Qanlı Fəxx faciəsi

 
Qanlı Fəxx faciəsi

Qanlı Fəxx faciəsi

Bu təzyiqlər Bəni-Haşimin cəsur və igid kişilərini qəzəbləndirib onları zalım Abbasi hökumətinin aramsız və sərt yürüşlərinə qarşı müqavimət göstərmək məcburiyyətində qoyur. Bu özbaşnalığa cavab olaraq yavaş-yavaş Abbasi hökumətinə qarşı İmam Həsən əleyhissəlamın nəvələrindən olan Fəxx sahibi (Fəxx şəhidi) Hüseynin rəhbərliyi altında qiyam şö’ləsi alovlanmağa başlayır. Bu qiyam hələ başlamamış və yalnız həcc mövsümü vaxtı onun başlanması üçün münasib idi. Ancaq Mədinə şəhərinin valisinin ağır təzyiqləri bu qiyamın daha tez başlamasına səbəb oldu. Peyğəmbər (səlləllahu əleyhi və alih) sülaləsinin müxaliflərindən olan Mədinə valisi xilafət mərkəzinə olan sədaqətini və öz vəzifəsini layiqincə yerinə yetirdiyini sübut etmək üçün hər gün Bəni-Haşimin adlı-sanlı şəxsiyyətlərini bir bəhanə ilə incidirdi. O cümlədən, o, bu şəxsiyyətlərdən hər gün şəhərin hökumət binasına gəlib özlərini təqdim etmələrini tələb edir, bununla kifayətlənməyib onlardan birini digərinin gəlməsinə zamin edir və biri oraya gəlmədikdə, onun yerinə zamin durmuş şəxsi incidirdi. Bir gün Mədinə valisi Fəxx şəhidi Hüseyn və Yəhya ibn Abdullahı Bəni-Haşim böyüklərindən birinin hökumət binasına gəlmədiyi üçün tutub əziyyət verərək girov götürür. Onun bu hərəkəti barıt anbarına vurulmuş od kimi alovlanıb Haşimilərin qəzəblənməsinə, bunun nəticəsində də, onların qiyamının vaxtından tez başlayıb Mədinədə döyüş yaratmasına səbəb oldu.

Fəxx şəhidi kimdir?

Qeyd etdiyimiz kimi bu hərəkata “Fəxx şəhidi” adı ilə tanınmış Hüseyn ibn Əli – İmam Həsən əleyhissəlamın nəvəsi başçılıq edirdi. O, Bəni-Haşim tayfasının seçilmiş, fəzilətli, cəsur və hörmətli kişilərdən biri olub təqvalı səxavətli və yüksəkməqamlı bir şəxs idi. Hüseyn ibn Əli yüksək insani sifətlər baxımından tanınmış və seçilmiş simalardan biri hesab olunurdu. O, öz yüksək insani sifətləri sayəsində “zövci-saleh” ləqəbi ilə tanınmış pak, təqvalı və fəzilətli ata-anadan dünyaya gəlmiş, fəzilət, təqva və hünər ailəsində tərbiyə almışdır. Onun atası, dayısı, babası, anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqinin əmri ilə şəhadətə yetirilmiş, İslam düşmənləri ilə mübarizədə neçə-neçə oğlunu qurban vermiş bu böyük ailə əbədi və dərin qəm dəryasına qərq olmuşdu. Belə bir ailənin tərbiyəsini görmüş Hüseyn (Fəxx şəhidi) Mənsurun cəlladları tərəfindən qətlə yetirilmiş atasının və digər qohumlarının ölümünü heç vaxt unutmur, onların şəhadət xatirəsi onun Abbasilərə qarşı ziddiyyətlə dolu olan böyük və qorxmaz ruhunu bərk narahat edirdi. Ancaq vəziyyət və şəraiti münasib olmadığından, o, zillətli sükuta məcbur idi.

Hadi Abbasinin, xüsusən də, Mədinə hakiminin özbaşınalıqları ürəyi dağlanmış Hüseynin səbr kasasını doldurmuş, onu Hadinin hökumətinə qarşı qiyam etmək astanasına gətirib çıxarmışdı.

Hərəkatın məğlubiyyəti

Hüseyn qiyam edən kimi Bəni-Haşim tayfasının və həmçinin, Mədinə camaatının böyük əksəriyyəti ona bey’ət edib Hadinin qüvvələrinə qarşı mübarizə etməyə başladı. Hadinin Mədinədəki qoşununu geri oturtduqdan sonra bir neçə gün fasilə verib yeni qüvvələr topladı. O, müsəlmanların həcc mövsümündə Məkkəyə yığışmasından istifadə edib bu şəhəri hərəkatın mərkəzi qərar verərək mübarizəni daha da genişləndirmək məqsədilə Məkkəyə tərəf hərəkət etdi. Mədinədəki döyüşün və Hüseynin ordusunun Məkkəyə tərəf hərəkət etməsini Hadiyə çatdırdıqda, o, onlara qarşı vuruşmaq üçün bir ordu göndərdi. Fəxx adlı yerdə iki ordu bir-biri ilə üzləşdi və qızğın döyüş baş verdi. Döyüş zamanı Hüseyn və Bəni-Haşim tayfasının adlı-sanlı şəxslərindən bir neçəsi şəhid oldu. Hüseynin ordusunun bir hissəsi dağıldı və bir hissəsi də, əsir düşərək Bağdada gətirilib qətlə yetirildi.

Onları öldürməklə kifayətlənməyən cəlladlar cənazələri basdırmayıb başları bədənlərdən ayıraraq Hadinin hüzuruna göndərdilər.
Bə’zi tarixçilərin dediyinə görə e’dam olunanların sayı yüz nəfərdən artıq idi.

Fəxx şəhidinin məğlub edilməsi çox acı və kədərli bir faciə idi.
Bu faciə bütün şiələrin, xüsusən də, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin qəlbini bərk yaraladı və yaddaşlarda bir daha Kərbəla faciəsini xatırlatdı.

Bu faciə o qədər ürəkağrıdıcı və fəlakətli idi ki, İmam Cavad (əleyhissəlam) (İmam Məhəmməd Təqi (əleyhissəlam)) bu hadisədən neçə il keçdikdən sonra buyurmuşdur: “Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır.”

Yeddinci İmam və Fəxx şəhidi

Bu faciə heç də İmam Kazim əleyhissəlamla əlaqəsiz olmamışdır. Çünki İmam Kazim (əleyhissəlam) bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış, hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazim əleyhissəlamın qiyamın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq, o, Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: “Baxmayaraq ki sən şəhid olacaqsan, ancaq cihad və mübarizədə yenə möhkəm ol! Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir, həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm.”

Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazim əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki, onun fikrincə pərdə arxasında olsa da, bə’zi cəhətlərdən bu əməliyyata İmam Kazim (əleyhissəlam) başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: “And olsun Allaha, Hüseyn (Fəxx şəhidi) Musa ibn Cə’fər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir.

Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cə’fər əleyhissəlamdır.
Əgər mən onu sağ qoysam, Allah məni öldürsün!”

Bu təhdidlərə İmam Kazim (əleyhissəlam) soyuqqanlı yanaşsa da, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi, şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.

Qanlı Fəxx faciəsi


Geri dön

ZeMka

  • 2 oktyabr 2012 00:09
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
xebere gore tewekkur edirem coox sagolun gozel xeberdi

--------------------

GuNaY_83

  • 25 sentyabr 2012 17:13
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.......

--------------------

✰Dгeaм✰

  • 22 sentyabr 2012 21:44
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun...

my angel__

  • 21 sentyabr 2012 21:05
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
allah razi olsun..twk canik melumata gore

--------------------
Помни, что ты - мое все ❤

solnuska

  • 21 sentyabr 2012 02:10
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 21 sentyabr 2012 01:58
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
allah razi olsun

--------------------

come back

  • 20 sentyabr 2012 21:41
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
Allah razi olsun.

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 20 sentyabr 2012 21:10
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

_Susqun_

  • 20 sentyabr 2012 19:20
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
allah razi olsun............bacis

--------------------

cesika ozudu

  • 20 sentyabr 2012 16:34
  • Məqalə: 0
  • Şərh: 102
  • Bal:
{awards}
tsk xebere gore

Nuray2012

  • 20 sentyabr 2012 15:56
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

Tofiqli

  • 20 sentyabr 2012 15:42
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Cox gozel xeber idi tewekkurler no
dostluq atun bir zehmet

Serena

  • 20 sentyabr 2012 15:09
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
ALLAH razi olsun deyerli xeber ucun

✰Dгeaм✰

  • 20 sentyabr 2012 14:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler xebere gore

classic_guiter_girl

  • 20 sentyabr 2012 14:32
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Allah razi olsun

R.M Fanatı...

  • 20 sentyabr 2012 14:26
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

ღ★Diamond★ღ

  • 20 sentyabr 2012 14:15
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır.”

TAYNA VOSTOKA

  • 20 sentyabr 2012 13:52
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

...BARSA FANATI....

  • 20 sentyabr 2012 13:50
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}