“Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir”.

 
“Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir”.

Qurani-kərimdə təvəkkül möminin ən gözəl xüsusiyyətlərindən biri kimi göstərilir: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah öz əmrini yerinə yetirəndir” (Təlaq, 3). “Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?” (Ibrahim, 12). Qurani-kərimdə Peyğəmbərə əmr edilir ki, yalnız Allaha təvəkkül etsin: “Yenilməz qüdrət sahibinə, mərhəmət sahibinə təvəkkül et!” (Şüəra, 217).

Islam müqəddəsləri də öz hədislərində təvəkkülün üstünlüklərini bəyan etmişlər. Məsələn, Əli ibn Əbu Talib (ə) buyurub: “Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir”. Ehtiyacsız insan ən güclü insandır. Həzrət Mühəmməd Peyğəmbərin (s) buyurduğu kimi, hamıdan güclü olmaq istəyən şəxs Allaha təvəkkül etsin.

Təvəkkül anlayışı təsəvvüfdə də mühüm yerə malikdir. Sufilərin kamala yetmək üçün çatmalı olduqları məqamların 6-cısı təvəkküldür. Məşhur sufi Səhl ibn Abdullah Tüstəri təvəkkül barədə bu fikirdə idi: “Təvəkkülün əlaməti üçdür: heç nə istəməyəsən, baş verən işi geri qaytarmayasan, əlinə düşəni yığıb-saxlamayasan”. Yenə ondan rəvayət edirlər ki, deyib: “Təvəkkülün əvvəli budur ki, bəndə Allahın qarşısında özünü ölüyuyanın qarşısındakı meyit kimi hiss etsin. Ölüyuyan meyiti istədiyi tərəfə çevirə bilər, amma ölüdən heç bir hərəkət və iradə müşahidə olunmaz”.

Sufilərin təvəkkülünün həddi barədə aşağıdakı əhvalata nəzər salmaq kifayətdir. Sufilərdən biri Bayezid Bistamidən soruşur ki, təvəkkül nədir? Bayezid onun özünün nə fikirdə olduğunu xəbər alır. Həmin sufi cavab verir: “Bizim fikrimizcə, təvəkkül odur ki, əgər vəhşi heyvanlar sənin sağında, əfi ilanlar solunda dursa, batinində heç bir vəhşət və qorxu olmasın”. Bayezid deyir: “Bu hal təvəkkülə yaxındır. Amma bil ki, əgər behişt əhli cənnətdə ləzzət içində, cəhənnəm əhli atəş içində olsalar və sən onların vəziyyəti arasında fərq görsən, təvəkkül əhli sayılmazsan”.

Islam müqəddəsləri başqasına möhtac olmaq dərəcədə təvəkkül etməyi bəyənməmiş və hər zaman ehtiyatla, tədbirlə davranmağı məsləhət görmüşlər. Vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) onunla görüşə gəlmiş bir ərəbdən soruşdu ki, dəvəni harada qoyub gəlmisən? Ərəb cavab verdi ki, Allaha təvəkkül edib dəvəni özbaşına buraxdım. Peyğəmbər buyurdu: “Dəvənin ayaqlarını bağla, sonra Allaha təvəkkül et!”. Ikinci raşidi xəlifəsi Ömər ibn Xəttab ruzi qazanmaq üçün zəhmət çəkməyən, camaatın ianəsi hesabına dolanan insanlarla rastlaşanda onlardan soruşmuşdu: “Siz kimsiniz?”. Onlar cavab verdilər: “Biz təvəkkül əhliyik”. Ömər ibn Xəttab dedi: “Siz təvəkkül yox, təəkkül (yemək) əhlisiniz. Siz yalançısınız. Əsl təvəkkül əhli odur ki, əvvəlcə yerə toxum səpər, sonra (bol məhsul yığmaq üçün) Allaha təvəkkül edər”.

“Təvəkkül insanı hər kəsdən və hər şeydən ehtiyacsız edir”.


Geri dön

ZeMka

  • 1 oktyabr 2012 23:59
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
Allah razi olsun

--------------------

GuNaY_83

  • 25 sentyabr 2012 14:17
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler..........

--------------------

solnuska

  • 24 sentyabr 2012 03:40
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
COX SAQ OLUN XEBERE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Nuray2012

  • 24 sentyabr 2012 00:23
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

come back

  • 24 sentyabr 2012 00:19
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
{awards}
tewekkur edirem cox maraqlidir Allah sizi qorusun.

Priya

  • 23 sentyabr 2012 19:59
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Nigarcım, Allah səndən razı olsun bacım.Dəyəri biçilməz məqalədi.Təşəkkürlər.

--------------------




ღ★Diamond★ღ

  • 23 sentyabr 2012 17:54
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
“Bizim fikrimizcə, təvəkkül odur ki, əgər vəhşi heyvanlar sənin sağında, əfi ilanlar solunda dursa, batinində heç bir vəhşət və qorxu olmasın”. Bayezid deyir: “Bu hal təvəkkülə yaxındır. Amma bil ki, əgər behişt əhli cənnətdə ləzzət içində, cəhənnəm əhli atəş içində olsalar və sən onların vəziyyəti arasında fərq görsən, təvəkkül əhli sayılmazsan”.

✰GoLd GirL✰

  • 23 sentyabr 2012 15:11
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
Allah razi olsun.....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 44
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 223
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 15
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}