Pizza, pizza, ləziz pizza

 
Pizza, pizza, ləziz pizza

Aranızda heç pizza xoşlamayan var? Şəxsən mən pizza sevərlər dəstəsinə daxiləm. Amma hər pizzanı da xoşlamıram. Mənim üçün əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl italyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur.Pizza xəmirlərindən ən çox xoşuma gələni sizinlə bu gün paylaşacağam. Bu pizzanın üzərinə istədiyinizi qoya bilərsəniz, bir şərtlə ki, doldurmayasınız, çünki bu pizzanın xəmiri çox incədir, ağırlığa tab gətirməyə bilər.Pizzanın xəmiriylə təkcə pizza deyil, başqa ləzzətli yeməklər də bişirmək olar. Məsəl üçün, əgər vaxtınız azdırsa, xəmiri soyuducudan çıxardıb üzərinə bir az holland pendiri qoyun və sobada 5 dəqıqə bişirin. Olacaq ləzzətli pendirli lavaş. Bu da sizə səhər yeməyi. Asan və ləziz...
PİZZA

Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.
Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:
4 stəkan yarım ağ un
1 + dörtdə üç çay qaşığı duz
1 çay qaşığı toz maya
dörtdə bir stəkan (60q) duru yağ ( zeytun olsa daha yaxşıdır)
1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C)
1 xörək qaşığı şəkər tozu

BİRİNCİ GÜN

1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.

2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. İri taxta qaşıq və ya mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub 5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun. Yox əgər xəmir çox bərkdirsə, ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.

3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.

QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.

İKİNCİ GÜN

4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb 2 saat müddətinə kənara qoyun.

5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.

6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər “yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın. Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə qoyun.

7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun.

lay 1: 4-5 qaşıq pomidor sousunu xəmirin üzərinə yayın (sousu hazırlamaq üçün ən asan üsullardan biri: doğranmış pomidoru bir az yağda bişirin, sonra isə çəkin ki, püre kimi olsun. Zövqə gərə tavaya döyülmüş sarımsaq da əlavə etmək olar)

lay 2:dilimlənmiş sosis və yaxud kiçik tikələrə bölünmüş bişmiş toyuq əti – Bu lay olsa da olar, olmasa da.

lay 3: yarım-ay şəklində doğranmış baş soğan

lay 4: dilimlənmiş göbələk

lay 5: uzunsov doğranmış yaşil Bolqar bibəri

lay 6: dənəsi çıxardılmış qara zeytun

lay 7: təxminən bir ovuc rəndələnmiş mozarella və ya holland pendiri

8. Pizzanı qızdırılmiş sobada 5-8 dəqiqə ərzində bişirin. Qalan kündələri də hazırlayıb pizza bişirin.

Nuş Olsun!

PS: Bu xəmirdən Lahmacun da bişirmək olar. Çox ləzzətli olur...


Geri dön

ZeMka

  • 1 oktyabr 2012 19:53
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
Resept ucun sag olun

--------------------

Nağıyeva Aydan

  • 30 sentyabr 2012 13:33
  • Məqalə: 1
  • Şərh: 145
  • Bal:
{awards}
Deymez dostlar, ilk meqalemdi şerhler üçün hamınıza tesekkür edirem!..

God Of War

  • 29 sentyabr 2012 16:23
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
Lezzetli ve Maraqli idi tongue

Best wishes

  • 29 sentyabr 2012 16:14
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
TESEKKURLER...

my angel__

  • 27 sentyabr 2012 19:58
  • Məqalə: 291
  • Şərh: 10807
  • Bal:
{awards}
cox sagol resepte gore/.

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

adsiz2

  • 26 sentyabr 2012 23:40
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
nus olsun..........

--------------------

GuNaY_83

  • 26 sentyabr 2012 15:43
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
tewekkurler...........

--------------------

Avril_lavigne

  • 26 sentyabr 2012 12:56
  • Məqalə: 58
  • Şərh: 2540
  • Bal:
{awards}
suuuuuuuuperrrrr

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

Prank girl

  • 26 sentyabr 2012 10:16
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Cox sagol resepte gore

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

solnuska

  • 26 sentyabr 2012 03:30
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
en cox sevdiyimm.............

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

I am Happy

  • 25 sentyabr 2012 23:51
  • Məqalə: 111
  • Şərh: 3077
  • Bal:
{awards}
Hmmm cox xoshlayiram pizzani. Teshekkurler resepte gore.

--------------------

Nuray2012

  • 25 sentyabr 2012 23:34
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Cox sagol resepte gore

--------------------

✰Dгeaм✰

  • 25 sentyabr 2012 22:37
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Leziz pizza ucun cox sag ol....

heyatin menasi

  • 25 sentyabr 2012 22:15
  • Məqalə: 2
  • Şərh: 169
  • Bal:
{awards}
olsaydi yeyrdim en cox sevdiyim pizzadi

ღ★Diamond★ღ

  • 25 sentyabr 2012 21:34
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Ərzaqlar:
4 stəkan yarım ağ un
1 + dörtdə üç çay qaşığı duz
1 çay qaşığı toz maya
dörtdə bir stəkan (60q) duru yağ ( zeytun olsa daha yaxşıdır)
1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C)
1 xörək qaşığı şəkər tozu

GERI DONME

  • 25 sentyabr 2012 20:55
  • Məqalə: 0
  • Şərh: 549
  • Bal:
{awards}
MEN PIZZANI DEMEK OLARKI SUPER BISIRIREM YENEDE TWKLER

Aysel Aliyeva

  • 25 sentyabr 2012 20:51
  • Məqalə: 7
  • Şərh: 267
  • Bal:
{awards}
BEH-BEH SUPERR..XOSLAYIRAM PIZZA

...BARSA FANATI....

  • 25 sentyabr 2012 20:43
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Cooox sag ol.....

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 25 sentyabr 2012 20:33
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
Resepte gore twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

ツMrs.Crazy ツ

  • 25 sentyabr 2012 20:29
  • Məqalə: 120
  • Şərh: 3558
  • Bal:
{awards}
melumat 3un twk.biwirmiwdik yaxwi alinmiwdi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}