Güzgülərin insanı mat qoyan sirri

 
Güzgülərin insanı mat qoyan sirri

Evdə olan bütün əşyaların ən sirlisi həmişə güzgü hesab edilib. Güzgülər bütün dövrlərdə müxtəlif sirlərlə əhatə ediliblər. Hələ də bir çoxları onun vasitəsilə o biri dünyanın sakinləri ilə əlaqə yaratmağa, gələcəyi deməyə və keçmişin sirlərini açmağa çalışır.

Güzgülərin tarixi çox qədimlərə gedib çıxır. İlk güzgüləri hələ qədim Şumerlər, Hindlilər və Misirlilər düzəldiblər. Əvvəllər güzgünü bürüncdən və gümüşdən düzəldirdilər. İlk şüşə güzgülər isə XII əsrdə Murano adasında yaşayan Venesiya ustaları tərəfindən düzəldilib.

İlk güzgülərin düzəlməsi sirrini Venesiyalılar düz 200 il gizli saxlayıblar. Həmin vaxtlar güzgünün düzəldilməsi də çox baha başa gəlirdi.

Bəs güzgülərin sirri nədir?

Uzun illərdir ki, şamanlar, maqlar, cadugərlər güzgüdən istifadə edirlər. Onlar iddia edirlər ki, güzgüdə adi insanların görə bilmədiklərini görürlər. Qədim deyimlərə görə, güzgüdəki əkslə güzgüdə əks edilən arasında sirli əlaqə var. Güzgü insanın ruhunu və həyat gücünü saxlaya bilir. Hələ qədim dövrdə inanırdılar ki, güzgüdə gələcəyi, keçmişi görmək olar, o biri dünyanın sakinləri ilə əlaqə saxlamaq mümkündür. Bir çox alimlər əmindirlər ki, güzgü görünməz enerji ilə əhatə edilib. Bəziləri müsbət enerji verir, bəziləri mənfi. Xüsusilə də "gözləri" qarşısında zorakılıq, qan, ölüm baş verən güzgülər mənfi enerji verirlər.

Qədim dövrlərdən insanlar inanırlar ki, qədim güzgülərdə onlara baxanların ruhları gizlidir. Deyilənə görə əgər güzgüyə pis adam baxıbsa və ya onun olduğu otaqda pis hadisələr baş veribsə onda güzgü də pis olur. Belə güzgüləri tanımaq asandır: onlar soyuqdurlar, onların qarşısında müqəddəs şamlar sönür. Ona görə də evdə köhnə güzgü saxlanmaması məsləhət görülür. Əgər belə bir güzgünün sahibisinizsə onda dualar oxumaqla və müxtəlif ayinlərlə güzgünü təmizləyə bilərsiniz. Bundan sonra isə güzgünün qarşısında ya şam yandırın ya da onu açıq günəş altına çıxarın.

Çoxlarımız şahidik ki, evdə kimsə öləndə güzgünün ya üzünü divara çevirirlər, ya da üzərini örtürlər. Bu ayin də qədim əfsanələrlə bağlıdır. Əvvəllər hesab edilirdi ki, açıq güzgüdən ölü şəxs evdəki kimisə də özü ilə apara bilər. Və ya ölünün həyat eşqi çox olsa o güzgüdə məskunlaşıb ev sakinlərini narahat edə bilər. Güzgünü sındırmaq da yaxşı əlamət hesab edilmir. Deyilənə görə, güzgünü sındırsan bu sənə düz 7 il bədbəxtlik gətirə bilər.

Güzgü yalnız neqativ halları özündə əks etdirmir. Onda həm də müsbət şeylər var.

Məsələn əgər güzgütə baxıb özünüzə yaxşı şeylər arzulasanız, əksinizlə danışıb ona gözəl ,ağıllı olduğunu desəniz sizə uğur gətirər.

Əgər aşağıdakı məsləhətlərə əməl etsəniz bu sizə və yaxınlarınıza xeyir gətirə bilər.

1. Evinizdə olan bütün güzgülər təmiz olmalıdırlar. Onları tez-tez ləkələrdən və tozdan təmizləmək lazımdır. Xüsusilə də evə pis adam girib çıxıbsa gərək güzgü təmizlənsin. Əgər belə bir insan güzgünüzə baxıb ürəyində pislik arzulasa bu həyata keçər. Ona görə də pis adamdan gəlməmişdən qabaq və getdikdən sonra güzgüləri nəm əski ilə silin.

2. Əgər güzgünü bilmədən sındırmısınızsa cəld onu evdən çölə çıxarıb atın. Sınmış güzgü bədlik gətirə bilər.

3. Xəstə olanda çalışın güzgüyə az baxın. Neqativ enerji digər ailə üzvlərinizə də keçə bilər.

4. Güzgü yatağınızı əks etdirməməlidir. Çünki insan yatanda o müdafiəsiz olur. Enerjisi isə axıb gedir. Çalışın güzgünü elə yerə qoyun ki o sizin enerjinizi udmasın.

5. Güzgü evdəki pis şeyləri əks etdirməməlidir. Məsələn, çirkli paltarları, zibil vedrəsini, unitazı və s.

6. Çalışın güzgü qarşısında sevdiyinizlə dalaşmayın.

7. Çalışın evin girişindəki güzgü böyük olsun və ailə üzvlərinizi başdan ayağa əks etdirsin. Başınızı və ya belinizi kəsən güzgülər yaxşı olmurlar.

8. Güzgü qarşısında üzünüzü əyməyin, bütün gün ona baxmayın. Çalışın güzgüyə yaxınlaşanda gülümsəyəsiniz. Güzgüyə baxdıqda özünüzə uğur arzulayın.


Geri dön

Piyenseska

  • 28 sentyabr 2012 18:10
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
MARAQLI IDI TWK)

GuNaY_83

  • 25 sentyabr 2012 13:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler..........

--------------------

TAYNA VOSTOKA

  • 25 sentyabr 2012 00:53
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
COX MARAQLA OXUDUM VE BILMEDIKLERIMI BILDIM,TEWEKKUR MUELLIFE

--------------------

solnuska

  • 24 sentyabr 2012 03:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
oxumaqa deyerdi twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 24 sentyabr 2012 01:42
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
cox sagol melumatina gore

--------------------

nihan aliyeva

  • 23 sentyabr 2012 23:49
  • Məqalə: 4
  • Şərh: 420
  • Bal:
{awards}
saolllllllllllllllllllllllllllllllll

LeLLi

  • 23 sentyabr 2012 23:36
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Oxumaga deyer. Tewekkûrler

--------------------

Nuray2012

  • 23 sentyabr 2012 20:44
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol maraqli idii

--------------------

MY MAGIC WORLD

  • 23 sentyabr 2012 18:06
  • Məqalə: 0
  • Şərh: 103
  • Bal:
{awards}
tewekkurler ..

✰GoLd GirL✰

  • 23 sentyabr 2012 18:00
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
melumata gore sag olun........

ღ★Diamond★ღ

  • 23 sentyabr 2012 17:36
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
. Əgər güzgünü bilmədən sındırmısınızsa cəld onu evdən çölə çıxarıb atın. Sınmış güzgü bədlik gətirə bilər.

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 23 sentyabr 2012 16:23
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Cox maraqlidi.cox sagolun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

---ANGELA---

  • 23 sentyabr 2012 15:50
  • Məqalə: 301
  • Şərh: 2760
  • Bal:
{awards}
Hamisini boyuk maraqla oxudum tesekkurler

--------------------
Gülüşün gətirdi cənnəti mənə..

✰GoLd GirL✰

  • 23 sentyabr 2012 15:39
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Maraqliydi sag olun......

...BARSA FANATI....

  • 23 sentyabr 2012 14:28
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
maraqlidir....
twkler...

✰Dгeaм✰

  • 23 sentyabr 2012 14:20
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun cox sag ol...

Nağıyeva Aydan

  • 23 sentyabr 2012 14:20
  • Məqalə: 1
  • Şərh: 147
  • Bal:
{awards}
Oxumaga deyer...

Avril_lavigne

  • 23 sentyabr 2012 14:16
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
twwwwwwwwwwwk

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

ツMrs.Crazy ツ

  • 23 sentyabr 2012 14:15
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
thanks.. very intresting information winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 56
Cəmi: 79

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 386
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}