Kəlamlar

 
Kəlamlar

Hədis 1:
Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

Hədis 2:
Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”

Hədis 3:
Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

Hədis 4:
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”

Hədis 5:
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”

Hədis 6:
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”

Hədis 7:
Həzrət Məhəmməd (s) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”

Hədis 8:
Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”

Hədis 9:
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.”

Hədis 11:
Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan.”

Hədis 12:
Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir.”

Hədis 13:
Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

Hədis 14:
Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil.”

Hədis 15:
Həzrət Məhəmməd (s) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”

Hədis 16:
İmam Riza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

Hədis 17:
İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”

Hədis 18:
İmam Təqi (ə) buyurur: "Möminin izzəti xalqa möhtac olmamasındadır.”

Hədis 19:
İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”

Hədis 20:
İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”

Hədis 21:
İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”

Hədis 22:
Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”

Hədis 23:
Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”

Hədis 24:
İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”

Hədis 25:
İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.”

Hədis 26:
İmam Kazim (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”

Hədis 27:
Həzrət Məhəmməd (s) buyurur: "Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”

Hədis 28:
Həzrət Məhəmməd (s) buyurur: "Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”

Hədis 29:
Həzrət Əli (ə) buyurur: "Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”

Hədis 30:
Həzrət Əli (ə) buyurur: "Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”

Hədis 31:
Həzrət Əli (ə) buyurur: "Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”

Hədis 32:
İmam Baqir (ə) buyurur: "Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”

Hədis 33:
İmam Baqir (ə) buyurur: "Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”

Hədis 34:
"(Həzrət Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə qazandığı.”

Hədis 35:
Həzrət Əli (ə) buyurur: "Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”

Hədis 36:
Həzrət Əli (ə) buyurur: "Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”

Hədis 37:
Həzrət Məhəmməd (s) buyurur: "Ehtiyacı olmadığı halda mömin qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”

Hədis 38:
Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lənət etsin.”

Hədis 39:
Həzrət Əli (ə) buyurur: "Həyat ölümə necə də yaxındır!”

Hədis 40:
Həzrət Əli (ə) buyurur: "Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”

Hədis 41:
Həzrət Əli (ə) buyurur: "Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”

Hədis 42:
Həzrət Əli (ə) buyurur: "Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”

Hədis 43:
Həzrət Məhəmməd (s) buyurur: "Batini zahirinə müxalif olan kəs münafiqdir.”

Hədis 44:
"(Həzrət peyğəmbərdən (s) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”

Hədis 45:
Həzrət Məhəmməd (s) buyurur: "Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”

Hədis 46:
İmam Sadiq (ə) buyurur: "Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”

Hədis 47: Həzrət Əli (ə) buyurur: "Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”

Hədis 48:
Həzrət Əli (ə) buyurur: "Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”

Hədis 49:
Həzrət Əli (ə) buyurur: "Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.”

Hədis 50:
İmam Sadiq (ə) buyurur: "Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”

Hədis 51:
Həzrət Əli (ə) buyurur: "Allah lənət etsin o kəslərə ki, camaatı yaxşı işlərə dəvət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.”

Hədis 52:
İmam Sadiq (ə) buyurur: "Bizim şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan bir şey diləməz.”

Hədis 53:
"(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) "Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”

Hədis 54: Həzrət Əli (ə) buyurur: "Nəhy əz munkəri, yəni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.”

Hədis 55: İmam Riza (ə) buyurur: "Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.”

Hədis 56: İmam Riza (ə) buyurur: "Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”

Hədis 57: İmam Baqir (ə) buyurur: "Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.”

Hədis 58:
İmam Sadiq (ə) buyurur: "Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və heybətini aparar.”

Hədis 59:
İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

Hədis 60:
Həzrət Əli (ə) buyurur: "Məsləhət etməyən kəs peşman olar.”

Hədis 61:
Həzrət Məhəmməd (s) buyurur: "İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.”

Hədis 62:
Həzrət Məhəmməd (s) buyurur: "İki günü bərabər olan kəs zərərdədir.”

Hədis 63:
Həzrət Əli (ə) buyurur: "Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”

Hədis 64:
İmam Baqir (ə) buyurur: "Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.”

Hədis 65:
İmam Sadiq (ə) buyurur: "Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”


Geri dön

..::MisS DioR::..

  • 14 oktyabr 2012 17:40
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
Hədis 17:
İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”
TESEKKURLER

--------------------

ZeMka

  • 1 oktyabr 2012 23:57
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
coox beyendim cox sag olun

--------------------

GuNaY_83

  • 25 sentyabr 2012 12:25
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

Serena

  • 25 sentyabr 2012 00:20
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
deyerli xeber ucun cox sagolun

solnuska

  • 24 sentyabr 2012 21:10
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

i love islam

  • 24 sentyabr 2012 20:56
  • Məqalə: 63
  • Şərh: 584
  • Bal:
{awards}
estegfurullah eziz baci ve qardaslarim ALLAH hamimizdan razi olsun

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

fatimeyinur

  • 24 sentyabr 2012 19:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

Priya

  • 24 sentyabr 2012 17:31
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”
Sağ ol bacım.Allah razı olsun.

--------------------




Nuray2012

  • 24 sentyabr 2012 17:25
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

Weker-Qiz

  • 24 sentyabr 2012 17:18
  • Məqalə: 0
  • Şərh: 161
  • Bal:
{awards}
tewekkueler ALLAH RAZI OLSUN

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 24 sentyabr 2012 16:49
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

...BARSA FANATI....

  • 24 sentyabr 2012 14:36
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Hədis 1:
Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

Hədis 2:
Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil.”

Gözlüklü

  • 24 sentyabr 2012 14:25
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Maraqlidi tesekkurler

✰Dгeaм✰

  • 24 sentyabr 2012 14:24
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun bu deyerli meqale ucun....

ღ★Diamond★ღ

  • 24 sentyabr 2012 14:14
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

romantik_awk

  • 24 sentyabr 2012 13:46
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.” "(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) "Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}