
Çipsinin yaradıcısı bahalı Amerika restoranında baş aşpaz olan Corc Kramdır. Hətta çipsin dəqiq yaranma tarixi də məlumdur-24 avqust, 1853-cü il. Müştərilərdən biri ona verilən fri kartofun çox qalin doğranması səbəbindən yeməyi geri qaytarmaqla yanaşı, hamının içində baş aşpazı məzəmmət etmişdi. Əsəbiləşən Kram kartofu çox nazik doğramış və onu yağda xırçıldayana kimi qızartmışdı. Müştəri bu kartofdan xeyli məmnun qalmışdı. Hətta bu yeməyi menyuya “Saratoq çipsi” adı ilə əlavə etmişdilər. (çipsi ingilis dilindən tərcümədə dilim, Saratoq isə şəhərin adını bildirir). 30 il müddətində xırt-xırtlı kartof yalnız bahalı restoranlarda satılırdı. 1890-cı ildə o, küçəyə çıxarıldı. Belə ki, Vilyam Teppenden adlı şəxs Klivlenddə qəlyanaltı furqonunda kartofu qızartmağa başladı. Xırt-xırtlı qəlyanaltının populyarlığı getdikcə artdı. Onun satıldığı xüsusi paketin icadından sonra çips bütün dünyaya yayıldı