Xəstəliklər fəsli: bunları bilməniz vacibdir

 
Xəstəliklər fəsli: bunları bilməniz vacibdir

Mövsüm dəyişikliyi zamanı insan orqanizmində immunitet zəifliyi yaranır. Bunun nəticəsində bronxit, astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklər əmələ gəlir.

Fəsil dəyişkənliyini insanlar çəkisindən, orqanizmin immunitet səviyyəsindən asılı olaraq, müxtəlif cür keçirirlər. Bu, bəzi insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahsızlıq, depressiya ilə müşahidə olunur.

Mütəxəssislər yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq oynaması xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmalarını məsləhət görürlər. Hər bir fəslin özünəməxsus xəstəlikləri olsa da, payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir. Çünki bu zaman temperatur dəyişkənliyinə məruz qalan insan orqanizmi zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı böyüyür.

Həkimlər payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın sonlarından orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Bununla yanaşı, immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin olan meyvə- tərəvəz, süd-qatıqla qidalanmaq məsləhətdir. Ümumiyyətlə, payızda qidalanmaya xüsusi diqqət göstərmək lazımdır.

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, havalar soyuqlaşdığı üçün bədənimizin enerjiyə olan tələbatı artır. Bu səbəbdən çox yemək istəyi meydana gəlir. "Payızda artıq çəki yığmamaq üçün gün ərzində 5 dəfə, amma az-az yemək lazımdır. Payız fəslinə keçid ürək-damar xəstələrində tarazlığı poza, onlarda ağrıları intensivləşə bilər. Düzdür, soyuq ürəyə təsir etmir, amma havaların dəyişməsi insana psixoloji təsir göstərdiyindən, ürək xəstəlikləri də məhz bu dövrdə üzə çıxır. Müraciət edən insanların şikayətlərinə diqqət yetirəndə görürəm ki, xəstəliklər birbaşa ürək xəstəliyi, ürək ağrısı ilə bağlı deyil. Onları havaların tez qaralması, günün qısa olması darıxıdırır, narahat edir. Bu isə daha çox yaşlı insanlarda və ev qadınlarda özünü biruzə verir".

Həkim onu da bildirib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər idmanla məşğul olmağa, gündə yarım saat gəzintiyə üstünlük versələr, xəstəlikləri ağırlaşmaz. Ümumiyyətlə, çox düşünmək insanı məhv edir.

Havaların soyuması nəticəsində yaranan xəstəliklərin qarşısının alınması üçün qida rasionuna diqqət yetirmək lazımdır. "Payızda infeksion xəstəliklərin də sayı artır. Hava bir balaca soyuyan kimi insanlar arasında qrip, bronxit, astma, sətəlcəm, pnevmoniya və s. xəstəliklər yayılmağa başlayır. Uşaqlar, süd verən analar, hamilələr, qocalar və xroniki xəstəliyi olan insanlar payızda sağlamlıqlarının qorunması üçün düzgün qidalanmalıdırlar. Çünki ani hava dəyişkənliyi bədəndə vitamin və minerallara ehtiyac yaradır. Biz bu ehtiyacları qida vasitəsilə ödəməyə çalışmalıyıq. Kök, bibər, göyərtilər, ağartı məhsulları mütləq gündəlik qida rasionuna salınmalıdır. Bundan əlavə, təbii meyvə şirələrinə (ev şəraitində hazırlanmış) üstünlük vermək lazımdır. Təbii bitki çayları, salatlar da bədənin də vitamin ehtiyacını ödəyir".

Həkimin dediyinə görə, payız fəslində orqanizmin vitamin və mineral ehtiyacını ödəmək insanları qışda da ağır xəstəliklərdən qoruyur. Ət, süd, toyuq, balıq, qaraciyər, kişmiş, qoz ləpəsi immuniteti artırmağa yardım edən qidalardandır. Üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyiə tutulma riskini azaldır.

Mütəxəssislərin fikrincə, soğan və sarımsaq antibiotik tərkibinə malik olduğu üçün payızda yayılan soyuqdəymə xəstəliklərinin tez sağalmasına yardım edir.

M.Abbasovanın sözlərinə görə, payız xəstəliklərindən qorunmağın yollarından biri də gigiyena qaydalarına əməl etməkdir. "Xəstə insanlarla təmasdan uzaq olmaq, ictimai nəqliyyatda diqqətli olmaq, çirkli əllərlə qidalanmamaq sizi xəstəliklərdən qoruya bilər. Xəstəlik başlayan gündən önləyici tədbirləri həyata keçirmək xəstəliyin tez sağalmasına yardım edər".

Qeyd etdiyimiz kimi, payızda immunitet zəifliyi olan insanlar daha tez xəstələnir. Uşaqların immun sistemi tam formalaşmadığı üçün onlar hər fəsildə xəstəlikləri özlərinə çəkirlər. Əsasən də bir qədər zəif olan uşaqlar havalar bir qədər dəyişən kimi xəstəliyə yoluxurlar. Uşaqları payızın yoluxucu xəstəliklərindən qorumaq üçün onlara xüsusi qayğı göstərmək lazımdır. Geyimləri, qidaları, gün rejimin düzgün qurulması uşaqların sağlamlığında böyük rol oynayır.

Pediatr İlhamə Qurbanovanın sözlərinə görə, bütün fəsillər uşaqların sağlamlığına böyük təsir göstərir. Odur ki, uşaqlara hər zaman qayğı göstərmək lazımdır. "Uşaqların immun sistemi çox zəif olduğu üçün yaz və payız aylarında onların sağlamlığına xüsusi diqqət göstərmək önəmlidir. Yazda uşağın orqanizmini yay, payızda isə qış üçün hazırlamaq lazımdır. Gigiyenik qaydalara əməl etmək və onların qida rasionunu vitamin və mineralların bol olduğu qidalarla zənginləşdirmək məsləhət görülür. Meyvə-tərəvəz, ağartı məhsulları, meyvə şirələri uşaqların vitamin ehtiyacının ödənilməsi üçün çox vacibdir".

Psixoloq Rəvanə Quluzadə bildirir ki, dünyada baş verən intihar hallarının 78 faizi məhz payız aylarına təsadüf edir. "Payız insanlarda tənhalıq hissini oyadır. Havanın tez qaralması, günün qısa olması insanı yorur, halsızlaşdırır. İnsanlar tənhalığa üstünlük verir. Saatlarla otaqlarına qapılıb, ordan çıxmaq istəmirlər".

Bu hal daha çox 17-25 və 50 yaşdan yuxarı insanlarda müşahidə olunur. Psixoloq yaranmış gərginliyi aradan qaldırmaq üçün yuxu rejiminə diqqət yetirməyi, kifayət qədər qidalanmağı və mümkün qədər günəş şüasından istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, bu fəsildə yaranan soyuqdəymə xəstəliklərinin də insanın psixologiyasına mənfi təsiri olur. "Hərarətin yüksəkliyi, iştahsızlıq, halsızlıq, baş ağrıları və tez qaralan hava, qısa gün insanı depressiyaya salır. Depressiya bütün fəsillərdə olsa da, payız depressiyası xroniki hal ala bilər. Çünki yağan yağışlar, küləklər insanlara pozitiv düşünməyə imkan yaratmır. Bunların da üzərinə xəstəliklər əlavə olunanda insan intihar haqqında belə düşünə bilir".

Həmsöhbətimiz məsləhət görür ki, belə halların qarşısının alınması üçün təmiz hava qəbul etmək, qidaya diqqət yetirmək, kitab oxumaq, musiqi dinləmək, idmanla məşğul olmaq lazımdır.

"Ekspress" qəzeti


Geri dön

ZeMka

  • 4 oktyabr 2012 00:21
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
meslehet ucun sag olun

--------------------

Prank girl

  • 27 sentyabr 2012 10:39
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Teshekkurler.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰Dгeaм✰

  • 25 sentyabr 2012 14:45
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
GuNaY_83,

Serh ucun cox sag ol....

GuNaY_83

  • 25 sentyabr 2012 13:51
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol..........

--------------------

✰Dгeaм✰

  • 24 sentyabr 2012 14:42
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Serhler ucun cox sag olun.....

solnuska

  • 24 sentyabr 2012 02:34
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
hmmmmmmmm men qrip olmaqim yadima gelmir

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 24 sentyabr 2012 01:58
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
bunlari bilirdim

--------------------

nihan aliyeva

  • 23 sentyabr 2012 23:45
  • Məqalə: 4
  • Şərh: 420
  • Bal:
{awards}
men zaten qripem

✰Dгeaм✰

  • 23 sentyabr 2012 21:02
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Serhler ucun cox sag olun...

Nuray2012

  • 23 sentyabr 2012 20:39
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

hello kitty

  • 23 sentyabr 2012 20:31
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ayda heqqidende xestelikler feslidi e bizim evde hami xestedi bidene menem saglam lol wink

_Susqun_

  • 23 sentyabr 2012 19:33
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
COX UZUN IDI,SEBRIM CATMADI OXUYUM.............

--------------------

...BARSA FANATI....

  • 23 sentyabr 2012 18:34
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
melumat ucun sag oll...

ღ★Diamond★ღ

  • 23 sentyabr 2012 18:02
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Mütəxəssislərin fikrincə, soğan və sarımsaq antibiotik tərkibinə malik olduğu üçün payızda yayılan soyuqdəymə xəstəliklərinin tez sağalmasına yardım edir.

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 23 sentyabr 2012 17:53
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Cox sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

✰GoLd GirL✰

  • 23 sentyabr 2012 17:45
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
tesekkur edirem.....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 436
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}