları ilə maraqlanıram. Anladım ki həyatın gözəl tərəflərindən də biridə budur. Mən yazıçılar ittifaqına üzv olandan sonra yazdığım ilk hekayəni sədrimizə təqdim etdim və uğurlu alındı, bəyənildi. Əlbətdə ki, hər bir insanın uğurları onu sevindirər, işlərində təkan verər, gücləndirər eynisi ilə məndə də oldu. Heç kimə deməsəm də həmişə içimdə bir boşluq var idi, fikirləşirdim ki, nəsə olacaq, mən yaddaşlarda qalacam amma bilmirdim nə olacaq...

Otel otağı

Həmin günü mən sevincimi, uğurumu Nərgiznən bölüşmək üçün dəniz kənarına getdik, nahar etdik və qərara aldıq ki dəniz kənarında gəzək. Nərgizin xoşbəxtliyi gözlərindən görsənirdi. Çünki bu uğur onun uğurlarından sayılırdı, o mənim həyatımı dəyişib bu səmtə yönəldmişdi.Sizə bir əhvalat danışım:
Sevgidə oyunlar olduğu kimi bir oyunda mən oynamaq istədim, Nərgizin əlini buraxaraq tez suya qaçdım və girdim dənizə biraz üzdükdən sonra onu sevdiyimi qışqırdım və bu an özümü boğulmuş kimi göstərdim, Nərgiz çox qorxdu və” kömək edin deyə qışqırırdı”, ağladığını gördüm, sudan çıxıb gülməyə başladım , məni necə sevdiyini bilmək istəyirdim deyəndə artıq məndən küsmüşdü. Hətda beş gün danışmadı mənimlə.

Küçədən bir kardon tapdım kardonun üstünə “Bağışla” yazıb, könlünü almaq üçün gecə evlərinə getdim.. Həyət evlərində yaşadıqlarından edəcəyim iş asandlaşdı həmin kardonu gecə vaxtı həyətlərinə tulladım və qaçdım oradan. Səhər hamı yuxudan duranda həyətlərində üstünə “Bağışla” yazılmış kardonu görmüşdülər. Ailəsi küləyin içəri saldığını düşünüb aparıb tullamışdılar. Amma Nərgiz anlamışdı ki, kardonda kı, söz ona yazılıb . Bu hərəkətim xoşuna gəlib barışmışdı mənimlə. Birdə oyun oynamayacağıma dair söz verdim. Nərgiz mənə çox doğmalaşmışdı sanki “Kölgəmi gün işığı ilə fəth etmişdi” məni özünə bağlamışdı.

Otel otağı

Nərgiz savadlı qız idi, arzularından biri xaricdə təhsil almaq və geri qayıdanda məşhur bir yazıçı , tanınmış dövlət xadimlərindən biri olmaq idi. Təbii ki, mən çox qısqanc olduğumdan qoymamışdım beləliklə xaricdə təhsil almaq arzusundan yayınmışdır.Ən böyük arzularımızdan biri məşhur cütlük olmağımız idi.

Həyatın qaça bilmədiyimiz qanunlarından olan bir gün Nərgizdən ayrıldım, bildiyiniz kimi sevgidə olur qısa zamanlı ayrılıqlar, pis vaxtlar yaşayırdım, içmək üçün bir kafeyə getmişdim. Çox içib sərxoş oldum, kafedə işləyən xidmətçi qızla tanışlığım yadıma gəlməsə də adı səhv eləmirəmsə Mehriban idi. Bu qısa zamanlı ayrılıq vaxtlarında, Mehribanla əlaqəmi kəsmədim. Mehribanla gündüzləri kafedə gecələridə oteldə və yaxud gecə klublarında görüşürdük.Xasiyyəti yaxşı idi, üzüyola insan idi. Qısa müddətli bildiyim ayrılıq bir ay çəkdi və mən Nərgizdən soyumağa başladım , bu bir ay ərzində vecsizləşdim.Nərgiz neçə dəfə zəng elədi götürmədim, özlüyümdə cəza vermiş kimi hesab edirdim. Uzaqlaşmışdım, Nərgizlə görüşmək istəmirdim ancaq sakitləşdirib sağollaşmaq istəyirdim. Bir gün görüşdük Nərgizlə həmin günü ona ayrılıq müddətimizdə yaşadığlarımdan danışdım istəmirdim xəyanət edim, bu mənim ən böyük yaxşılıqım idi. Danışsam belə Nərgiz səhv anladı, o qıza görə ona soyuq davrandığımı hesab etdi və getdi bir daha da gəlmədi. Üstündən illər keçdi mən universiteti bitirdim, hərbi xidmətə çağırdılar. Nərgizi hələ də düşünürdüm və içimdə bir ümid var idi amma nə ümid bilmirdim...

Hərbi xidmətdən qayıdandan sonra Nərgizin məşhur bir yazıcı olduğunu , xaricdə təhsil aldığını , ailəli oluduğunu öyrəndim. Vətənimizdə sayılan hadisələrdən biridir ki , bir il ərzində üç kitab yazıb məşhur olmaq, bunu mənim sevdiyim Nərgizi etdi, çox sevinirdim. Nə qədər sevinsəmdə , o qədərdə çox ağlayırdım sanki indi itirdim Nərgizi , üç il qabaq yox.Dünya başıma yıxılırdı, dözə bilmirdim, sevgi qatilinə çevrilirdim, sanki paxıllaşmışdım, hamıya nifrət edirdim. Nərgizi yad əllərdən alıb uzaqlara aparmaq istəyirdim.

Bir gün Nərgizlə bir konfransda qarşılaşdıq, dəyanmadan gözünün içinə baxırdım.Həmin konfransda mənim hekayəm də oxundu, və alqışa layiq oldu. Hamı məni təbrik etsədə mənim fikrim başqa yerdə idi. İçimdə boşluq var idi o boşluqu doldurub həyata keçirtmək istəyirdim. Nərgizi başqasının yanında təsəvvür edə bilmirdim.

Yazıçılar günü münasibəti ilə sarayda konsert oldu. Həmin konsertə Nərgizdə gəlmişdi və sarayda çıxış etdi , nəhayət neçə illər sonra səsini eşidə bildim. Sarayın köməkçilərindən birinə zərfi verib Nərgiz xanıma verməklərini rica etdim. Ümid edirdim ki istəyim həyata keçər. ...
Bu gün mən üç saat qabaqcadan getmişdim, bilmirdim gələcək ya yox, amma ümidim var idi.Mən hər ehtimala qarşı hazırlığımı görürdüm. Hər on dəqiqədən bir saata baxırdım, nəhayət vaxt gəldi .Birdən qapı döyüldü , getdim açmaqa açanda qapıda sifariş verdiyim yeməyi gətirmişdilər, əsəbləşdim əslində. Nərgiz bir saat gecikirdi, artıq ümidimi üzmüşdüm, qəmgin halda ,yeməyi dilimləyə - dilimləyə yeyirdim. Birdən qapı döyüldü və səs gəldi mənəm Nərgiz...

Artıq içimdəki boşluqu doldurub həyata keçirtdim öldürdüm sevgilimi. Nərgiz içəri girəndə süfrəni görüb ilk söylədiyi söz “Gəlməyəcəyimi bilib yeməyə başlamısan, o vaxtlarıda ayrıldığımızı sanıb, həyatına başqa qadın saldığın kimi yenə də bildiyini etdin” . Mənim deməyə artıq sözüm yox idi...


Otel otağı

Bu gün çoxlu söhbət etdik yaşadıqlarımızdan, onu necə sevdiyimdən danışdım, gələcək arzularımızdan danışdıq amma mən bilirdim heç biri olmayacaq.Nərgiz mənsiz keçən günləri necə yaşadığını danışdı, hətda neçə dəfə özünü öldürmək istəyib alınmayıbdır.Mənsiz çox əzab çəkib, amma həyatla barışıb. Məndən qabaq qurduğu arzularını həyata keçirdib və müvəffəqiyyət qazanıbdır.Ailə qurduqdan sonra məni ürəyinin dərinliklərində basdırdıqını dedi.Danışdığımız yerdə öpdüm onu, sevişdik. İlk dəfə idi Nərgizə sahib olurdum. Sevişəndən sonra Nərgiz yuxuya gedənə qədər uzanıb söhbət etdik. Sonra onu yastıqla boğub öldürdüm.

“Mən indi bir yazı yazıram bəlkə də bu yazı mənim sevgimi illər boyunca yaşadacaq,sevgimi səhvimin üstündə başqasına qismət etsəmdə, o səhvimi səhvimlə geri qaytardım sevgilimin qatili oldum, içi doldurulmuş tapançanı beynimə sıxacam və öləcəm.Bu yazım oxunanda artıq həyatda olmayacam Nərgiznən görüşmüş olacam, mən istəyimə çatdım başqa bir dünyada görüşəcəm Nərgizlə. Əgər mənim bu yazımı oxuyub çapa vermək istəsəniz adını OTEL OTAQI qoyarsınız əlvida həyat...sevgim naminə “

“Səni öldürərək yenə də öz bildiyimi etdim, çünki səni sevəndə də öz bildiyimi etmişdim...”
"Sevgimi,sevgilimi və özümü öldürdüm -GÜNAHKAR HƏYAT"


Otel otağı

Hörmətlə: Midhət Həsənzadə


Geri dön

ZaLaToY PaReN

  • 4 oktyabr 2012 00:49
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
TWK XEBERE GORE...

ZeMka

  • 1 oktyabr 2012 20:35
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
maraqliydi sag ol hekaye ucun

--------------------

lolka

  • 19 sentyabr 2012 16:03
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
evvelce meqaleni yerlesdirene boyuk tesekkurler.daha sonra@uzundur@yazanlara reyimi bildirmek isteiem-ele deyirsiz ki,uzundur/ne olsun,oxuyun nedense xeberiniz olsun da,cemisi 4 deqiqenizi alacaq

C.I

  • 19 sentyabr 2012 15:00
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Isa Alizade,
Beledeki burda ne gezirsen onda biyyy

--------------------

solnuska

  • 19 sentyabr 2012 02:30
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
uzun olduquna baxmayaraq seve seve oxudum hec de pewman deyilem cox maraqli hekaye idi twk edirem

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 19 sentyabr 2012 01:48
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
uzundu yenede sagol

--------------------

Isa Alizade

  • 19 sentyabr 2012 01:27
  • Məqalə: 0
  • Şərh: 101
  • Bal:
{awards}
uzundu diye oxumadim , bunun yerine derslerime oxuyaramda :D

--------------------

Nuray2012

  • 18 sentyabr 2012 23:20
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

I am Happy

  • 18 sentyabr 2012 22:23
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Wooouuu oxudum cox beyendim teshekkurler.

--------------------

come back

  • 18 sentyabr 2012 22:15
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkurler oxudum maraqli idi.

Gözlüklü

  • 18 sentyabr 2012 22:02
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Cox idi oxumadim axod yoxdu.yenede cox sag olun

...BARSA FANATI....

  • 18 sentyabr 2012 20:50
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox maraqlidir...
sag ol...

✰Dгeaм✰

  • 18 sentyabr 2012 20:32
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
tesekkurler hekaye ucun

lie to the world

  • 18 sentyabr 2012 20:22
  • Məqalə: 302
  • Şərh: 4785
  • Bal:
{awards}
oxudum ve bu sevgi mene tesir etmedi deye bilmerem...nebilim bilmirem bele sevginin qarwisinda nece sozler demek olar..kaw o oglan o sehvi ederek sevgilerinin taleyini bu qeder facieli sona catdirmazdi...yenede tewekkur edirem bizimle paylawdiginizcun

--------------------

_Susqun_

  • 18 sentyabr 2012 20:15
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
tessekurler,,,,,,,,,,,,,,,,,,,,,,,

--------------------

qamine

  • 18 sentyabr 2012 19:08
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
tewekurler

classic_guiter_girl

  • 18 sentyabr 2012 18:58
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

ღ★Diamond★ღ

  • 18 sentyabr 2012 18:00
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
“Səni öldürərək yenə də öz bildiyimi etdim, çünki səni sevəndə də öz bildiyimi etmişdim...”
"Sevgimi,sevgilimi və özümü öldürdüm -GÜNAHKAR HƏYAT"

★Mermaid★

  • 18 sentyabr 2012 17:59
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}

“Səni öldürərək yenə də öz bildiyimi etdim, çünki səni sevəndə də öz bildiyimi etmişdim...”
"Sevgimi,sevgilimi və özümü öldürdüm -GÜNAHKAR HƏYAT"

--------------------

GuNaY_83

  • 18 sentyabr 2012 17:58
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.....1

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 55

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}