Belə bir sevdanı bilibdə getməyin mümkünmüydü?

 
Belə bir sevdanı bilibdə getməyin mümkünmüydü?

Sənsizlik... dayanılması çətin bir duyğudur mənim üçün, tənha qalmaq... paylaşacaq o qədər hislərimiz, sevgimiz var ikən tək-tənha səni düşünməyə məhkumluqdur sənsizlik...

Səni yaşamağın gözəlliyini unutmaq istəmirəm, bir daha əldə edə bilməyəcəyim sevginin xəyalıdır daimi yanımda olan. Sözlərin heç bir önəmi yoxdur o anı yaşayarkən. Yarım qalacaq kəlimələr yerinə gözlərim danışır bitimsizcə. O an gözlərim ayrılmır xəyalındakı gözlərindən, gözlərindəki " Səni sevirəm" sözlərinin həsrətindədir.

Bitməsinin üzüntüsünü yaşamaqdaykən bu sevginin bir qəhrəmanı olmağın xoşbəxtliyini duyuram. Unudulmadın... unudulmayacaqsan... Ən gözəl yaşamımsan, və bu anı yaşadığım üçün daha çox sevirəm səni. Hər gün daha da çox... Zaman gedərək daha çox...

Hər şeyi yenidən hiss edirəmmiş kimi, səni yenicə tanıyırammış kimi, hər gün daha da çox sevirəm.... Hər saat artan uzaqlığınla bərabər... Səni sevmişkən itirməyin acısını yaşamaqdayam... Bir baxsan üzümə, gözlərimiz bir rastlasa, gözlərini heç ayırmadan bax, əriyim baxışlarında, dodaqların dəysin dodağıma, əllərin silsin yanağımdan axan o göz yaşını, hiss etdirsən özünü mənə...

Yanağında göz yaşı gördüyüm an, bax o zaman ölürəm mən deyirdin. Məni üzən nə varsa hər birini bir-bir yox etmək istəyirdin, gülməyimi istərdin, hər zaman gülümsəyim istəyirdin. Təbəssümümü izləməyi sevirdin. Gülüşümü əks etdirən rəsmlərdə hüzn tapardın.

Mənsiz olmanın düşüncəsi belə dəli edərdi səni. " Ya bir gün olmazsan" deyə düşünmək belə istəməzdin, qorxardın... Səni itirməyəcəyimə dair o qədər sözlər verildi ki o an. Hamısı indi bir xəyaldır, inanmaq istədiyim bir yalan. Əslində bilərək özüm-özümü aldatmış oluram bu xatirələrlə, hansı yalanda sakitlədim üsyan etmiş qəlbimi bilmirəm...

Hər şey səni anladır mənə, heç bitmir, sadəcə səndən bəhs edir hər şey ətrafımda. Bu qədər hər bir şeyimdə olmamalı idin. Sənin varlığınla doldurdular bütün qəlbimi, indi getmək bilmirlər bu hislər məndən. Hara getsəm belə mənlə birgə oralardasan. İçimdəki sən adlı acıdan qorxuram. Sən acı olmamalı idin, sən dönüb gözümdəki yaş olmamalı idin... Gözlərindəki hüznü, gözlərindəki sevgini, məsum baxışını, təbəssümünü gördüyüm anlar gəlir ağlıma. Ən gözəl gerçəyimdin...

Bizi birləşdirən hüznü hər zaman düşünərdik, ikimizdən başqa bunu heç kim görməzdi, anlamazdı bir-birimizdən aldığımız rahatlıq və xoşbəxtliyi. Ümidsizlikdən uzaq idik, yaşayırdıq, biz o hüzn dolu sevgini yaşayırdıq əslində..

Uzaqdasan, amma deyilsən əslində. Ürəyimdəki sənin varlığınla mənimləsən hər zaman əslində.

Sən əslində mənsən. Bu an düşündüklərimi sən də düşünə bilirsənsə Sən mənsən. Gecə yatarkən xəyalımla özünü sakitlədib yuxuya dalıb səhər oyandıqda yanındaki yoxluğuma üzülürsənsə demək sən sadəcə mənsən... Yuxu onsuzda səni də məni də çoxdan tərk etdi. Və sən də eyni acını, ağrını mənimlə birgə yaşayırsan.

Belə bir sevdanı bilibdə getməyin mümkünmüydü? Yaşanılanları yox sayaraq davam etməkdəmi varmış sevgilim? Hər gecə ümidlərimi böyütdüm qəlbimdə. İçimdə böyük bir həsrəti yaşadır indi o ümidlərim, məni sənə aparan o ümidlərim.

Varlığım sənsiz o qədər mənasız ki. Sənsiz olan mən artıq mən deyiləm. Yoxluğun boğur artıq məni, çarəsizəm... Çarəsizlik deyilən bir şey varmış həyatta və mən bunu indi öyrənməkdəyəm. Səni səninlə yaşamağa, və sonra sənsizlikdə belə səni yaşamağa davam etməkdəyəm. Mənliyimi itirməkdəyəm. Mən mən olmaqdan çıxmışam artıq. Mən hələ səndə qalmışam. Qəlbinə bir bax... Mən ordayam... Bunları düşünməyə belə gec artıq... Çox gec...

Belə bir sevdanı bilibdə getməyin mümkünmüydü?


Geri dön

GuNaY_83

  • 25 sentyabr 2012 16:25
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler.......

--------------------

Ayla123

  • 24 sentyabr 2012 23:23
  • Məqalə: 0
  • Şərh: 123
  • Bal:
{awards}
beyendim twk

adsiz2

  • 24 sentyabr 2012 01:08
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
meqalene gore sagol

--------------------

come back

  • 22 sentyabr 2012 23:48
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
offffffffff sevgi offffffffffffffffff sad recourse

✰Dгeaм✰

  • 22 sentyabr 2012 21:14
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler TUNAR....

Nuray2012

  • 22 sentyabr 2012 14:25
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Maraqli idi cox sagol

--------------------

solnuska

  • 22 sentyabr 2012 03:06
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Sənsizlik... dayanılması çətin bir duyğudur mənim üçün, tənha qalmaq... paylaşacaq o qədər hislərimiz, sevgimiz var ikən tək-tənha səni düşünməyə məhkumluqdur sənsizlik...

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Gözlüklü

  • 21 sentyabr 2012 16:45
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Cox idi bagislayin hamsini oxuya bilmedim cox sag olun

Avril_lavigne

  • 21 sentyabr 2012 15:58
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
...........................

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

...BARSA FANATI....

  • 21 sentyabr 2012 15:08
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
maraqlidir.....sag olll...

ღ★Diamond★ღ

  • 21 sentyabr 2012 14:54
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Uzaqdasan, amma deyilsən əslində. Ürəyimdəki sənin varlığınla mənimləsən hər zaman əslində.

✰GoLd GirL✰

  • 21 sentyabr 2012 14:15
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkurler......

PSIXOPATKA

  • 21 sentyabr 2012 14:07
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
SENI SEVIREM BAWQA HECNE BILMIREM love

--------------------

✰Dгeaм✰

  • 21 sentyabr 2012 14:07
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Varlığım sənsiz o qədər mənasız ki. Sənsiz olan mən artıq mən deyiləm. Yoxluğun boğur artıq məni, çarəsizəm... Çarəsizlik deyilən bir şey varmış həyatta və mən bunu indi öyrənməkdəyəm. Səni səninlə yaşamağa, və sonra sənsizlikdə belə səni yaşamağa davam etməkdəyəm. Mənliyimi itirməkdəyəm. Mən mən olmaqdan çıxmışam artıq. Mən hələ səndə qalmışam. Qəlbinə bir bax... Mən ordayam... Bunları düşünməyə belə gec artıq... Çox gec...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 75
Cəmi: 107

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}