Silah ilə ov etmənin hökmləri

 
Silah ilə ov etmənin hökmləri

Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq

Məsələ: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal və bədəni pak olar.

1. Ov silahı bıçaq və qılınc kimi kəsici olsun, ya nizə və ox kimi iti olsun ki, heyvanın bədənini parçalasın. İkinci halda, əgər silahın süngüsü olmasa, halal olmasının şərti budur ki, heyvanın bədənini yaralasın, ya parçalasın. Əgər süngüsü olsa, yaralamasa da belə, onu öldürməsi kifayətdir. Əgər tələ, ağac və ya daş və bu kimi vasitə ilə bir heyvanı ovlasalar və o, ölsə, pak olmaz və onu yemək də haramdır. Həmçinin, vacib ehtiyata əsasən, silah olmayan iti bir şeylə, məsələn, böyük iynə, kabab şişi və bu kimi şeylə heyvanı ovlasalar, hökm eynidir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsi heyvanın bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır, istər güllə iti olsun, istər olmasın. Güllənin də dəmirdən olması lazım deyil. Amma əgər güllə heyvanın bədəninə daxil olmasa və təzyiq nəticəsində heyvanı öldürsə, ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması işkallıdır.

2. Ov edən şəxs gərək müsəlman, ya yaxşı və pisi başa düşən müsəlman uşağı olsun. Əgər əhli-kitab olmayan kafir, ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o ov halal deyil. Hətta əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, vacib ehtiyata əsasən o heyvan halal olmur.

3. Silahı, heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb, təsadüfən bir heyvanı öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır. Amma əgər bir heyvanı tuşlayıb atsa və başqasına dəyib öldürsə, halal olur.

4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəfə dəyməzdən əvvəl Allahın adını çəksə, kifayət edər. Amma əgər bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin yaddan çıxarsa, eybi yoxdur.

5. Heyvana, öldükdən sonra yetişməli və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və heyvan ölərsə, o heyvan haramdır.

Məsələ: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda deyilən şərtlərə əməl etsə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil.

Məsələ: Əgər bir heyvan məsələn ox ilə vurduqdan sonra suya düşsə və insan nizə və suya düşməklə heyvanın can verdiyini bilsə, halal deyil. Hətta əgər can verməsinin təkcə oxdan olmasını bilməsə, halal olmaz.

Məsələ:
Əgər qəsbi it və ya qəsbi silahla bir heyvanı ovlasa, ov halaldır və öz malıdır, amma günah etməyi bir tərəfə, gərək silah, ya itin ücrətini sahibinə versin.

Məsələ:
Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən birisini ayırarsa, o üzv haram olar. Amma əgər 2559-cu məsələdə deyilən şərtlərə uyğun olaraq o heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalanı halal olur. Əgər ovçuluq aləti keçən şərtlərə uyğun olaraq heyvanın bədəninin boyun və başını bir tərəfə salsa və insan heyvanın can verəndən sonra çatarsa, hər iki hissə halal olur. Heyvanın canlı olduğu halda başını kəsəcək qədər fürsət olmadığı təqdirdə də hökm eynidir. Amma əgər heyvanın başını kəsə biləcək qədər fürsət olub, heyvanın bir müddət canlı qalması mümkün olarsa, baş və boyunun üzərində olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə şəriətdə göstərilən tə`limata uyğun olaraq kəsilərsə halal, əks təqdirdə o da haramdır.

Məsələ: Əgər ağac, daş, ya onunla ov etmək səhih olmayan başqa şeylə bir heyvanı iki yerə bölsələr, üstündə baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə əgər diri olsa və bir qədər diri qalmağı mümkün olsa, şəriətdə müəyyən olunmuş qayda ilə onun başını kəssələr, halal olar.
Əgər belə olmasa, o hissəsi də haram olar.


Məsələ: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və ondan diri bala çıxsa, belə ki, o balanın başını şəriətdə müəyyən olunmuş qayda ilə kəssələr halaldır, əgər belə olmasa, haramdır.

Məsələ:
Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və onun qarnından ölü bala çıxarsalar, əgər o bala o heyvanı öldürməzdən əvvəl ölməmiş olsa və həmçinin o heyvanın qarnından gec çıxarma səbəbindən də ölməyibsə, belə ki, balanın xilqəti tamamlanmış olub, bədəninin tük və ya yunu çıxıbsa, pak və halaldır.

Silah ilə ov etmənin hökmləri


Geri dön

ZeMka

  • 2 oktyabr 2012 00:10
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
bunu bilirdim cox gunahdi yenede sag olun

--------------------

✰Dгeaм✰

  • 30 sentyabr 2012 21:27
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Meqaleye gore tesekkur

GuNaY_83

  • 25 sentyabr 2012 18:14
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol............

--------------------

✰Dгeaм✰

  • 22 sentyabr 2012 21:51
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun....

✰GoLd GirL✰

  • 22 sentyabr 2012 17:14
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Allah razi olsun.....

solnuska

  • 21 sentyabr 2012 02:27
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
alah razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 21 sentyabr 2012 01:33
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
cox sagolun....allah razi olsun

--------------------

come back

  • 20 sentyabr 2012 21:08
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
tewekkur edirem Allah razi olsun.

Nuray2012

  • 20 sentyabr 2012 17:04
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

✰Dгeaм✰

  • 20 sentyabr 2012 15:06
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler xebere gore

classic_guiter_girl

  • 20 sentyabr 2012 14:48
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
tewekkurlerr

ღ★Diamond★ღ

  • 20 sentyabr 2012 14:29
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və ondan diri bala çıxsa, belə ki, o balanın başını şəriətdə müəyyən olunmuş qayda ilə kəssələr halaldır, əgər belə olmasa, haramdır.

TAYNA VOSTOKA

  • 20 sentyabr 2012 14:04
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda deyilən şərtlərə əməl etsə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil.

--------------------

...BARSA FANATI....

  • 20 sentyabr 2012 13:40
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}