Sünni alimlərinin etirafları

 
Sünni alimlərinin etirafları

1- Öz dövründə Misirin əl-Əzhər univeristetinin rektoru olmuş Şeyx Mahmud Şəltut, Şiə fiqhi və Əhli-beytin (ə) dini rəhbərliyinə dair uzun sürən mütaliədən sonra, Cəfəri şiəsinin mötəbər olmasına inanaraq, bu məzhəbin doğruluğuna dair məşhur fətvasında deyir: “Digər məzhəblər kimi 12 imam şiəsi adı altında tanınmış Cəfəri məzhəbinin ardıcılı olmaq, şəriət baxımından düzgün hesab olunur. Elə bu cəhətdən, yaxşı olar ki, müsəlmanlar onu yaxından tanıyaraq müəyyən məzhəbə qarşı yersiz təəssübkеşlikdən uzaq olsunlar.

2- Әl-Əzhərin şeyxi, elmlər doktoru Muhəmməd Qəhham da Şəltutun fətvasına yazdığı rəydə onun nəzərini təsdiqləyərək deyir: “Şeyx Mahmud Şəltutun əxlaqı, elmi, məlumatının genişliyi, ərəb dili, Quran və Üsul elmindən faydalanması məni heyrətə gətirir. O, şiə məzhəbinə mənsub olmağın düzgünlüyünə fətva vermişdir. Bu fətvanın elmi əsasa söykənməsinə heç bir şübhə etmirəm. Mən özüm də bu fikirdəyəm".
Habelə deyir: “Allah Şeyx Şəltuta rəhmət eləsin! O bu zərif mənaya diqqət yetirərək, öz aydın və şücaətli fətvasını verməklə əbədiyyətə qovuşdu. O, şiə məzhəbinə əməl etməyin doğruluğuna fətva verdi, belə ki, bu məzhəb fiqhi və islami məzhəb olub tam varlığı ilə kitab, sünnə və dəlilə söykənmişdir..."


3- Şeyx Muhəmməd Qəzali deyir: “Mən hesab edirəm ki, böyük ustad Şeyx Mahmud Şəltutun fətvası müsəlmanlar arasında yaxınlıq yaratmasında uzun bir yolu qət etmişdir... Onun bu işi əslində, şərqşünasların zehinlərində gəzdirdiyi boş xülyalarına rədd cavabı idi. Onlar belə düşünürdülər ki, müsəlmanlar arasında mövcud küdurət və fikir ayrılıqları sonda İslam xalqlarını vahid qüvvə altında birləşməzdən əvvəl, kökündən silkələyərək, süquta uğradacaqdır. Ancaq mənim fikrimcə, bu fətva yolun başlanğıcı və işin əvvəlidir”.

4- Qahirə məscidlərinin müdiri, Əbdurrəhman Həccar belə deyir: ”Biz də öz növbəmizdə Şeyx Şəltutun fətvasına hörmətlə yanaşaraq, ona uyğun tərzdə fətva veririk. Biz xalqın, yalnız dörd məzhəblə məhdudlaşdıran monopolist əqidədən uzaqlaşmasını istəyirik. Şeyx Şəltut ictihad səviyyəsinə çatmış imamdır. Onun rəyi düzgün və həqiqətlə eynidir. Sair məzhəb başçılarının da müctəhid olduqları halda, niyə öz düşüncə və fətvalarımızda müəyyən məzhəblərlə kifayətlənirik.

5- Şeyx Şəltutun və Əbu Zöhrənin müəllimi, Ustad Əhməd bəy deyir: ”İmamiyyə şiələri hamılıqla müsəlmandırlar, onlar Allaha, onun elçisinə, Qurana və Peyğəmbərin gətirdiklərinə iman bəsləyirlər. Onların arasında qədim və müasir dövrə mənsub müxtəlif elm və fənlərdə böyük fəqihlər və alimlər gözə çarpır. Onlar, dərin təfəkkür və geniş məlumat sahibidirlər. Müxtəlif sahələrdə yüz minlərlə kitab yazmışlar. Mən onların böyük hissəsindən xəbərdaram.”

6- Şeyx Muhəmməd Əbu Zöhrə isə yazır: “Şiələrin İslam firqəsi hesab olunmasında şübhə yoxdur... Dedikləri sözdə Quran və ya Peyğəmbərə (s) mənsub hədislərə istinad edirlər. Onlar sünni qonşuları (qardaşları) ilə dost olub, hər növ qarşılıqlı nifrətdən uzaqdırlar.”

7- İordanıyanın müftilərindən biri, Ustad Mahmud Sərtavi də belə deyir: "Mən öz əməlisaleh sələflərimin dediyi sözü təkrar edərək deyirəm: "İmamiyyə şiələri bizim dini qardaşlarımızdır. Bizim onların, onların isə bizim boynumuzda qardaşlıq haqqı vardır”.

8- Ustad Əbdül-fəttah Əbdül-məqsud isə deyir: “Mənim fikrimcə, şiə İslam dinini tam mənada özündə əks etdirən yeganə məzhəbdir. İslam haqqında məlumat əldə etmək istəyən hər bir şəxs şiənin əqidə və əməllərinə diqqət yetirməlidir. Tarix göstərir ki, şiə, İslam əqidəsinin müdafiəsi yolunda çoxlu zəhmətlərə qatlaşmışdır.”

9- Qahirə Filologiya İnstitutunun ərəb qrammatikası müəllimi, elmlər doktoru Hanid Hənəfi Davud deyir: ”Buradan düşüncəli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, şiəlik azğın və süfyanilərin dediklərinin tam əksinə olaraq, sırf nəqli məzhəb, ya xurafat və cəfəngiyyatla dolu, yaxud da Əbdullah ibn Səbaya, habelə tarixdə ona oxşar digər qeyri-real şəxsiyyətlərə mənsub deyildir. Əslində şiəlik bizim yeni elmi metodumuzda onların zənn etdiklərinin əksinədir. Şiəlik, əqli və nəqli məsələlərə lazımi diqqəti yetirməkdə birinci yeri tutur. Bu məzhəb İslam məzhəbləri arasında xüsusi tərzlə fərqlənərək öz bacarığı sayəsində əlçatmaz üfüqləri özündə göstərən bir yol seçmişdir. Əgər şiənin əqli və nəqli məsələləri bir yerə toplamaq məziyyəti olmasaydı, heç vaxt ictihadda yenilik özülünə çatmaz, eləcə də İslam şəriətinin əsaslarına müvafiq və ona zidd olmayan şəkildə, özünü zaman və məkanla uyğunlaşdırmağı bacarmazdı.”

O həmçinin, Əbdullah ibn Səba kitabına yazdığı rəydə deyir: “İslam tarixindən 13 əsr keçməsinə baxmayaraq, biz hələ də alimlər tərəfindən şiə əleyhinə yağdırılan, daxili duyğular və nəfsi istəklərdən qaynaqlanan fətvaların şahidiyik. Bu yanlış üsul İslam firqələri arasında irimiqyaslı parçalanmaya səbəb olmuşdur. Bu keçiddən elm və İslam alimləri şiələrin nümunəvi nəzər, onların zövq nəticəsindən məhrum qaldıqları kimi, bu firqənin böyük şəxsiyyətlərinin əsərlərindən də kənarda qalmışlar. Demək olar ki, bu keçiddən elm və bilik sahiblərinə dəymiş zərər, cəfəngiyyat vasitəsi ilə şiəliyə vurulmuş ziyandan daha artıqdır. Bu xurafatlar, əslində şiəliyin hüdudlarından çox-çox uzaqdır. Təkcə bunu demək kifayətdir ki, şiə fiqhinin banisi olan İmam Sadiq (ə) (təvəllüdü: 148 h.) eyni zamanda Əbu Hənifə Nöman ibn Sabit (t.150 h.) və Əbu Əbdullah Malik ibn Ənəs (t.179 h.) kimi iki sünni imamın ustadıdır. Elə bu səbəbdəndir ki, Əbu Hənifə deyir: "Əgər o iki il olmasaydı, Nöman həlak olmuşdu". Onun iki ildə məqsədi Cəfər ibn Muhəmmədin dəryаlаrcа оlаn elmindən faydalandığı dövrdür. Malik ibn Ənəs deyir: "Mən Cəfər ibn Muhəmməddən üstün bir fəqih görmədim”.


10- Hələbin nüfuzlu alimlərindən biri Doktor Əbdurrəhman Kiyali Əllamə Əminiyə yazdığı məktubda deyir: “İslam dünyasında daima buna bənzər tədqiqat işlərinə ehtiyac duyulur... Niyə Peyğəmbərin (s) vəfatından sonra müsəlmanların arasında fikir ayrılığı yarandı? Nəticədə Bəni-Haşim öz hüquqlarından məhrum oldular. Habelə müsəlmanların tənəzzül və parçalanma səbəblərini araşdırmaq lazımdır. Görəsən nə səbəbə hazırkı vəziyyətə düçar oldular? Görəsən müsəlmanların əldən verdiklərini qədim tarixə baxıb ona etimad etməklə, qaytarmaq olarmı?

11- Әl-Əzhər univeristetinin İslam fəlsəfəsi müəllimi olan Ustad Əbülvəfa Günəyni Təftazani deyir: “Keçmişdə və hazırda dünyanın dörd bir tərəfində şiə əleyhinə nəqli dəlillərlə uzlaşmayan müzakirələr olunur. Xalq isə onun nə dərəcədə doğru olub-olmamasını sormadan əl-ələ verərək şiəni ittiham edirlər. Onların şiə qaynaqlarından xəbərsiz olmaları, şiə barəsində insafsız mövqe tutmalarının əsas səbəblərindən biridir. Onlar bu barədə yalnız şiə düşmənlərinin kitablarına istinad etmişlər.

Sünni alimlərinin etirafları


Geri dön

GuNaY_83

  • 1 oktyabr 2012 10:34
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler......

--------------------

✰GoLd GirL✰

  • 22 sentyabr 2012 21:26
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun......

adsiz2

  • 20 sentyabr 2012 02:01
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
tesekkurler

--------------------

solnuska

  • 20 sentyabr 2012 01:54
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Nuray2012

  • 20 sentyabr 2012 01:18
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

✰Dгeaм✰

  • 19 sentyabr 2012 23:25
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

come back

  • 19 sentyabr 2012 22:28
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkur edirem Allah razi olsun sunni siye ferq elemez hamimiz muselmaniq.

TAYNA VOSTOKA

  • 19 sentyabr 2012 19:49
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
“Keçmişdə və hazırda dünyanın dörd bir tərəfində şiə əleyhinə nəqli dəlillərlə uzlaşmayan müzakirələr olunur. Xalq isə onun nə dərəcədə doğru olub-olmamasını sormadan əl-ələ verərək şiəni ittiham edirlər. Onların şiə qaynaqlarından xəbərsiz olmaları, şiə barəsində insafsız mövqe tutmalarının əsas səbəblərindən biridir. Onlar bu barədə yalnız şiə düşmənlərinin kitablarına istinad etmişlər.

--------------------

ღ★Diamond★ღ

  • 19 sentyabr 2012 19:38
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
7- İordanıyanın müftilərindən biri, Ustad Mahmud Sərtavi də belə deyir: "Mən öz əməlisaleh sələflərimin dediyi sözü təkrar edərək deyirəm: "İmamiyyə şiələri bizim dini qardaşlarımızdır. Bizim onların, onların isə bizim boynumuzda qardaşlıq haqqı vardır”.

fatimeyinur

  • 19 sentyabr 2012 19:37
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
TESEKKUR EDIREM. YAXSI XEBERDI ALLAH RAZI OLSUN!

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 19 sentyabr 2012 19:26
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

guncicek

  • 19 sentyabr 2012 19:22
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
tewekkurler

--------------------

...BARSA FANATI....

  • 19 sentyabr 2012 18:35
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
coooox sag ollll....

I am Happy

  • 19 sentyabr 2012 18:33
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
ALLAH razi olsun.

--------------------

_Susqun_

  • 19 sentyabr 2012 18:24
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN love ....................

--------------------

✰Dгeaм✰

  • 19 sentyabr 2012 18:14
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun

R.M Fanatı...

  • 19 sentyabr 2012 18:11
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
Xebere gore tewekkurler.

--------------------

heyatin menasi

  • 19 sentyabr 2012 18:09
  • Məqalə: 2
  • Şərh: 174
  • Bal:
{awards}
ilk serh menden cox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}