Aşiq olmaq və ilk eşq

 
  • 22.09.2012, 17:40
  • Bölmə: Sevgi
  • Müəllif: C.I
Aşiq olmaq və ilk eşq

Eşqlə başlayan bir birlikdəlik sevgiyə çevrilmişsə əgər, o əlaqə sonsuza qədər sürə bilər. Eşqin ilk anlarındakı həyəcan bitsə belə bir müddət sonra, güvən və dincliyin verdiyi o rahatlıq duyğusu sizi dünyanın ən xoşbəxt insanı edə bilər. Ancaq eşqin o ilk həyəcanları, titrəmələriniz, qəlb atışlarınız keçib də yenidən eyni axtarışa dönürsünüzsə əgər siz ‘eşqə aşiqsiniz' deməkdir. Eşqə aşiq olan insanlar, həyəcanlarını itirdikləri an birlikdə olduqları insanları tərəddüdsüz tərk edib yeni eşqlərin arxasınca düşər. Bu səbəblə də əlaqələri uzun ömürlü olmaz. Onlar üçün qarşılarındakı insan bir vasitədir. Əhəmiyyətli olan eşqin özlərinə verdiyi həyəcan duyğusunu yaşamaqdır. Bir başqa deyişlə, qarşılarındakı insana deyil, o insanın yaşatdığı duyğulara aşiqdirlər.

Əslində bu cür insanlar hər aşiq olduqları insanı bir əvvəlkindən daha ehtiraslı yaşamağa başlayar. Onlar üçün hər kəs ‘gerçək eşqdir. Bir əlaqələri bitib digərinə başladıqlarında "Mən ona aşiq deyilmişəm, əsl eşq buymuş" deyərlər. Heç bir eşq sonsuza qədər sürməz. Bu səbəbdən, eşqlərini sevgiyə çevirə bilmədikləri üçün əsla qalıcı bir əlaqəyə də sahib ola bilməzlər.


Ehtirası, həyəcanı və eşqi yaşamaq gözəldir amma bu axtarış hara qədər davam edəcək? Unutmayın ki, siz axtarışa davam edərkən zaman da axıb gedir. Bir müddət sonra geriyə dönüb baxdığınızda ardınızda yalnız eşq qırıntıları görəcəksiniz. Üstəlik tək olacaqsınız. Ayrıca hər yaşadığınız əlaqə sizə görə "eşq bitdiyi üçün" xəyal qırıqlığı ilə nəticələnəcək. Təbii olaraq da qısa davamlı xoşbəxtliklərlə kifayətlənəcəksiniz. Xoşbəxtliyinizi davamlı edə bilməyəcəksiniz. Hər eşq yarım qalacaq, heç biri tamamlanmayacaq. Ürəyinizdə həmişə bir əskiklik olacaq.


Dünyada hər kəs üçün bir doğru insan vardır. Səhv insanlarla qarşılaşmanız bu gerçəyi dəyişdirməz. O doğru insanı tapdığınıza inanırsınızsa eşq axtarışınızı nöqtələmənin də zamanı gəlmiş deməkdir. Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız.


Bir də ilk eşqin unudulmaması vəziyyəti var. İlk eşq təcrübəsi ümumiyyətlə həqiqi deyil. Amma insan ilk eşqinin təsirindən xilas ola bilməz. Alınan o böyük həzz, o ümidsizlik duyğusu, qarşılığı alınmasa belə, unudulacaq duyğular deyil. İlk dəfə aşiq olduğunuz zaman, ümumiyyətlə inkişafın ilk dövrlərində olduğunuz və hələ yetkinləşmədiyiniz üçün, o adama necə yaxınlaşacağınızı bilə bilməzsiniz. Əslində yalnız müthiş həyəcanlı tapdığınız bir imicə aşiqsiniz. Əgər görüşə bilər və duyğularınızı gerçəyə çevirə bilsəniz, böyük bir ehtimalla sehr anında pozulacaq. O adama heyran olmanız və müəyyən bir məsafədən müşahidə etməniz, onun gözünüzdə mükəmməl bir eşq objesi olaraq qalmasına köməkçi olar. Bu şəkildə əslində onların uyğun olmadığını anlama fürsəti tapa bilməzsiniz.


İlk eşq, romantik inkişafınızda, ümumiyyətlə verməkdən çox, istəmək dövrüdür.
Özünüzü deyil də başqasını düşünməniz ilk dəfə reallaşsa belə, bu eqoist sevgidir. Həqiqətən də insanlar ilk eşqlərində sevgilərinin objesi olan insana sevgi və şəfqət verməkdən çox, hadisənin sevilmə istiqamətinə maraq duymaqdadırlar.

Aşiq olmaq və ilk eşq


Geri dön

GuNaY_83

  • 25 sentyabr 2012 15:01
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
tewekkurler.....

--------------------

come back

  • 23 sentyabr 2012 20:59
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
sagolun gozel meqaledir beyendim.

✰GoLd GirL✰

  • 23 sentyabr 2012 16:52
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
sag olun......

Isabelle

  • 23 sentyabr 2012 16:49
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
Maraqli idi

✰Dгeaм✰

  • 23 sentyabr 2012 14:46
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
C.I,

Duzdu canim...

C.I

  • 23 sentyabr 2012 11:19
  • Məqalə: 481
  • Şərh: 4876
  • Bal:
{awards}
cnm,
Canim esil sevibse he... no

--------------------

ZülmətdəQaranliq

  • 23 sentyabr 2012 10:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
təşəkkürlər əziyyətə görə

solnuska

  • 23 sentyabr 2012 00:42
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Dünyada hər kəs üçün bir doğru insan vardır. Səhv insanlarla qarşılaşmanız bu gerçəyi dəyişdirməz. O doğru insanı tapdığınıza inanırsınızsa eşq axtarışınızı nöqtələmənin də zamanı gəlmiş deməkdir. Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Nuray2012

  • 23 sentyabr 2012 00:08
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol lxebere gore
Serena, no

--------------------

...BARSA FANATI....

  • 22 sentyabr 2012 23:00
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
cooox sag ol...

aksana1993

  • 22 sentyabr 2012 22:04
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
EMEYE GORE TWK EDIREM ALLAH RAZI OLSUN AMA SEVGI MENLIK BIR IFADE DEYIL,BOS SEYDIR SEVGI MEN INANMIRAM!!!!

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

Serena

  • 22 sentyabr 2012 21:23
  • Məqalə: 2
  • Şərh: 341
  • Bal:
{awards}
sevgi menlik deyil

✰GoLd GirL✰

  • 22 sentyabr 2012 20:17
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
tesekkurler........

Gözlüklü

  • 22 sentyabr 2012 20:06
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Maraqli idi cox sag olun

✰Dгeaм✰

  • 22 sentyabr 2012 19:50
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Dünyada hər kəs üçün bir doğru insan vardır. Səhv insanlarla qarşılaşmanız bu gerçəyi dəyişdirməz. O doğru insanı tapdığınıza inanırsınızsa eşq axtarışınızı nöqtələmənin də zamanı gəlmiş deməkdir. Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız.

ღ★Diamond★ღ

  • 22 sentyabr 2012 19:28
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Dünyada hər kəs üçün bir doğru insan vardır. Səhv insanlarla qarşılaşmanız bu gerçəyi dəyişdirməz. O doğru insanı tapdığınıza inanırsınızsa eşq axtarışınızı nöqtələmənin də zamanı gəlmiş deməkdir. Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız

Avril_lavigne

  • 22 sentyabr 2012 18:18
  • Məqalə: 58
  • Şərh: 2540
  • Bal:
{awards}
cox saq olun. TEWEKKUR

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

love darling

  • 22 sentyabr 2012 18:16
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
ilk sevgi unudulmur bunu en yaxsi men bilirem tesekkur recourse

fatimeyinur

  • 22 sentyabr 2012 18:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
COX SAG OL. TSK.

I am Happy

  • 22 sentyabr 2012 18:00
  • Məqalə: 111
  • Şərh: 3077
  • Bal:
{awards}
Sevgi bosh sheydi.

--------------------

KRiPToS

  • 22 sentyabr 2012 17:59
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər,dsoii love smile

--------------------

Мой Мир

  • 22 sentyabr 2012 17:57
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
Sevgi guldurmeyin meni wink

--------------------
∞♥

J ♥ S

  • 22 sentyabr 2012 17:52
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
Tewekkurler xebere gore!

--------------------
J & S ∞♥....

MELEK INSAN...

  • 22 sentyabr 2012 17:48
  • Məqalə: 40
  • Şərh: 1693
  • Bal:
{awards}
Həqiqətən də insanlar ilk eşqlərində sevgilərinin objesi olan insana sevgi və şəfqət verməkdən çox, hadisənin sevilmə istiqamətinə maraq duymaqdadırlar.

--------------------

_Susqun_

  • 22 sentyabr 2012 17:44
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
tessekurler..................

--------------------

Misrlgirl

  • 22 sentyabr 2012 17:43
  • Məqalə: 0
  • Şərh: 167
  • Bal:
{awards}
cox saq olun. TEWEKKUR.

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 22 sentyabr 2012 17:41
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
icox sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 36

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}