Hicablı xanımlar diqqət

 
Hicablı xanımlar diqqət

Maşallah, son zamanlarda şəhərimizdə hicablı xanımların sayı artıb. Küçədə, mağazada, iri şirkətlər-də, metroda, avtobusda – hər yerdə əvvəlkindən daha çox hicablı qız və qadınlarla rastlaşırıq.

Özü də bu artım hicaba qarşı həyata keçirilən məhdudiyyətlər fonunda baş verdiyi üçün xüsusi diqqətə layiqdir. Amma...

Amma kaş hicaba büründüyünü güman edənlərin hamısının zənni düz çıxaydı və onların hamısı HƏQIQI hicablı olaydı. Kaş bütün müsəlman bacılarımız dərk edəydilər ki, hicab yalnız başı bağlamaqdan ibarət deyil. Hicab yalnız sifəti və biləkdən aşağı əlləri çıxmaq şərti ilə bütün bədəni paltarla örtməklə də bitmir. Hicabda dörd əsas şərt olmalıdır. Birincisi, hicab qadının şəriətdə görünməsi icazə verilən üzvlərindən başqa, bütün bədənini örtməlidir. Ikincisi, hicab bədənin rəngini göstərəcək dərəcədə şəffaf olmamalıdır. Üçüncüsü, hicab əndamın qabarıqlığını bildirəcək dərəcədə dar və nazik olmamalıdır. Dördüncüsü, hicablı qadının geyimi gərək ətrafdakıların nəzər-diqqətini özünə cəlb edəcək qədər alabəzək və ekstravoqant olmasın.

Hicablıların sayı artdıqca, şəhərimizdə bununla bağlı müxtəlif dəblər də daha çox gözə dəyir. Xanımların bir hissəsi, necə deyərlər, "Hade"sayağı hicab bağlayır. Yəni saçlarının hamısını örtsən kifayət edər, boyun-boğaz açıqda qalsa da eybi yoxdur. Yaylığı alnından sıxıb boynunun arxasında düyünlə, vəssalam – bu da oldu hicab. Bir başqa dəb, necə deyərlər, iran-sayağı hicab bağlamaq da ara-sıra gözə dəyir. Yaylığı təpənin ortasından çəkib boğazın altından düyünləyirsən, saçın qabaq hissəsini və kəkili isə nümayişə qoyursan. Bundan da betər “hicab” növləri olur. Məsələn, saçını, başını, boyun-boğazını örtürsən, amma əyninə dar şalvar ya retuz geyinib, köynəyin ətəyini belindən ən uzağı yarım qarış aşağı buraxırsan. Ya da ki parlaq, bəzəkli parçadan paltar geyinirsən, o cür materialdan olan yaylıq bağlayırsan, ayağına da dikdaban çəkmə geyirsən, bütün şəhər dönüb sənə və sənin yol-yerişinə baxmağa məcbur olur. Kosmetikadan danışmağa dəyməz. Həqiqətən, bəzi hicablı xanımların makiajı sürrealist rəssamların alabəzək tablolarını xatırladır.

Əlbəttə, etiraz edib deyə bilərsiniz ki, hər kəsin hansı şəkildə geyinməsi onun özündən asılıdır. Və insanın geyiminə əsasən, mənəvi dünyası haqqında fikir yürütmək heç də düzgün üsul deyil. Bu fikrə hörmətlə yanaşmaqla bərabər, bunu demək istəyirik ki, bəzən geyim və davranış insanın fərdi və şəxsi işi olmaqdan çıxır, cəmiyyətin əxlaqi durumuna təsir etmək, özü və özü kimilər haqqında fikir yaratmaq vasitəsinə çevrilir. Bəlkə də elə bu cür adamların üzündəndir ki, bəzilərinin hicaba münasibətini soruşanda bu cavabı verirlər: “Əşi, təki adamın ürəyi təmiz olsun. O qədər hicablılar var ki, çadranın altında min oyundan çıxırlar”. Bu cür düşünənlərə haqq qazandırmaq fikrində də deyiləm. Dindar xanımların içində azlıq təşkil edən bəzi pis ünsürləri misal gətirib, ümumilikdə hicaba ləkə atan şəxs gözünü yumub Günəşin mövcudluğunu inkar etmək istəyən adama bənzəyir. Ona deyən lazımdır ki, sən niyə pislərə baxırsan? Bacarırsansa, həm hicab ört, həm də əxlaqlı ol – Fatimə kimi, Zeynəb kimi, hicabın adını uca tutan minlərlə ismətli xanımlarımız kimi...

Bir az da bəzi hicablı xanımların davranışından danışmaq istərdim. Bəzən elə olur ki, camaatın gur olduğu ictimai yerdə qəhqəhə ilə gülüş, ədəbsiz zarafat eşidirsən. Istər-istəməz səsin haradan gəldiyinə dönüb baxırsan. Bu ədəbsizliyin sahibinin cavan hicablı qız (və ya qızlar) olduğunu görəndə onun əvəzinə səni xəcalət təri basır. Onsuz da hicabın əlindən zəncir çeynəyən bəzi “mədəni” və “qloballaşmış” adamların rişxəndlə dolu sözlərini, “budey, bu da hicablı; örtünməklə deyil ki...” mızıltılarını eşidəndə adam bilmir ki nə desin, nə etsin. Bircə əlac ona qalır ki, ürəyində deyəsən: “Allah özü hidayət eləsin – həm hicabsız olub hicablılara lağ edənləri, həm də onların əlinə bəhanə verən bəzi dırnaqarası hicablıları”.


Geri dön

i love islam

  • 1 oktyabr 2012 20:54
  • Məqalə: 63
  • Şərh: 550
  • Bal:
sirinim,bacim cox duz deyirsen

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

GuNaY_83

  • 1 oktyabr 2012 17:09
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol......

--------------------

my angel__

  • 1 oktyabr 2012 16:49
  • Məqalə: 291
  • Şərh: 10822
  • Bal:
{awards}
allah razi olsun...maraqli meqaaledi..

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

sirinim

  • 27 sentyabr 2012 18:33
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
ALLAH razi olsun indi hicabi geyinen coxdu duzdu ama XANIMIMIZIN EMANETINI ELE GEYInirlerki ona geyinmeseler ondan yaxsidi.XANIM FATIME ZEHRA 7 carsabla gezirdi.xahis edirem XANIMIN EMANETINI LAYIQINCE DEYERENDIRIN

solnuska

  • 26 sentyabr 2012 04:05
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
maraqli movzudu twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Nuray2012

  • 25 sentyabr 2012 23:56
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

i love islam

  • 25 sentyabr 2012 21:56
  • Məqalə: 63
  • Şərh: 550
  • Bal:
{awards}
estegfurullah eziz baci qardaslarim menim borcumdu bunlari yazmaq deyerli fikirleinize gore ALLAH razi olsun eslinde efsuski helelik mende hicab taxmiram mektebe gore ALLAH gunahimdan kecsin AMIN insallah ALLAHIN izniyle mende taxacam

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

Prank girl

  • 25 sentyabr 2012 20:17
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

lie to the world

  • 25 sentyabr 2012 19:50
  • Məqalə: 302
  • Şərh: 4619
  • Bal:
{awards}
mencede cox duzgun fikirlerdi...duzdu men hicab taxmiram (InwAllah qismet olar) ama maraqlaniram..her hicabli xanim gordukde onun nece baglandigina hicabini nece taxdigina fikir verirem ve teessufki bezilerinin sadece deb ucun taxdigini aydinliqla gormek olur...ancaq heqiqetende Allahimizin buyurdugu kimi duzgun hicab taxan Allah ucun ortunen xanimlarimizi gorende ureyim acilir...yaziya gorede Allah razi olsun

--------------------

ღ★Diamond★ღ

  • 25 sentyabr 2012 19:17
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Allah özü hidayət eləsin – həm hicabsız olub hicablılara lağ edənləri, həm də onların əlinə bəhanə verən bəzi dırnaqarası hicablıları”.

Priya

  • 25 sentyabr 2012 17:24
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Bacım, çox vacib mövzuya toxunmusan.İslam aləminin yaralı problemlərindən biri də hicab problemidi.Hamısına qatılıram.Çox düzgün qey edibsən.Mən gə geyimimə son dərəcə diqqət edirəm.Dediyin kimi nəzərəçarpaçaq dərəcədə bağlamıram.Təşəkkürlər bacım.

--------------------




..::Only_Life::..

  • 25 sentyabr 2012 16:53
  • Məqalə: 263
  • Şərh: 908
  • Bal:
{awards}
tesekkurler ALLAH razi olsun İNSALLAH=)))

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

fatimeyinur

  • 25 sentyabr 2012 15:02
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tsk maraqli idi

...BARSA FANATI....

  • 25 sentyabr 2012 15:02
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
ALLAH razi olsun...

Avril_lavigne

  • 25 sentyabr 2012 15:00
  • Məqalə: 58
  • Şərh: 2540
  • Bal:
{awards}
Allah razi olsun....

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

GuNaY_83

  • 25 sentyabr 2012 14:42
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol........

--------------------

✰Dгeaм✰

  • 25 sentyabr 2012 14:41
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Allah razi olsun....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 54
Cəmi: 80

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 642
 
MiSS HaPPy)
Xəbərləri: 46
Cəmi: 77
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 149
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
 
{slinks}