"Rusiya "mafioz-dövlət"dir"

 
"Rusiya "mafioz-dövlət"dir"


Bu barədə ətraflı məlumatlar "WikiLeaks" saytında yerləşdirilib

“WikiLeaks” saytının rəhbəri Culian Assanj İordaniyanın paytaxtı Əmmanda ərəb jurnalistlərinə video-bağlantı vasitəsilə müracət edib. Assanj bildirib ki, ABŞ-ın dövlət departamentinin təzyiqlərinə baxmayaraq, sayt materialların dərc edilməsindən vaz keçməyib. Onun sözlərinə görə, ABŞ-ın bütün digər prezidentləri ilə müqayisədə Obama administrasiyası zamanında mətbuata daha çox material sızdırılıb: “Bu çox qəribədir, Obama administrasiyası mətbuat azadlığına inanmayan bir rejimə çevrilib”.

Açıqlanan məxfi sənədlərdə göstərilir ki, bir il əvvəl Amerika Birləşmiş Ştatları BMT rəhbərliyi, o cümlədən BMT-nin baş katibi Pan Qi Munun izlənməsi üçün genişmiqyaslı casusluq kampaniyasına başlayıb. İddiaya görə, ABŞ-ın dövlət katibi Hillari Klinton BMT-dəki Amerika diplomatlarına digər ölkələrin diplomatları ilə bağlı casusluq etməyə dair göstəriş verib.

Sənədlərdə Amerika diplomatları Rusiyanı hakimiyyət və xüsusi xidmət orqanları tərəfindən kriminal aləmin liderlərindən, kriminal əməliyyatlarından istifadə edildiyi “mafioz-dövlət” kimi xarakterizə edilir. Rusiya baş nazirinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ilk öncə orijinal mətni görmək və sənədlərin tərcüməsinin dəqiqliyinə əmin olmaq lazımdır.

“WikiLeaks” saytının nəşr etdiyi materiallarda açıqlanan məsələlərdən biri də Vaşinqtonun İranın nüvə obyektlərinə zərbə endirməsi üçün İsrailə “GBU-28” bunker-əleyhinə aviabombalar satmağa razılıq verməsidir. Bundan başqa, ABŞ dövlət departamentinin məxfi sənədlərində Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Adil Əzizin İrana zərbə endirilməsi lehinə fikir söylədiyi göstərilir.

Məxfi materialların işıqlandırılmasından dərhal sonra Ağ ev sənədlərin dərc olunmasını pisləyib. “Biz qəti surətdə milli təhlükəsizlik baxımından həssas məsələ olan işgüzar sənədlərin dərc olunmasını pisləyirik, bu bütün dünyada bizim diplomatların, kəşfiyyatçıların və adi insanların həyatını təhlükə altında qoyur”,- deyə Ağ evin yazılı bəyanatında bildirilir.

“WikiLeaks” saytının dərc etdiyi məxfi materiallara artıq bir çox dünya ölkələrinin diplomatları və liderləri öz münasibətlərini bildiriblər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan saytın ciddiliyinə şübhə etdiyini bildirib: “Əvvəlcə qoyun “WikiLeaks” ətəyində nə varsa, töksün. Bundan sonra bunların nə dərəcədə ciddi, nə dərəcədə qeyri-ciddi olduğunu öyrənərik. Çünki “WikiLeaks”in ciddiyyəti şübhəlidir. Bu baxımdan onun ətəyindəki daşı tökməsini gözləyirik. Yalnız bundan sonra öz qiymətləndirməmizi və lazımı açıqlamamızı edərik”.


Geri dön

only-girl

  • 2 aprel 2011 23:53
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
tesekkurler

--------------------

Yusif

  • 30 noyabr 2010 18:55
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
bunlar Bizim Haqdada Danisiblar

Kisa_Kiss

  • 30 noyabr 2010 14:50
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
winked

--------------------

Ulya

  • 30 noyabr 2010 01:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
he bilirem:))))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 70
Cəmi: 88

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}